"DEPUTAT OTAğI"

ƏBÜLFƏT MƏDƏTOĞLU
36901 | 2007-06-12 16:51
"Deputat otağı"nın qonağı 111 saylı Zaqatala-Balakən dairəsindən millət vəkili seçilmiş Dünyamin Xəlilovdur.
   
   
   
   - Dünyanın hər yerində seçkilərdən qabaq namizədlər seçicilərini axtarır. Elə ki, seçildi qurtardı və oldu millət vəkili, prezident və ya bələdiyyə başqanı, onda seçicilər başlayır onu axtarmağa. Sizdə necə, seçicinin yanına getmək, onları qəbul eləmək, onlarla sizin aranızdakı məsafəni məhdudlaşdırmaq var, yoxsa artıq qurtardı hər şey?
   
   - Bildiyiniz kimi, Zaqatala Bakıdan təxminən 400 km məsafədə yerləşir. Mən müntəzəm olaraq həmin bölgədə oluram və seçicilərimlə görüşürəm. Seçildiyim 111 saylı dairə Zaqatala və Balakən rayonlarını əhatə edir. Seçki qabağı təbii ki, seçicilərlə görüşəndə də, platforma hazırlananda da müəyyən məsələlər öz əksini tapmışdır. Bilirsiniz ki, dövlət tərəfindən bölgələrə böyük diqqət yetirilir. Prezident İlham Əliyevin 2004-cü ilin yanvar ayında bölgələrin sosial inkişafına dair müəyyən sərəncamları öz qüvvəsindədir və uğurla həyata keçirilir. Buna baxmayaraq son dövrdə yığılıb qalan məsələlər var. Buna bizim əhalinin məişət problemlərini misal gətirmək olar. Və bunların da həll olunması mənim platformamda öz əksini tapıb. Bunun üçün də mütləq müntəzəm olaraq seçicilərlə görüşmək lazımdır. Mənim görüşlərim müntəzəm olaraq rübdə bir dəfə bölgədə keçirilir. Zaqatalada qərargah fəaliyyət göstərir və daimi olaraq seçicilər ora müraciət eləyirlər, yazılı surətdə məktublarını gətirirlər, telefonla əlaqə saxlayırlar və görüşdüyümüz zaman təkliflərini mənə bildirirlər. Bundan başqa, mən 111 saylı seçki dairəsinin kəndlərində və müvafiq seçki məntəqlərini əhatə edən Zaqatala şəhərində oluram.
   
   - Dünyamin müəllim, sizin seçildiyiniz 111 saylı dairənin ən böyük problemi nədir?
   
   - Hal-hazırda burda ən böyük problemlərdən biri su təhcizatı məsələsidir. Hesab eləyirəm ki, Zaqatala və Balakən şəhərlərinin su təhcizatı kritik vəziyyətdədir. Şəhər suyu dağ çaylarından alır və burda sellər baş verən zaman bu su hövzələri sıradan çıxır və uzun müddət şəhər susuz qala bilir. Su təhcizatı burada artezian quyuları vasitəsilə həyata keçirilir. Amma bu kifayət deyil. Təbii ki, yerli icra orqanları bununla bağlı dövlət təşkilatlarına müraciətlər ediblər və bu məsələlərə baxılır. Hesab edirəm ki, yaxın gələcəkdə hər iki şəhərin su təchizatı və kanalizasiya sisteminin rekanstruksiyasına dair müəyyən tədbirlər görüləcək. Digər problem həmin rayonların dağ çaylarının daşması nəticəsində kənd əhalisinin yaralı torpaqlarının yuyulub aparılması problemidi. Bu barədə Su Təsərrüfatı və Meliorasiya İdarəsi tərəfindən müraciət olunub və hesab edirəm ki, bununla bağlı müvafiq tədbirlər görülür. Bu bölgələr mərkəzdən nisbətən uzaqda yerləşir və qaz təchizatında qış aylarında problem yaranır. Rayon mərkəzləri və bir neçə qəsəbələr, kəndlər qazla təmin edilib. Lakin qazın həcmi az olduğu üçün isitmə problemi yaradır. Mənə rayon təhsil şöbəsi müraciət etmişdir ki, məktəblərdə istilik sistemi qarışıqdı. Həm odundan, həm də duru yanacaqdan istifadə olunur. Üçüncü problem məktəblərin vəziyyətidir. Son vaxtlar bu sahədə həm dövlət qurumları, həm də Heydər Əliyev Fondu tərəfindən böyük işlər görülür. Burada iki məktəb yenidən inşa edilib. Bu, Balakən rayonunun Katex kəndindəki 3 saylı məktəb və Zaqatala rayonunun Qandaq kəndindəki orta məktəbdir. Artıq Qandaqda işlər tamamlanıb, Katexdə isə işlər bu yaxınlarda tamamlanacaq. Ancaq bir sıra məktəblər çox bərbad vəziyyətdədir. Mən hesab eləyirəm ki, bu sahədə də addımlar atılacaq və böyük işlərin görülməsinə nail olacağıq. Bir misal da gətirim sizə. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının məlumatına görə, ən yüksək ballar toplayan abituriyentlərdən bir qismi həmin bölgədə təhsil alan şagirdlərdir.
   
