adalet.az header logo
  • Bakı 18°C

BiRiNCi

OQTAY SALAMOV
22371 | 2007-06-12 16:51
Həftənin birinci günləri gündəlik qəzetdə işləyən adamın beynində fikir növbəsi yaranır. Aradakı iki günün və içində yaşadığın başlanan günün olayları xəbər şəklində dalbadal düzülür və qarışır bir-birinə. Ona görə də şəxsən mənim yazılarım birinci günlər bir növ assorti, kollaj və həftəbecərin qarışığı olur. Mən bu yazını yazanda da birinci gün idi.
   
   Sankt-Peterburqa əvvəldən də ümidim yox idi, ona görə də bu danışıqların da növbəti və hissolunacaq dərəcədə nəticəsiz bitməsi məni qətiyyən təəccübləndirmədi və çox narahat da etmədi. İndi iqtidar politoloqları və siyasətçiləri gurultulu bir fikir söyləyəcəklər, müxalifət politoloqlorı və siyasətçiləri (ay brat,bu politoloq elə siyasətçinin rusca adı deyil?) tamam başqa gurultulu bir neçə fikir söyləyəcəklər və bu görüş də gedəcək tarixin sandığına 9-cu sıra sayı ilə. Ona görə də keçək başqa olaylara.
   
   Buş qarınağrısına düşüb. Təcili yardım, doxdur, tetrasiklin... deyəsən nəticəsini verib. Prosto Fransanın təzə prezidentini öz otağında qarşılamağa məcbur olub və görüş vaxtı bir neçə dəfə yaxın yerə piyada gedib. Buşun qarınının pozulması az qala dünya mətbuatının müzakirə obyekti olub. Axşam acgözlük edib çox qida qəbul etdiyindən zəhərləndiyi söylənilir. Deyəsən, "Səkkizlik"in görüşləri Buşa düşmür axı. 2005-də də Şotlandiyada görüş vaxtı Buş velosipedlə bir polis işçisini vurmuş və özü də sıyrıntılarla canını qurtarmışdı. Bu dəfə polislik iş olmayıb...
   
   Türkiyədə deputatlığa namizədlərin 181-i Mehmet, 90-ı Əhməddir. Bizdə "Əhməd haradadır" var idi, indi türklərdə də "Mehmet nerededir" kinosu çəkərlər...
   
   Dünya da dağılır, Azərbaycan da (Amma nə maraqlı olardı, "dünya dağılır, Azərbaycan dağılmır" ifadəsi). Sunami, tufan, zəlzələ, qasırğa, yağış, dolu... Azərbaycanda təkcə sunami yoxdur, amma əvəzində qiymət qasırğası, ilan-çayan və ...indi də çəyirtkə hücumları var. Deyəsən, çəyirtkələr də bizi ələ salıblar,

TƏQVİM / ARXİV