ÖRKƏN

ƏBÜLFƏT MƏDƏTOĞLU
46483 | 2007-06-13 05:44
Yazının başlığını oxuyanda yəqin ki, yaşlı adamların fikrinə mütləq artıq zamanın sınağından çıxmış atalar sözümüz düşəcək. Atalarımız da deyib ki":Örkən nə qədər uzun olsa, hərlənib-fırlanıb gəlib doğanaqdan keçəcək". Düşünə bilərsiniz ki, bu məsəlin bu yazıya və yaxud da oxucuya nə dəxli var. Amma heç tələsib eləməyin, səbriniz olsun. Əgər səbriniz olsa, onda özünüz görəcəksiniz ki, məsələnin dolayısıyla yazıya, birbaşa isə içi mən qarışıq oxuculara dəxli var.
   
   Son vaxtlar ölkənin iqtisadi həyatında bazar-dükanla, məişət problemləri ilə, dolanışıqla, bir sözlə yaşamla bağlı bütün məsələlərdə sualların ünvanlandığı bir möhtəşəm qurum var. Onun da adı Tarif Şurasıdır. Marşrutların qiymətinin artmasından tutmuş enerji daşıyıcılarına qədər. Qaz pulundan tutmuş, su puluna qədər, tibbi xidmətdən tutmuş, çörəyə qədər, əkin-biçindən tutmuş ta dəyirmana qədər. Deməli, bax, özünüz gördünüz ki, hara əlimizi uzatdıq orda son dayanacaq nöqtəmiz yenə Tarif Şurası, yenə onun qərarları, yenə onun mövqeyi oldu... ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də sədrin şəxsi nümayəndəsi xeyli özünü oda-közə vurandan sonra, yəni yollar yorub özləri yorğun düşüb Yerevanda, Xankəndində, Bakıda nəfəs dərib, təam kəsdikdən sonra axır ki, bir açıqlama verdilər. Və dedilər ki, bu üçbucaq yəni Bakı-Xankəndi-Yerevan əslində çoxbucaqlıdır. Çünki bu üç ünvanın üstünə həmsədrlərin təmsil etdiyi üç ünvanı da gəlsək, sonra ora əlavə etsək İranı,

TƏQVİM / ARXİV