warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | "DEPUTAT OTAĞI" Adalet.az | "DEPUTAT OTAĞI" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"DEPUTAT OTAĞI"

"PROBLEMİ PEŞƏKARLAR ÇÖZMƏLİDİ"

25580    |   2007-06-12 16:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bölgədə problemlər yetərincədir

"Deputat otağı"nın qonağı 111 saylı Zaqatala-Balakən dairəsindən millət vəkili seçilmiş Dünyamin Xəlilovdur.
   
   
   
   - Dünyanın hər yerində seçkilərdən qabaq namizədlər seçicilərini axtarır. Elə ki, seçildi qurtardı və oldu millət vəkili, prezident və ya bələdiyyə başqanı, onda seçicilər başlayır onu axtarmağa. Sizdə necə, seçicinin yanına getmək, onları qəbul eləmək, onlarla sizin aranızdakı məsafəni məhdudlaşdırmaq var, yoxsa artıq qurtardı hər şey?
   
   - Bildiyiniz kimi, Zaqatala Bakıdan təxminən 400 km məsafədə yerləşir. Mən müntəzəm olaraq həmin bölgədə oluram və seçicilərimlə görüşürəm. Seçildiyim 111 saylı dairə Zaqatala və Balakən rayonlarını əhatə edir. Seçki qabağı təbii ki, seçicilərlə görüşəndə də, platforma hazırlananda da müəyyən məsələlər öz əksini tapmışdır. Bilirsiniz ki, dövlət tərəfindən bölgələrə böyük diqqət yetirilir. Prezident İlham Əliyevin 2004-cü ilin yanvar ayında bölgələrin sosial inkişafına dair müəyyən sərəncamları öz qüvvəsindədir və uğurla həyata keçirilir. Buna baxmayaraq son dövrdə yığılıb qalan məsələlər var. Buna bizim əhalinin məişət problemlərini misal gətirmək olar. Və bunların da həll olunması mənim platformamda öz əksini tapıb. Bunun üçün də mütləq müntəzəm olaraq seçicilərlə görüşmək lazımdır. Mənim görüşlərim müntəzəm olaraq rübdə bir dəfə bölgədə keçirilir. Zaqatalada qərargah fəaliyyət göstərir və daimi olaraq seçicilər ora müraciət eləyirlər, yazılı surətdə məktublarını gətirirlər, telefonla əlaqə saxlayırlar və görüşdüyümüz zaman təkliflərini mənə bildirirlər. Bundan başqa, mən 111 saylı seçki dairəsinin kəndlərində və müvafiq seçki məntəqlərini əhatə edən Zaqatala şəhərində oluram.
   
   - Dünyamin müəllim, sizin seçildiyiniz 111 saylı dairənin ən böyük problemi nədir?
   
   - Hal-hazırda burda ən böyük problemlərdən biri su təhcizatı məsələsidir. Hesab eləyirəm ki, Zaqatala və Balakən şəhərlərinin su təhcizatı kritik vəziyyətdədir. Şəhər suyu dağ çaylarından alır və burda sellər baş verən zaman bu su hövzələri sıradan çıxır və uzun müddət şəhər susuz qala bilir. Su təhcizatı burada artezian quyuları vasitəsilə həyata keçirilir. Amma bu kifayət deyil. Təbii ki, yerli icra orqanları bununla bağlı dövlət təşkilatlarına müraciətlər ediblər və bu məsələlərə baxılır. Hesab edirəm ki, yaxın gələcəkdə hər iki şəhərin su təchizatı və kanalizasiya sisteminin rekanstruksiyasına dair müəyyən tədbirlər görüləcək. Digər problem həmin rayonların dağ çaylarının daşması nəticəsində kənd əhalisinin yaralı torpaqlarının yuyulub aparılması problemidi. Bu barədə Su Təsərrüfatı və Meliorasiya İdarəsi tərəfindən müraciət olunub və hesab edirəm ki, bununla bağlı müvafiq tədbirlər görülür. Bu bölgələr mərkəzdən nisbətən uzaqda yerləşir və qaz təchizatında qış aylarında problem yaranır. Rayon mərkəzləri və bir neçə qəsəbələr, kəndlər qazla təmin edilib. Lakin qazın həcmi az olduğu üçün isitmə problemi yaradır. Mənə rayon təhsil şöbəsi müraciət etmişdir ki, məktəblərdə istilik sistemi qarışıqdı. Həm odundan, həm də duru yanacaqdan istifadə olunur. Üçüncü problem məktəblərin vəziyyətidir. Son vaxtlar bu sahədə həm dövlət qurumları, həm də Heydər Əliyev Fondu tərəfindən böyük işlər görülür. Burada iki məktəb yenidən inşa edilib. Bu, Balakən rayonunun Katex kəndindəki 3 saylı məktəb və Zaqatala rayonunun Qandaq kəndindəki orta məktəbdir. Artıq Qandaqda işlər tamamlanıb, Katexdə isə işlər bu yaxınlarda tamamlanacaq. Ancaq bir sıra məktəblər çox bərbad vəziyyətdədir. Mən hesab eləyirəm ki, bu sahədə də addımlar atılacaq və böyük işlərin görülməsinə nail olacağıq. Bir misal da gətirim sizə. Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının məlumatına görə, ən yüksək ballar toplayan abituriyentlərdən bir qismi həmin bölgədə təhsil alan şagirdlərdir.
   
