adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Iyul 2014 17:51
9160
GÜNDƏM
A- A+

Qəbul imtahanının nəticələri açıqlandı

ələbə Qəbulu üzrə Dövlət Komissiyası I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb. Bu barədə Adalet.az-a TQDK-dan məlumat verilib. Nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 12-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada baş tutub.