adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Iyul 2014 17:26
21380
TEXNOLOGİYA
A- A+

“Azərkosmos” tender elan etdi

"Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti "Kənar hüquq məsləhətçi xidmətlərinin satınalınması”na dair açıq tender elan edib.

"Azərkosmos” ASC "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ikinci telekommunikasiya (Azərspace-2) peyki üçün orbital mövqedən birgə istifadəni, peykin layihələndirilməsi və orbitdə istismarı mərhələlərində texniki və əlaqədar olan digər növ əməkdaşlığı, peyk tutumlarının kommersiyalaşdırılmasını tənzimləyəcək müqavilələrin formalaşdırılması üzrə "Kənar hüquq məsləhət xidmətlərinin satınalınması”na dair açıq tender keçirir və qeyd edilən istiqamətlərdə təcrübəsi olan şirkətləri tenderdə iştirak etməyə dəvət edib.

Tenderdə iştirak haqqı 500 dollar təşkil edir. Tender təklifinin qüvvədə olma müddəti 60 gündür, xidmətin göstərilməsi müddəti – 2014-cü ilin sonunadək nəzərdə tutulub. Tender təklifi və bank zəmanəti avqustun 28-də saat 18:00-a qədər "Azərkosmos” ASC-yə (Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli küçəsi 72, 5-ci mərtəbə) təqdim edilməlidir. Tender proseduru avqustun 29-da saat 16:00 -da «Azərkosmos» ASC-nin böyük iclas zalında başlayacaq.

Tender barədə əlavə məlumat almaq üçün "Azərkosmos” ASC-yə tender komissiyasının sədri - Saməddin Əsədova "[email protected]” elektron poçt ünvanına, +(994) 12 5650055 (daxili 111) telefon nömrəsinə, satınalmalar üzrə baş mütəxəssis - Arzu Quliyevaya – "[email protected]”, hüquq şöbəsinin böyük hüquqşünası - Arzu Məmmədovaya – "[email protected]” müraciət etmək olar.