   - Siz qanunverici orqanda təmsil olunursunuz və bu qədər problemlər var. Bunlar qəbul etdiyiniz qanunları səmərəli icra edə bilməyən adamların günahından yaranır, yoxsa ümumiyyətlə qanunvericiliklə icra strukturları arasında boşluq var?
   
   - Mən deyə bilmərəm ki, qanunvericiliklə icra strukturları arasında hansısa bir boşluqlar var. Çünki dövlətin Ali qanunvericilik orqanı - Azərbaycan Respublikasının Milli Məclisi bu sənədləri onun üçün qəbul etməyib ki, bütün bunlar kağız üzərində qalsın. Qanunlar işləyir. Amma bilirsiniz ki, zaman dəyişir və müəyyən proseslər baş verir. Bir neçə il bundan əvvəl qəbul olunmuş qanunlara müəyyən dəyişikliklər edilməsinin zamanı çatıb, yaxud da ki, həmin qanunların yenidən qəbul olunması məsələsi yenidən gündəmə çıxır. Təbii ki, iş həcmi böyük olduğu üçün müəyyən yerlərdə nəyisə vaxtında çatdıra bilmirlər. Amma bu, qlobal xarakter daşımır.
   
   - Dünyanın hər yerində millət vəkilinin vəzifəsi qanun qəbul etməkdir. Bizdə isə sovet psixologiyası qalıb. Sizdən əvvəlki müsahiblərimdən də soruşmuşam, hamı fikirləşir ki, mənim qazımı da, işığımı da, yolumu da millət vəkili düzəltməlidir. Bəs onda icra strukturları nə üçündür. Adamlar onlara inanmır, sizə inanır, yoxsa bu psixologiyanı dəyişmək lazımdı?
   
   - Bilirsiniz ki, icra strukturları səviyyəsində qeyd elədiyim bölgələrdə böyük işlər gedir. Ora dövlət büdcəsi tərəfindən müəyyən vəsaitlər ayrılıb. Son vaxtlar Neft Şirkəti də öz üzərinə böyük məsələlərin həllini götürüb. Şirkətin dəstəyi ilə Zaqatala və Balakən rayonlarında diaqnostika mərkəzlərinin inşası həyata keçirilir, kəndlərdə yeni yollar təmir olunub, elektrik xətləri çəkilir. Qeyd etdiklərimin hamısı icra strukturlarının səviyyəsində aparılan işlərdir. Lakin rayonda işlər çox olduğu üçün əhali müəyyən işlərin həllini tapmayanda deputata müraciət edirlər. Hesab edirəm ki, gələcəkdə artıq Azərbaycan dövləti iqtisadiyyatını elə bir səviyyəyə çatdıracaq ki, deputatlar bu işlə daha məşğul olmayacaqlar.
   
