adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Iyul 2014 18:13
7752
GÜNDƏM
A- A+

Prezidentlər görüşdü

İyulun 14-də Romada Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Adalet.az-ın məlumatına görə, dövlət başçısı İtaliya prezidentinin sarayına gəlib.
Sarayın həyətində prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Corco Napolitanoya, İtaliyanın rəsmi şəxsləri prezident İlham Əliyevə təqdim edilib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Sonra dövlət başçılarının geniş tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulandı. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.
Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.