adalet.az header logo
  • Bakı 19°C
01 Iyul 2014 17:40
30787
MARAQLI
A- A+

Uça bilməyən tək tutuquşu... - Fotolar - Video

Yeni Zelandiyada çox nadir görünən və tip olaraq dünyanın ən maraqlı quşu Kakapolar yaşayır


Yeni Zelandiyada çox nadir görünən və tip olaraq dünyanın ən maraqlı quşu Kakapolar yaşayır.

ANS PRESS-in məlumatına görə, Yeni Zelandiyanın vəhşi təbiəti dünyanın bəlkə də ən maraqlı quşu və nəsli tükənmə təhlükəsiylə qarşı-qarşıya olan Kakapoya ev sahibliyi edir.

Kakapolar uça bilməyən tək tutuquşu növüdür. Qanadlarını yalnız hərəkət edərkən tarazlığını təmin etmək üçün istifadə edir. Kakapolar gündüzlər istirahət edir, gecələr isə ov edirlər.

Mütəxəssislər dünyada yalnız 126 kakapo tutuquşusu qaldığını açıqlayıb. Bu quşlar pişik və siçovul kimi can düşmənləri tərəfindən öldürülür.