QAŞINMAYAN YER...

ƏBÜLFƏT MƏDƏTOĞLU
24261 | 2007-06-23 07:42
Hə, deməli belə. Artıq nə vaxtdan bəri reklamı gedən və yazı əhli üçün təzə-təzə mövzular verən konfrans öz işini başa çatdırdı. Konfrans deyəndə ki, YAP-ın təşəbbüsü ilə "Mətbuat və cəmiyyət" mövzusunda keçirilən geniş Dəyirmi Masanı nəzərdə tuturam. Çünki bu konfransda müzakirə olunan məsələlər bir mətbu orqan kimi çalışdığım "Ədalət"in və bir qələm adamı kimi də özümün diqqətini lap elə gündən çəkmişdi. Səbrlə oturub gözləyirdim ki, görüm bir araya gələn qütblər, cəbhələr, nə bilim day hansı yumşaq sözlə ifadə etsəm doğru olar, bir araya gələndə özlərini necə hiss edəcəklər, necə danışıb necə fikir mübadiləsi aparacaqlar. Şükürlər olsun, hər şey salamatçılıqla başa çatdı, qan tökülmədi, olsa-olsa bir balaca əsəb gərginliyi və bir də bir-iki xırda acı sözlər dilə gəldi, vəssalam.
   
   Bax, bütün bu dediklərimdən sonra əslində o konfrans barəsində düşünə bilərsiniz ki, daha nələr demək olar. Çünki hər şey yuxarıda söylədiyim bir-iki adda-budda cümlələrdə öz əksini tapıb, amma...
   
   Bəri başdan etiraf edək ki, indi nə 90-cı illərin əvvəlidi, nə ortası, nə də axırı. İndi əslində biz 2000-ci ilin birinci onilliyinin xeyli hissəsini yaşamışıq və yaşamaqda da davam edirik. Deməli, bu zaman kəsiyi bizi həm cilalayır, həm püxtələşdirir, həm də bülövləyib. Necə deyərlər, qəzetlərimiz kimi özümüz də işıq saçırıq. Nəyimiz var göz önündədi. Day gizlin, qaranlıq heç nə qalmayıb. Kimdən istəyirik, necə istəyirik yazırıq. Bu mətbuatın qazancı...
   
   

TƏQVİM / ARXİV