   - Siz qanunverici orqanda təmsil olunursunuz və bu qədər problemlər var. Bunlar qəbul etdiyiniz qanunları səmərəli icra edə bilməyən adamların günahından yaranır, yoxsa ümumiyyətlə qanunvericiliklə icra strukturları arasında boşluq var?
   
   - Mən deyə bilmərəm ki, qanunvericiliklə icra strukturları arasında hansısa bir boşluqlar var. Çünki dövlətin Ali qanunvericilik orqanı - Azərbaycan Respublikasının Milli Məclisi bu sənədləri onun üçün qəbul etməyib ki, bütün bunlar kağız üzərində qalsın. Qanunlar işləyir. Amma bilirsiniz ki, zaman dəyişir və müəyyən proseslər baş verir. Bir neçə il bundan əvvəl qəbul olunmuş qanunlara müəyyən dəyişikliklər edilməsinin zamanı çatıb, yaxud da ki, həmin qanunların yenidən qəbul olunması məsələsi yenidən gündəmə çıxır. Təbii ki, iş həcmi böyük olduğu üçün müəyyən yerlərdə nəyisə vaxtında çatdıra bilmirlər. Amma bu, qlobal xarakter daşımır.
   
   - Dünyanın hər yerində millət vəkilinin vəzifəsi qanun qəbul etməkdir. Bizdə isə sovet psixologiyası qalıb. Sizdən əvvəlki müsahiblərimdən də soruşmuşam, hamı fikirləşir ki, mənim qazımı da, işığımı da, yolumu da millət vəkili düzəltməlidir. Bəs onda icra strukturları nə üçündür. Adamlar onlara inanmır, sizə inanır, yoxsa bu psixologiyanı dəyişmək lazımdı?
   
   - Bilirsiniz ki, icra strukturları səviyyəsində qeyd elədiyim bölgələrdə böyük işlər gedir. Ora dövlət büdcəsi tərəfindən müəyyən vəsaitlər ayrılıb. Son vaxtlar Neft Şirkəti də öz üzərinə böyük məsələlərin həllini götürüb. Şirkətin dəstəyi ilə Zaqatala və Balakən rayonlarında diaqnostika mərkəzlərinin inşası həyata keçirilir, kəndlərdə yeni yollar təmir olunub, elektrik xətləri çəkilir. Qeyd etdiklərimin hamısı icra strukturlarının səviyyəsində aparılan işlərdir. Lakin rayonda işlər çox olduğu üçün əhali müəyyən işlərin həllini tapmayanda deputata müraciət edirlər. Hesab edirəm ki, gələcəkdə artıq Azərbaycan dövləti iqtisadiyyatını elə bir səviyyəyə çatdıracaq ki, deputatlar bu işlə daha məşğul olmayacaqlar.
   
   - Bizim parlamentarilər Avropa Şurasında, NATO-da və başqa yerlərdə təmsil olunurlar. Həmkarlarınızın fəaliyyəti sizi razı salırmı?
   
   - Bilirsiniz ki, biz artıq Avropa məkanına daxil olmuşuq. Bu və ya digər səbəbdən artıq Azərbaycan Avropa Şurasının üzvüdür və Avroatlantik məkana, yəni inteqrasiyaya doğru gedir. Əlbəttə ki, gələcəkdə Azərbaycanın Avropa İttifaqına qəbul olunması məsələsinə də baxıla bilər. Bizim ordunun NATO standartlarına uyğunlaşdırılması prosesi gedir. Bir sıra proqramlar çərçivəsində əməkdaşlıq aparılır. Burada təmsil olunan həmkarlarım kifayət qədər səriştəli və iş bacarığına malik olan insanlardır və onlar bu işi uğurla aparırlar. Hesab edirəm ki, bu, öz nəticəsini verir və gələcəkdə daha böyük əks-səda doğuracaq.
   
   - Azərbaycanın ən böyük problemi təbii ki, Dağlıq Qarabağ məsələsidir. Həm parlamentdə, həm mətbuatda təkliflər səslənir. Dağlıq Qarabağla bağlı parlament dinləmələrinə münasibətiniz necədi?
   
   - Bu mürəkkəb məsələdir. Həmin konfliktlər keçmiş postsovet məkanında - Yuqoslaviyada,

TƏQVİM / ARXİV