adalet.az header logo
  • Bakı 17°C

HƏRƏKAT

19058 | 2007-05-26 00:22
Elə sözlər var ki, ilk baxışda eyni mənanı verir, amma birdən onları sinonim sözlər kimi işlətmək istəsəm hamı mənə xorla savadsız deyəcək.Ya da mötədillik ?östərib nəzakətlə d?zəliş verəcəklər. Məsələn, ?xalq? və ?əhali?. Yaxud ?torpaq? və ?ərazi?. Və ya ?hərəkət? və ?hərəkat?. Doğrudur, sonuncuda ?ə? hərfinin ?a? ilə əvəz olunması nəzərdə tutulan fərqi bir qədər ?ör?ml?-duyumlu edir. Bununla belə mənə savadsız deyən xorun ?zvləri sakitləşəndən sonra onlara belə bir sualla m?raciət edəcəyəm: ?Deyin ?ör?m fərq hardadır? Zəhmət olmasa onları bir-birindən ayıran sərhəddi mənə ?östərin. İzah edin ?ör?m nə zaman və harda biri bitir, di?əri başlayır?? Yəqin ki, cavab var. Amma cavab istisna ağıl sahiblərini çıxmaq şərtilə hamımızın d?ş?nd?y? kimi ?zdə deyil. Məsələ ondadır ki, mənim zənn etdiyimə ?örə heç dərində də deyil. Hardasa elə bir yerdə məkrli şəkildə ?izlənib ki, heç ağla ?əlməz. Amma ??nlərin bir ??n? yenə də məkrli şəkildə ?özlənilmədən həmin o ağla ?əlməyən yerdən çıxıb b?t?n vərdiş etdiyimiz dayaqları sök?b dağıdır, rahatlığı pozur, altı ?stə, ?st? alta çevirir.
   
    Hərəkət və hərəkat fərqi barədə d?ş?nəndə nə qədər çalışsam da, kinodan daha yaxşı misal yadıma sala bilmirəm. Ser?ey Eyzenşteyn həm rejissor, həm alim, həm də pedaqoq idi. Təbii ki, ?ç?n?n də qarşısına dahi söz? əlavə etməklə. Bir dəfə o, rejissor kursunun tələbələri ilə dərsdə məşhur romandan bir epizodu oxuyur. Həmin epizodun qısa məzmunu belədir:
   
    XVIII əsrin sonunda Fransada Burjua inqilabından ruhlanan Haiti adasının sakinləri də m?stəmləkədən qurtulmaq ?ç?n ?syan edib hakimiyyəti ələ alırlar. Haitinin yeni hökuməti razılaşma əldə etməkdən ötr? n?mayəndə heyətini Fransanın paytaxtı Parisə ?öndərir. Amma, sən demə burda elan olunan ?Azadlıq, Bərabərlik, Qardaşlıq? ş?arı yalnız fransızların özlərinə aiddir. Fransa hökuməti Haitini baxımsız buraxmaq fikrində deyil. Bununla o, tonlarla havayı ?ələn qəhvədən, qənddən və di?ər təbii sərvətlərdən öz?n? məhrum edə bilər. N?mayəndə heyəti həbs edilir və Haitiyə yeni, daha ??cl? ordu yeridilir. Adanı ikinci dəfə işğal etdikdən sonra fransızlar ən fəal inqilabçıları tutmaq əvəzinə onlara ordu ?eneralı r?tbəsi verir. Bunlardan biri cəsur Dessalindir. General olmasına baxmayaraq, Dessalin ?izlində inqilabi ideyalara sadiq qalıb. Bunu hiss edən Fransa ordu rəhbərliyi Dessalini aldadıb tora salmaq qərarına ?əlir. Onun şərəfinə x?susi ayrılmış evdə ziyafət d?zəldilir. Fransız zabitləri onu hörmət-izzətlə qarşılayıb evə dəvət edirlər. Stol arxasına keçməzdən əvvəl Dessalin qəbul olunmuş qayda ?zrə əl-?z?n? yuyur. Qulluqçu yerli zənci qadındır. Dessalinin əlinə dolçadan su tökərkən qadın baxışları ilə ona çatdırır ki, ?tələyə d?şm?sən, səni tutacaqlar?. Dessalin əlini yuyub dəsmalla qurudan m?ddətdə öz?n? çox sakit və təmkinli aparır. Birdən, heç kimin ?özləmədiyi halda Dessalin onu əhatə edən fransız zabitlərinin arasından ziyafət stolunun ?st?nə sıçrayır və iki-?ç tullantıyla öz?n? qarşıdakı pəncərədən çölə atır. Bir an belə d?şmənlərə ayılıb ?öz açmağa imkan vermədən çöldə bağladığı atına minir. Atı dördnala adanın dərinliklərinə doğru çapmağa başlayır və var ??c?ylə nərə çəkib qışqırır, adanın sakinlərini yenidən ayağa qaldırıb m?barizə aparmağa çağırır. Bununla da adada ikinci inqilab dalğası baş qaldırır.
   