   - Bizim parlamentarilər Avropa Şurasında, NATO-da və başqa yerlərdə təmsil olunurlar. Həmkarlarınızın fəaliyyəti sizi razı salırmı?
   
   - Bilirsiniz ki, biz artıq Avropa məkanına daxil olmuşuq. Bu və ya digər səbəbdən artıq Azərbaycan Avropa Şurasının üzvüdür və Avroatlantik məkana, yəni inteqrasiyaya doğru gedir. Əlbəttə ki, gələcəkdə Azərbaycanın Avropa İttifaqına qəbul olunması məsələsinə də baxıla bilər. Bizim ordunun NATO standartlarına uyğunlaşdırılması prosesi gedir. Bir sıra proqramlar çərçivəsində əməkdaşlıq aparılır. Burada təmsil olunan həmkarlarım kifayət qədər səriştəli və iş bacarığına malik olan insanlardır və onlar bu işi uğurla aparırlar. Hesab edirəm ki, bu, öz nəticəsini verir və gələcəkdə daha böyük əks-səda doğuracaq.
   
   - Azərbaycanın ən böyük problemi təbii ki, Dağlıq Qarabağ məsələsidir. Həm parlamentdə, həm mətbuatda təkliflər səslənir. Dağlıq Qarabağla bağlı parlament dinləmələrinə münasibətiniz necədi?
   
   - Bu mürəkkəb məsələdir. Həmin konfliktlər keçmiş postsovet məkanında - Yuqoslaviyada, ürcüstanda, Moldovada da var. Bu da Azərbaycanın böyük problemlərindən biridir. Və bu məsələ ilə bağlı professionallar məşğul olmalıdır. Yəni, Azərbaycanın Xarici İşlər Nazirliyi, Prezidentin İcra Aparatı. Ölkə başçımız da bu məsələ ilə ciddi məşğuldur. Parlament dinləmələri o vaxt keçirilə bilər ki, hansısa bir nəticə əldə olunsun. İndiki zamanda bu dinləmələrin aparılmasına ehtiyac yoxdur. Çünki bu, lazım olmayan əks-səda doğuracaq.
   
   - Bizim qanunların qəbulu müəyyən vaxtlarda gecikdirilir. Məsələn, təhsil haqqında qanun.
   
   - Ölkə üçün hansısa qanunların qəbul olunması zəruridirsə, o qanunlar qəbul olunur. Amma bu, belə əks-səda doğurmur. Hesab edirəm ki, parlament səviyyəsində müəyyən dinləmələr aparılmışdı, qanunda müəyyən boşluq var və onlar işlənmək üçün geri göndərilir. Biz payız sessiyasında qeyd etdiyiniz təhsillə bağlı qanunun qəbul olunmasına nail ola bilərik.
   
   - Bəs orduya parlament və bütövlükdə ictimai nəzarət məsələsinə münasibətiniz necədir?
   
   - Parlament qanunverici orqandır. İctimai nəzarətin tam tərəfdarıyam. Bu, Azərbaycan ordusudur, belə bir təklif olunarsa və bu haqda ictimai rəy formalaşarsa, heç də pis olmazdı.
   
   - Dünyamin müəllim parlamentdə artıq iki ildən artıqdır ki, fəaliyyət göstərir. Əgər yenidən seçkilər məsələsi ortaya çıxsa, hansı vədlərlə parlamentin işlərinə qatılmaq istərdiniz?
   
   - Bilirsiniz ki, həyat dayanmır və daim inkişafdadır. Təbii ki, qanunverici orqan kimi yeni qanunların məcəlləsinin qəbul olunmasına dair müəyyən təkliflərlə çıxış edərdim.
   
   - Hər kəs tək qalanda özü-özünə hesabat verir. Bir anlıq özünüzə qapılıb seçkiləri gözünüzün qabağına gətirəndə verdiyiniz vədlərin neçə faizini yerinə yetirdiyinizi düşünürsünüz?
   
   - Mənim üçün bu faizi müəyyən etmək çətindir. Bunu seçicilərin özündən soruşmaq lazımdı. Amma böyük bir iş görülüb.
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK