adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

SIRXAVƏNDLİ SAQQAL BAYRAM

MƏMMƏD DƏMİRÇİOĞLU
47458 | 2014-06-21 07:00
Bilirəm salamımızı alacaq halın və həvəsin yoxdu. Növrağın pozulub, bilirəm. Qoç ərənlərinin, ağırbatman ağsaqqalarının yerində ərmən dığalarının at oynatması belini bükür, bilirəm. Bədöylər kişnəşən, sürülər otlaşan, quzular mələışən yaylalarında, çiçəkli çəmənlərində, ala kölgəli talalarında indi donuzlar xortlaşır, Sızqa bulağının zoğallı yamaclarında erməni donqultusu irgəndirir ruhunu, qaçırdır yuxunu, bilirəm. Hələ Xaçının layla əvəzinə ağılar söyləmələrini, İşgə çayının qəmli zümzüməsini demirəm...
Salam yaşlı gözləri yolda qalan igid Sırxıvənd, qərib Sırxavənd, şəhid Sırxavənd...
Sırxavənd kəndi mənə İncə dərəsi qədər əziz və doğmadır. Ona görə ki, elə gənc yaşlarımdan, Bakıda tələbə olarkən bir neçə Sırxavəndli gənclərlə dostluq etdim, o kəndə bir neçə dəfə qonaq oldum.
Sonra əlaqələrəmiz daha da sıxlaşdı, Sırxavəndli Bayramın vasitəsiylə, Akifi tanıdıq, Rəhmanı tanıdıq, sonra isə Sırxavəndlə qohum olduq, qız alıb, qız vedik, ruhən Sırxavəndə uzaq qohum olan İncə Dərəmizi bu elata bağladıq, dostlüq və qohumluq körpüləri saldıq. Sırxavənd kəndinin ağsaqqalarından tutmuş, yeniyetmələrinəcən bizləri tanıdı, biz də onlara isnişdik və doğmalaşdıq.
Bizi ilk olaraq Sırxavəndə bağlayan Saqqal Bayram ( Ona çox zaman Arif də deyirdik. Qarabağ savaşı başlanandan saçına- saqqalına əl vurmadı, söz vermişdi ki, Sırxavənd alınmayanacan saqqalıma əl vurmayacam. Bu baxımdan saqqalı sinəsinə düşən Bayramın, adına Saqqal ayaması əlavə olnudu.) olmuşdu.
Bu uca boylu, enli kürəkli, qıvrım saçlı ərən, elə gənc yaşlarından mərdliyi, şücaəti, fədakarlığı, istiqanlılığı, xoş xasiyyəti, gülər üzlülüyü ilə hamının rəğbətini, məhəbbətini qazana bilirdi. Nə qədər sədaqətli, comərd, dost cannı olmağını təsvir etmək üçün balaca bir etüd parçasıyla haşiyə çıxım:
1976-cı il, aprel ayını 11-i idi. Mənim toym olasıydı. O zamanlar şadlıq sarayları nə gəzidri. Atamın min bir əziyyətlə Böyukşor qəsəbəsində aldığı evimizin həyətində çadır qurduq, qonu- qonşudan qab-qacaq topladıq, stol, stul daşıdıq və s. Çox kasıb idik. Bir dostumdan borc pul alıb bu işləri görürdüm.
Maraqlı bir toy keçdi və səhərisi gün gəlin gətirdiyə getməli idik. Onu da qeyd edim ki, bütün toyun əziyyətini Bayram çəkirdi, nə çatışmasa ona müraciət olunurdu və usanmadan böyük bir fədakarlıqla hər şeyi nizamlayırdı.
Gəlin gətirməyə getməzdən əvvəl yenə böyük bir süfrə açıldı, qohum-əqraba yaxşıca yeyib- içdikdən sonra "Atdandırma" çalıb Şüvəlan qəsəbəsinə gəlin gətirməyə yollandıq. Güzgülərinə qırmızı lent bağlanmış maşınlar Şüvəlanın küçələrini siqnal səsləriylə perikdirdi və maşın karvanı Mirzə kişinin qapısına düzüldü.