    Mən bilərəkdən birbaşa A.Vinoqradovun ?Qara konsul? romanına yox, onun rejissor tərəfindən təqdimatına m?raciət etdim. Eyzenşteyn dərsdə tələbələrinə tapşırıq verir: "bu parçanı xəyalən kinoya çəkin və hərəkətin necə dön?b hərakata çevrilməsini ?östərin". Kiçik epizoddan tarixi hadisəyə çıxış ?öz qabağında baş verməli idi. Əslində bu prinsip onun b?t?n filmlərində var. Lakin bu onun ictimai mövqeyindən, siyasi baxışlarından daha çox kino konsepsiyası ilə bağlıdır. Adi məişət hadisəsi inkişaf edib tarixə çevrilir.
   
    Kinodan söz d?şm?şkən 1920-ci il aprelin 28-də XI ?Qızıl ordu? alayı Bakıya daxil oldu. Ənənəvi olaraq ?Qızıl ordu? y?r?şlərə ?edəndə, hansısa şəhərə daxilolma mərasimlərini çəkmək ?ç?n özləri ilə iki kinooperator da ?öt?r?rd?. Görəsən, bunun mənası nə idi? Hər halda ?informasiya blokadası?nı qırmaqdan ötr? və ya sırf təbliğat naminə yox, daha böy?k məqsədlər ?ç?n. Lentəalmanın, daha doğrusu kinolaşdırmanın öz?ndə siyasi romantizm ?izlənir. Bu əslində yeni texnika vasitəsilə keçmişdə hökmdarların, sərkərdələrin öz y?r?şlərini, qələbələrini nəzmə alıb poetik salnaməsini yaratmaq ənənəsinin davamı idi. Nə Nuri Paşanın qoşununun Bakıya daxil olması, nə 1918-ci ildə Azərbaycan C?mhuriyyətinin Gəncədə elan edilməsi, nə yeni hökumətin, parlamentin Bakıda fəaliyyətə başlaması lentə alınmayıb. Ə?ər təsad?fən hardasa, kimdəsə bu hadisələrlə bağlı kinomaterial, yaxud fotosənədlər tapılarsa, yenə də buna sadəcə təsad?f kimi baxmalı olacağıq. Burda kino faktının çatışmazlığı hiss olunur. Burda siyasi romantizm amansızcasına sıxışdırılıb aradan çıxarılıb.
   
    Primo Levi deyir ki, hər bir realist adam ?ec-tez m?tləq bozqapalı dairənin sakininə çevrilir. Ona elə ?əlir ki, əvvəlki yaşadığ ərazidə ?əzib-dolanır. Əslində ərazi də, torpaq da artıq işğal olunub.
   
    İşğal hər tərəfdən ola bilər. Siyasətdən, iqtisadiyyatdan, reklam-biznes m?haribələrindən tutmuş, teleşoular, ağ və sarı mətbuata qədər hər yerdən, hər tərəfdən işğal oluna bilərsən. B?t?n bu h?cumların bir məqsədi var: səni sənin ərazindən məhrum edib, qapalı bozdairənin sakininə çevirmək.
   
