adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Iyul 2014 11:26
7803
MƏMLƏKƏT
A- A+

Həmkarımız təltif olundu

"OLAYLAR" qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası" tərəfindən diplomla təltif edilib. Mərkəzi Şuradan daxil olan məlumatda bildirilib ki, bu barədə qərar "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası"nın iyulun 15-də keçirilən iclasında qəbul edilib. Qərara əsasən „OLAYLAR" qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli Azərbaycan Diasporunun inkişafındakı xidmətlərə görə Mərkəzi Şuranın diplomuna layiq görülüb.

 Qeyd edək ki, "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası" Almaniyada rəsmi qeydiyyatdan keçmiş diaspor təşkilatıdır.