Şüvəlanlılar eşitmişdi ki, Qazaxlılar gəlin apardıda, adətlərinə əməl edərək evdən nəsə oğurlayırlar. Ona görə hər şeyi nəzarətdə saxlayırdılar. Bayram isə söz vermişdi ki, Mirzə kişinin ayaqqabısının bir tayını oğurlayacaq. Amma bu tələsikdə heç kim Bayramın harada olmasına fikir verməmişdi. Şüvalana çatanda Bayram gözümüzə dəymədi və açığı, bəy evi Şüvalanlılardan bir şey də oğurlaya bilmədi.
Gəlini götürmüş maşın karvanı yenə siqnalların hay-haray səsləriylə geri döndü. Məhləyə girəndə Bayramı darvaza hasarının üstündə gördük. Əlində içi konfetlərlə dolu bir nimçə var idi. Biz, yəni bəylə gəlin qapıdan içəri girəndə həmin konfetləri başımızdan tökdü. Xeyli irəli getmişdik, çiynimə bir alma dəydi. Geri donəndə hasar üstündən hələ düşməmiş Bayramın gülər üzünü gördüm. O ikinci alma ilə gəlini vurmaq istəyirdi. Yəni məndən nəmər gözləyidri. Başımla işarə etdim ki, nəmərin məndə, gəlinin nə canı var, almanı atma. Ona da bu lazım idi.
Giriş qapıya çatanda qapı ağzına qoyulmuş nimçəni gördük. Adətə görə gəlin bu nimçəni ayağı ilə sındırmalıydı. Gəlin də tənbəllik etmədən nimçəni cilik-cilk etdi.
Bütün bu mənzərələr hamını şok vəziyyətinə gətirmişdi. Axı biz evdən çıxanda ev bu vəziyyətdə deyildi. Bunları kim etmişdi?
Yenicə aldığımız evdə hələ yaşamırdıq. Qonaq kimi gəldiyindən yeyib içəndən sonra hamı gəlin gətirdiyə tələsmiş, yemək stollarının üstündə tökülüb qalmış qab-qacağı yığışdırmaq, gəlin gələcək evdə səliqə səhman salmaq heç kimin ağlına gəlməmişdi. Məsələni belə görən Bayram heç kimə bildirmədən evdə qalmış, masaların üstünü yığışdırmış, həyət-bacanı səliqə səhmana slmış, Qapının ağzına gəlinin sındıracağı nimçəni qoymuş, bir qabı konfetlə doldurub, hasarın üstünə bənd etmiş, sonra isə Mirzə kişinin ayaqqabısını bir tayını oğurlamaq üçün bir taksiylə Şüvalana yollanmışdı. Qala kəndi yaxınlığında gəlin karvanı ilə rastlaşanda "oğurluq"-dan əl çəkmiş və taksi sürücüsünü tələsdirib, bizdən tez evə çatmışdı...
Mənim artıq 6 nəvəm var, amma Bayramın bizim toyumuzda etdiyi bu dost fədakarlığını nələ də unuda bilmirəm.
Bayramın xarakterini cızmaq üçün bu balaca etüd parçası yəqin ki, nəsə söylədi. O, tək dost- qohum üçün yox, Torpaq, Vətən, Millət üçün də canını belə fəda etməyə hazır olan bir mötəşəm Türk kişisi, Sırxavənd oğludu...

ELAN OLUNMAMIŞ MÜHARİBƏ

Tez-tez Sırxavəndə qonaq gedirdik. Bayramla Rəhman bizi gah qaban ovuna, gah Xaçın cayına balıq tutmağa aparır, ovumuz alınmayandı yalçın qayaların yastı belində özüylə götürdüyü ətdən kabab edir, gah da Sızqa bulağının başında qonaqlıq məclisi qururdu. Uzaqdan, Kiçan kəndinin arxasındakı "Ballı qaya"-nı göstərib ora çıxmağa yollar düşünür, qayadan süzülən sap-sarı balı bizə göstərib: - Bilirsiniz orada nə qədər bal var.- deyib Ballı qayayla bağlı rəvayətlər söyləyirdi.
