adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Iyul 2014 10:54
13017
ŞOU-BİZNES
A- A+

Rəqsanə qəzaya uğradı

Bir qədər əvvəl Bakıda zəncirvari yol qəzası baş verib.

APA-nın hadisə yerindəki əməkdaşının məlumatına görə, qəzaya uğrayan avtomobillərdən biri müğənni Rəqqasə İsmayılovaya məxsusdur.

Hadisə Bakıxanov küçəsində qeydə alınıb. "BMW X6" markalı avtomobil əvvəlcə "Daewoo" markalı avtomobilə çırpılıb. "Daewoo" isə "Chevrolet" markalı maşına dəyib. Toqquşmadan sonra . "BMW X6"nın sürücüsü idarəetməni itirib və avtomobili Rəqsanə İsmayılovaya məxsus "Range Rover"ə vurub. Avtomobili müğənniin sürücüsü idarə edirmiş, Rəqsanə İsmayılovanın özü isə arxa oturacaqda olub.

Qəza nəticəsində avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.