adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SUSAN HEYKƏLLƏRi DƏ EŞiTMƏK LAZIMDIR

15346 | 2007-06-23 07:34
Siz Nərimanı tanıyırsınızmı? Deyəcəksiz ki, hansı Nərimanı? Nəriman çox, kimi nəzərdə tutursan? Mən doktor Nərimanı deyirəm! O Nərimanı ki, xalqın ən çətin günlərində ictimai-siyasi fəaliyyətlə məşğul olmaq onun alın yazısıydı. O, həkim idi, yazıçı idi, siyasətçi idi. Siyasətin həkimi ola bilərdi, amma həkimlikdə siyasətçi deyildi. Yazdıqları bir ədibin ömrünə yetərdi. Amma Nərimana bu az idi. Bu fədakar insana bədxahları nə ad vermədilər ki? Çox vaxt həm özünkülərin, həm özgələrin tənəsinə tuş gəldi, namərdlərin dilində adı millətçi kimi hallandı. Bir vaxtlar Sovet dövlətinin ən yüksək vəzifələrində çalışsa da, sonradan öz vətənində belə uzun illər adı ehtiyatla çəkildi. Ölkənin hər yerində Leninin saysız-hesabsız heykəlləri ucalan vaxtda ona Şərqin Lenini desələr də, adının unudulması üçün məqsədyönlü iş aparılırdı.
   
   Ötən əsrin 70-ci illərinin əvvəlində Bakıda heykəli ucaldılanda Moskvaya minlərlə etiraz məktubu göndərildi. "Millətçi Nərimanovun heykəlinə beynəlmiləl Bakıda yer olmamalıdır" - dedilər, daha nələr və daha nələr yazdılar... Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə, Siyasi Büroya, Leninin mavzoleyinə şikayətləndilər.
   
   Bəli, o zaman Heydər Əliyevin qətiyyəti, böyük nüfuzu nəticəsində XX əsr Azərbaycan tarixində müstəsna xidmətləri olan bu insana Bakıda abidə ucaldıldı, ev muzeyi açıldı, yubileyi təntənə ilə qeyd edildi. Elə həmin dövrdə yenə Heydər Əliyevin təşəbbüsü ilə Ulyanovsk şəhərində Nərimanova heykəl qoyuldu. O zaman Bakının hündür yerlərindən birində yüksələn Nərimanov abidəsi, uzun illər şəhərə sanki meydan oxuyan S.M.Kirovun heykəlinə Azərbaycanda milli şüurun oyanması barədə ilk xəbərdarlıq rəmzi idi.
   
   Bir vaxtlar gül-çiçək əskik olmazdı Nəriman Nərimanovun heykəlinin önündə. Şəhərə gələn mötəbər qonaqların səyahət proqramına bu heykəli ziyarət etmək daxil edilərdi. Müstəqillik qazanandan sonra təəssüf ki, yaxın keçmişimizə münasibət dəyişdi, tarixin mürəkkəb dövrlərinə populist mövqedən tələsik qiymətvermə mərhələsi başlandı. Nərimanovun əziz xatirəsinə ləkə salmaq istəyənlər yenə ortaya çıxdı. Bəzi abidələrdən fərqli olaraq onu tez-tələsik yıxmasalar da, əslində biganəlik örtüyünə bürüdülər. Heykəlin ətrafını ot basdı, mərmər plitələr nədənsə tökülməyə başladı. Önündə uca bir binanın inşası başlandı və nə yazıq ki, artıq heykəl şəhərdə görünməz oldu. Nərimanov yenə kölgədə qaldı. Deyilənə görə, bu ətrafdakı binaları əsasən xarici şirkətlər tikir. Öz məmləkətində hər qarışın qədir-qiymətini bilən iş adamları adət etdikləri qayda-qanunlara yeni iş yerlərində riayət etməyi çox vaxt unudurlar. Küçəyə atılan bir siqaret kötüyünə görə sakinləri cərimə edilən ölkələr barədə çox eşitmişik. Xalqın ən şərəfli oğullarından birinin heykəlinin önü nə qədər vaxt inşaat meydançasına çevrildi, həftələrlə, aylarla burada tikinti materialları, inşaat texnikası boşaldılaraq qaldı. Abidənin önünə qoyulmuş qaldırıcı kranın hissələri nəqliyyatın hərəkətinə maneçilik törətdi. Amma nə danışan oldu, nə dinən tapıldı.
   
   Tutaq ki, vaxtilə Sovet dövlətinin rəhbərlərindən biri olan, adına milliyyətçi deyilən Nəriman Nərimanovdan o zaman kimsə, nə üçünsə qisas alırdı, acıq çıxırdı. Bəs, indi niyə bu münasibət davam edir? Bəs, Nəsiminin heykəlini niyə o cür bihörmət ediblər?
   
   Hələ 450 il öncə "Məndə sığar iki cahan, mən bu cahana sığmazam"-deyən mütəfəkkir şairin heykəli onun adını daşıyan kiçik bir bağa çox rahatlıqla sığıb. Biganəlik üzündən ətrafı müxtəlif xarici maşınların dayanacağına çevrilib. Nəsimi də elə bil ki, bahalı avtomobillərin keşiyini çəkir. Ətrafında ucaldılan yeni binanın kölgəsində sanki abidə daha da kiçilib, görünməz olub.
   
   Nəsiminin səbri böyükdür, o, heç bir söz demir, dözür. Çünki sözünü 450 il öncə deyib:
   
   "Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
   
   

TƏQVİM / ARXİV