Nə gözəl məkan idi Sırxavənd kəndi. Sağından Xacın cayının şaqraq gurultusu, solundan İşgə çayının zümzüməsi, baharın ilkindi çağlarında min dildə oxuşan quşların nəğmələrinə qoşulur, sobaları tüstülənən, malları, quzuları mələşən, atları kişnəşən, itləri hürüşən kəndin ulu ruhuna qovuşurdu.
Ermənilərlə çəpər qonşusu olduğundan Sırxavənd camaatı daha ayıq, daha sayıq idilər. Kəndin ulu ruhundan pərvazlanmış kənd camaatının qocalı-cavanlı hamısı bir igid, bir ərən görkəmindəydilər.
Qarabağın müxtəlif bölgələrində gedən çaxnaşmalar, qanlı döyüşlər uşaqdan böyüyüə Sırxavəndliləri yenilməz əsgərlərə çevirmişdi. Ölkədə baş verən hərcimərçilikləri, hakimiyyət böhranlarını, döyüş bölgələrində baş verən pərakəndəlikləri görən Sırxavəndlilər anlayırdılar ki, qarşıda qanlı döyüşlər olacaq. Odur ki, kəndin özünü müdafiə dəstələri yaranırdı. Dörd tərəfdən mühasirədə olduqlarını anlayan Sırxavəndlilər heç kimə güvənmədiklərindən, yuxarıdan Kiçan, soldan Vəng, Çıldıran, Doyşanlı, sağ cinahdan Baş güney, Orta geney, Xatınbəyli, ayaq tərəfdən Qazançı, Fərrux istiqamətlərdən qorunmaq üçün səngərlər qazır, yüksəkliklərdə istehkamlar qururdular.
Demək olar ki, kəndin məmə deyənindən, pəpə deyəninə qədər hamı silaha sarınmışdı. Kəndin ən sayseçmə oğulları, Səməd Fərzəliyev, Bəhmən Məmmədov, İntizam Bəşirov, Məzahir Həsənov, Seymur Quluyev, Ələmdar Abdullayev, Fazil Fərzəliyev, Namiq Əliyev, Kamil İmanov, Bilal Məmmədov, Nağı İmanov kimi cəngavər xislətli, şir ürəkli ərənləri özünü müdafiə dəstələri yaradaraq ermənilərlə sərhəddə yaratdıqları istehkamlarda gecə-gündüz keşikdə dayanır, ermənilərin mənfur niyyətlərini hər an darmadağın edir, həmlələrinə qarşı hazır vəziyyətdə olurdular.
Saqqal Bayram Əsgərlikdə sapyor olduğundan kəndin ermənilərlə olan sərhədlərini, yollarını minalıyuırdı. Ruslardan kömək alan ermənilər getdikcə quduzlaçırdı. Hər an Sırxavəndə basqın ola bilərdi. Amma Sırxavənd xofu erməniləri qamaşdırıdı, tam əmin olmayıncaya qədər basqın etməyə cəsarət etmirdilər.
Bayramın düzdüyü minalar erməni texnikalarını vahiməyə salır, tez-tez partlayışlar olur, tanklar, BTR-lər, BMP- lər tüstülənərək göyə sovrulurdular. Onun, Kican, Qazançı, Fərrux sərhədlərinə düzdüyü piyada əleyhinə minaların qorxusundan erməni yaraqlıları kəndin həndəvərinə yaxın düşə bilmirdilə. Bu minalar onlarla ermənini qanına qəltan eləmişdi. Tək mina düzməyi ilə deyil, tədbirli bir döyüşçü, cəsur bir əsgər kimi Bayram xofu erməniləri təşvişə salır, onun ya ölüsünü, ya dirisini gətirəcək adama küllü miqdarda pul mükafatı ayırmışdılar.
Qızğın döyüşlərin birində Sırxavəndə girib də tez bir zamanda qovulub çıxan erməhilər Güney postunun əksində, Ballı qayadadakı postdan ratsiya ötrücüləriylə danışırdılar ki, ara, o Saqqal Bayram dururmu? Həmin adama elə Bayramın özü cavab vermişdi:-" Mən dururam, son erməni cocuğunu buralardan qovanacan yaşayacam". Erməni döyüşçüsü isə əsəblə": Bayram, niyət eləmişəm, səni diri tutacağam. Bir ağacdan asıb, yanında tonqal qalayacam. Sənin ətindən diri-diri kəsib şişə cəkəcəm, sən baxa- baxa sənin kababını yeyəcəm". - demişdi. Bayram isə istehzayla gülüb": Gözdə boğazında qalar".- deyərək, onu ələ salmışdı.