    1920-ci ildə Versalda Azərbaycanın m?stəqilliyi tanındı. Bu m?nasibətlə Azərbaycan hökumətinin fövqəladə iclası çağırıldı. Qərara alınır ki, 14 yanvar tarixində ölkə ərazisində şənliklər, Azərbaycan Ordusunun hərbi paradı və Azərbaycan parlamentinin təntənəli iclası keçirilsin. Maraqlı budur ki, hadisələr aprel işğalı ərəfəsində baş verirdi. Artıq Çiçerin Xoyskiyə məşhur məktublarını ?öndərməyə başlamışdı. Belə bir vaxtda parlamentin tərkibi q?tbləşirdı. Bizim mövzuya uyğun olaraq onları reallıqla barışmayanlar və boz realistlərə bölə bilərik. Rəsulzadə, Usubbəyov, Xoyski, R?stəmbəyov kimi siyasi romantiklərin ?Azərbaycan xalqı tutduğu yoldan dönməyəcək? mövqeyi Səfik?rdski, M.Hacınski kimi boz realistlərin ?m?qəddəratımız Dərbənddə ?edən döy?şlərdən asılıdır? skeptik xatırlatmaları ilə toqquşurdu. Aprelin 27-də Şəfi bəy R?stəmbəyov parlamentin balkonuna çıxıb k?çəyə yığışıb söz ?özləyən, çaşqın qalan xalqa m?raciətlə nitq söyləyir: ?Bolşeviklər Samurdan bu taya keçməyə cəsarət etməzlər. Bizim camaat, böy?kdən-kiçiyə, i?id əs?ərlərimizə qoşulub ağac ilə, daş ilə, lap papaq ilə olsa da, d?şməni ağzından vurub qaytaracaq?. Bununla belə milli hökumət xalqı bu bozqapalı dairədən çıxara bilmədi.
   
    Gör?şlərdən birində Nəsib bəy Usubbəyov hərbi nazir Səməd bəy Mehmandarovdan soruşur: ?M?savat Ordusu d?şmənin qarşısını saxlaya bilərmi?? Hərbi nazir suala sualla cavab verir: ?Siz hansı d?şməndən danışırsınız?? Nəsib bəy: ?Hal-hazırda söhbət kimdən ?edə bilər??. Səməd bəy: ?Ə?ər söhbət daşnaklardan ?edirsə, m?mk?nd?r. Lakin ?Qızıl ordu? nəzərdə tutulursa, bu mənasızdır.Onlara qarşı bir an belə ??c?m?z çatmaz!? Bu, ?eneral tərəfindən ifadə olunan realizmdir. Xatirədə Mehmandarovun sözlərinə daha bir əlavə var: ?Biz bolşeviklərlə vuruşmayacağıq?. General Mehmandarov Əliheydər Qarayevin söz? ilə bolşeviklərin ona toxunmayacağına inanıb ölkəni tərk etmədi. Nəticəsi məlumdur. Deməli, keçmiş hərbi nazir realist mövqeyində səhvə yol verirdi. Q?vvələr nisbətini m?əyyən etmək realizmin ən m?h?m ?östəricisidir. Amma ?ör?nd?y? kimi həyat realizmdən daha ?eniş və bu anlayışa sığmayan məfhumdur.
   
    Bəs b?t?n bunların əvvəldə qaldırdığım ?hərəkət və hərəkat? mövzusuna nə aidiyyatı var? Hər bir hərəkət öz məğzində, təmiz anlamda əslində reallığa qarşı yönəlir. Hərəkət edən insan qeyri-realistdir. Hərəkat xalqın qeyri-realist olmasıdır. Realist olan artıq xalq deyil, əhalidir! Statistik ?östəricidir! Seçkilərdə səslərdir! İstehlakçıdır! B?t?n mənəvi dəyərləri tapdalayan mənasız reytinqdir! Boz qapalı dairənin sakinləridir!
   
    Qərb d?nyasında bu dairəyə rən?arən?lik ?ətirən hərakatlar da yox deyil: yaşıllar, homoseksualistlər, ?ender, qlobalistlər və antiqlobalistlər...
   
    Sovet İttifaqında isə 60 - 70-ci illərə qədər xalqı daim hərəkata qoşmaq, onu siyasiləşdirmək proqramları dövlət tərəfindən həyata keçirilirdi. Savadsızlığın ləğvi, ateizm, daxili d?şmənlərə, ?vətən xainlərinə? qarşı m?barizələr, kollektivləşmə, staxanovçular hərəkatı, beşillik və yeddiillik planlar, sosializm yarışı və sonda yenə realizm və boz qapalı dairə. Gör?n?r insanların taleyində tarixboyu realizmlə romantizm arasında çarpışmanın qurbanına çevrilmək qisməti də varmış.
   
   Sonda bu ??n öz?m?n hansı simvolik ərazidə yaşadığımı aydınlaşdırmaq istədim. Boz qapalı dairədən söhbət belə ?edə bilməz. Mə?ər pul qazanmaq istəyi hərəkat deyil. Əlbəttə daha ?eniş və daha qatı boz dairənin daxilində!

TƏQVİM / ARXİV