adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Iyul 2014 11:30
14227
MƏMLƏKƏT
A- A+

QHT milli-mənəvi dəyərləri təbliğ edəcək

"Yayımların Monitorinq Mərkəzi İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Regional TV disputlarda milli-mənəvi dəyərlərin təbliği” layihəsinə start verib.

Birliyin nümayəndəsi Könül Quliyevanın verdiyi məlumata görə, layihənin məqsədi milli-mənəvi dəyərlərin təbliğində vətəndaş qruplarının bir başa iştirakının təmin edilməsidir.  Onun sözlərinə görə, layihə çərçivəsində tele-disput təşkil olunacaq.  Tele-disputda, "Cəmiyyətin inkişafında və milli-mənəvi dəyərlərin təbliğində xeyriyyəçiliyin rolu” mövzusunu müzakirəyə çıxaracaq: "Əsrlər boyu xalqımızın yüksək dəyərləri içərisində xeyriyyəçilik geniş yer tutub. Biz, regionlarda və paytaxtda bu istiqamətdə real vəziyyəti təhlil etmək, QHT-lərin iştirakı ilə hansı vacib işlərin görülməsini ekspert və vətəndaşların iştirakı ilə geniş müzakirəyə çıxarmağı nəzərdə tuturuq. Həmçinin, bir çox sosial-ictimai məsələlərin qarşılıqlı anlayış səviyyəsində disputlar vasitəsi ilə müzakirə edilməsinə və həlli yolunun tapılmasına nail olmaqdır. Biz düşünürük ki, cəmiyyətdə istənilən məsələnin həllinin dialoqla, müzakirə ilə həll edilməsinin mümkünlüyü dərk edildikcə, inkişafın təkamüllə baş verməsi qaçılmaz olur. Bu zaman ayrı-ayrılıqda fərdlər, vətəndaş cəmiyyəti qurumları, media quruluşları və hökumət təmsilçiləri problemləri birgə müzakirə edərək, daha effektiv həlli yolu tapa bilərlər. Heç kəsə sirr deyil ki, ölkəmizdə zəif inkişaf meyllərindən biri də ictimai-sosial disput mədəniyyətinin formalaşmasında müşahidə edilməkdədir. Bəzən, fərqli düşünən insanlar bir-birinin fikrini bilmədən, dinləmədən, dözümsüzlük nümayiş etdirməyə meylli olurlar. Bu istiqamətdə cəmiyyətə müsbət nümunələri təqdim və təbliğ etməliyik. Təşkil etdiyimiz disputlar sosial şəbəkələr vasitəsi ilə geniş auditoriyanın istifadəsinə təqdim ediləcək. Bu fəaliyyətlə cəmiyyətimizə daha da faydalı olmağa çalışacağıq.