adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
15 Iyul 2014 17:18
9979
ƏDƏBİYYAT
A- A+

Rövşən Abdullaoğlunun kitabı Türkiyə çap olundu

Yazar Rövşən Abdullaoğlunun motivasiya psixologiyası silsiləsindən olan "Arxadakı Körpüləri Yandırın” kitabı Türkiyədə nəşr olundu. "Arxadakı körpüləri yandırın” kitabı yazarın bu silsilədən olan ilk kitabı deyildir. Yazar müxtəlif səpkilərdə yazılmış 7 müstəqil, 9 tərcümə və şərh, 2 sırf tərcümə olmaqla 18 kitab müəllifidir. Onun kitabları arasında "motivasiya psixologiyası” silsiləsi özünə xas yer tutut. Bildiyimiz kimi bu sahə günümüzdə çox aktualdır. Belə ki, psixoloji bilgilər si­ya­sət­dən tutmuş körpə uşaqlarla əla­qədar psixoloji və dav­ranış mə­sələlərinin həllinin tapılmasına kimi bir çox sahələrdə geniş is­ti­fadə olunur. "Arxadakı körpüləri yandırın” kitabı motivasiya psixologiyası silsiləsindəndir. Ölkəmizdə bu kitabın uğurunu nəzərə alsaq, Türkiyədə də eynilə uğur qazanacağını düşünürük. Kitabda insanın fərdi və ictimai həyatında inkişafına səbəb olacaq bir çox mühüm qaydalar öz əksini tapmışdır. Hər bir mövzu real insan həyatından bədii fraqmentlərlə zəngindir. Məhz bu səbəbdən elə ilk səhifəsindən insanı özünə cəlb edir. Dahi şəxslərin, alimlərin, uğur qazanmış insanların ibrətli həyat hekayətləri, məşhur psixoterapevtlərin araşdırmalarının nəticələri ilə zəngin olan bu kitab bəzi oxucuların təbiri ilə desək "yerə yıxılmış istənilən şəxsi ayağa qaldırmağa ona inam verməyə qadirdir”. Kitabın üstün cəhətləri haqda çox sözlər demək olar. Kitabın üstünlükləri arasında onun qələmə alındığı qeyri-adi üslub, yazarın hər bir mövzuya fərqli yanaşma metodunuda göstərmək olar. Həmçinin yazarın qələmə aldığı psixoloji kitablarda izlədiyi özünə xas olan şərq və qərb təfəkkürünün sintezli baxışı da kitaba qəribə ab-hava verir. "Arxadakı körpüləri yandırın” kitabı Türkiyədə çap olunmuş ilk kitabdır lakin son kitab deyildir. Hazırda digər kitablar üzərində də iş gedir. Ardıcıllıqla yazarın bütün kitablarının Türkiyədə nəşri planlaşdırılır.