Fevral ayının əvvələrindən başlayaraq Erməni hücumları intensivləşir, Malbəyli, Xocalı faciələrindən ruhlanan ermənilər bir neçə dəfə uğursuzluğa düçar olmalarına baxmayaraq, Azərbaycan tərəfdə baş verən pərakəndəlikdən, hakimiyyət böhranlarından yararlanaraq, Rus qoşunlarının köməyi ilə kəndləri, qəsəbələri bir-bir işğal edirdilər. Sapı özümüzdən olan baltalatımızın satqınlarımızın sayəsində uğurlu əməliyyatlar keçiririr, minalanmış yollarla belə minalara toxunmadan hər yana qoşun yeridirdilər.
Bütün bu əhvalatları mənə nağıl edən Qüdrət Dostuyev, Milli qəhrəmanımız Şirin Mirzəyevin adını xüsusi ilə vurğalayaraq söyləyir ki, Allah ona qəni-qəni rəhmət eləsin. O, vaxtında bilirmiş kimi bizim Ağdamla yeganə yolumuz olan Əlağallı Sırxavəd yolumuzun üstündəki erməni kəndlərini, Fərrux və Qazançını darmadağın etmişdi. Yoxsa hər tərəfdən Sırxavəndi mühasirəyə alıb, Xocalının gününə sala bilərdilər.
Bütün əhvalatların canlı şahidi olan Qüdrət əminin söyləmələrinə görə sonralar, Rənim Qazıyevin Müdafiə nazirliyi ərəfəsində milli ordunun silahlıları Sırxavəndə köməyə gəlmiş, lakin heç bir əməlliyat keçirmədən geri qayıtmaq istəmişlər. Sörxavəndlilər kəndə köməyə gəlmiş silahlılarımızın bu hərəkətlərindən qeyzlənmiş, döyüş texnikası olan BMP-nin birini girov götürürmüşdülər.
Qüdrət əmi həmin BTR-in onlara nə qədər kömək etməyindən danışdı:
- O zaman mən qarajın baş mühəndisi idim. Baş çilingərimiz olan İxtiyara dedim ki, sən bu texnikanın sirlərini öyrən. Elə bir ekipaj da düzəlt, özün idarə et.- deyib, İxtiyarın igidliklərini xüsusi olaraq vurğuladı.

SIRXAVƏNDƏ BİRİNCİ BASQIN

Sırxavəndin çıxışı-girişi üçün iki yol var idi. Biri ust tərəfindən Ağdərə Vəng yolu, biri isə Kiçan- Ağdam yolu. Ermənilər xeyli müddətdi Sırxavəndə basğın edib, bir zaman Şirin Mirzəyevin darma-dağın etdiyi Qazançını və Fərrux kəndini geri almaq, Sırxavəndin giriş-çıxış yollarını bağlayıb, mühasirəyə salaraq yandırmaq, əhalisini qırıb, ikinci Xocalı qətliyamını yaratmaq fikrində idilər.
Onlar çox gözəl bilirdilər ki, Xocalı faciəsi Qarabağda böyük bir xof yaradıb və bu xofu daha da gücləndirmək üçün Sırxavənd faciəsini törətməyi strateji bir plan kimi həyata keçirməyə çalışırdılar.
Bunları hiss edən Sırxavəndlilər gecəli-gündüzlü kəndin dörd bir yanını nəzarətdə saxlayır, postlarda ayıq sayıq vəziyyətdə ermənilərin bütün həmlələrini məhv edirdilər.
Vəziyyət getdikcə gərginləşir, ermənilərin hücum planı hər dəqiqə reallaşırdı.
-Qüdrət əmi, bu quduzların planını mən bilirəm.- Bayram adəti üzrə sözünə ara verdi.- Bunların məqsədi bizi mühasirəyə salmaqdı. Mən uşaqlarla gedirəm kəndin başına. Ağdam yolumuzu minalayacam. Sən isə Güney postuna yollan. Ordakı uşaqlara Bənman başçıllıq edir. Amma orda bir ağsaqqal olmalıdı. Onların hamısı dəliqanlıdılar, Səməd kimi ayq üstündə vuruşmaq istəyirlər...
Bütün gecəni yuxu yatmayan, Sırxavəndin ən cəngavər oğullarından biri olan Səməd çox gənc olmasına baxmayaraq, özünü müdafiə dəstələrinin demək olar ki, bütün əməliyyatlarına nəzarət edirdi, bütün postları gəzidri, ytanları cəzalandırır, hamını beşaçlan kimi ayaqda olmağa çağırırdı.
Düşmana atəş açarkən ayağa durar, onları bir milçəyə belə saymırdı. Qüdrət kişi onu bu hərəkətinə görə bir neçə dəfə danlamışdı ki, oğul, bir az ehtiyatla döyüş, özünü qoru, güllənin vallahı-billahı yoxdu- deyərdi. Amma ermənini adam yerinə saymayan Səməd:-Erməni nə zibildi ki, onun mənə gülləsi dəyə.-deyərək, onların qanını belə içməyə susayırdı. Ermənilərə qan udduran Səməd öldürdüyü dığıların syını unutmuşdu. O hər dəfə ermənini gəbərdəndə ayağa durar, yerində bir dövrə vurub oynayardı.
Amma... Amansız güllə onun yolunu gözləyirdi və qaranlıq gecənin birində snayperlərin atığı həmin amansız güllə səngərdə ayaq ustə vuruşan Səmədin alnından dəydi...
Axşam tərəfi idi. Saqqal Bayram onu qoruyacaq silahlı dəstəsinə son tapşırıqlarını vedri:
- Ağ "masgirovkalara" elə bürünün ki, sizi görə bilməsinlər.
Minalar doldurulmuş çantaları ağ geyimin altında gizləyən döyüşçülər Bayramın bütün tapşırıqlarına dəqiqliklə əməl edirdilər.
Kiçanın ayaq tərəfinə çatanda Bayram barmağının işarələriylə Nağıya, Barısə, Əlamdara sağ cinahı, Rəhbərə, Vaqifə, Mehdiyə və Familə isə sol cinahı gözləməyi tapşırdı.
Havanın alatoran olmasına baxmayaraq, hər yanı bürmələmiş qarın ağlığı adamın gözünü qamaşdırırdı. Bir neçə mal-heyvan ləpirini nəzərə almasaq, hər yan sığallı qar örtüyünə bürünmüşdü.
Bayran əlindəki qısa saplı lapatqasıyla yolun gərəkli yerlərini qazıb, TM-57 markalı tank əleyhinə minaları düzməyə başladı. O ağır texnikaların haradan keçə biləcəklərini bilirmiş kimi 20 ədəd TM-57,TM-60 markalı minaları basdırdıqdan sonra, OZM markalı piyada əleyhinə minaları gözə görünməz simlərə düzməyə başladı.
O, bir professional çevikliyi ilə minaları düzür, şplintləri çəkərək qurğunu start halına gətirir, tank əleyhinə olan minaların qara düyməsini basaraq yanıb sönən işığın sönməsini gözləyir, siqnal səsi dayandıqdan sonra ustünü basdırır, qazılmış yeri qarla hamarlayıb barmağı ilə qarın üstündə qalmış izləri bərpa edirdi ki, heç kim buraların minalanmasından şübhələnməsin.
Bayramı dövrəyə alıb qoruyan cavanlar ətrafı diqqətlə izləyirdilər. Bayram isə sonuncu minanın şplintini çəkib hazırlıq vəziyyətinə gətinəndə əli partladıcı kapsula toxundu. Bu, minanın əldə partlaması demək idi. Bu Bayram qarışıq 7 nəfərin parça-parça olub göyə sovrulması demək idi. Kapsul işə düşdü və iynəsinin partlayış verən kapsula toxunmasına cəmi bircə saniyə qaldı. Bayram...
Ardı gələn şənbə sayımızda

Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV