adalet.az header logo
  • Bakı 17°C

"YANSIN DiLiM AğZIMDA, DESƏM NAZINI AZ ET"

OQTAY SALAMOV
28930 | 2007-05-17 05:50
Allah axırını xeyir eləsin, iki gündür danlanıram. Dünən də müdir işarə vurdu ki, günün hadisəsini düzgün müəyyənləşdirə bilməmisən. Deyir işə girəndə adamı iki punktla tanış etməlidirlər: 1. Müdir həmişə haqlıdır. 2. Əgər müdir haqlı deyilsə, onda 1-ci punkt qüvvədədir. Razılaşıram. Amma məni də qınamayın, gündə o qədər hadisə olur ki və maraqlar, zövqlər o qədər müxtəlifdir ki, bilmirsən hansı əsasdır, hansı qeyri-əsas. Deyir, atalar üçdən deyib. Sabah da danlansam,heç nə, apar qaytar. Ona görə də bu gün əlimdə olan qəzetlərdən xəbərlərin başlıqlarını yazıram. Amma təkcə başlıqla da iş aşmır axı, gərək münasibət olsun, niyə məhz bu başlığı seçməyini əsaslandırasan axı.
   
   Adamların əksəriyyətinin hadisələrə münasibəti mənim yarımbaşlıqda yazdığım səpkidə olur. Bir də "əə, noolsun?" variantı var. Mən də bu gün oxuduğum qəzetlərdəki xəbər başlıqlarını həmin prinsip əsasında qruplaşdırıram:
   
   
   
   SAĞ OLSUNLAR
   
   "Ərazimiz ?ürcüstana verilməyib". Xələf Xələfov deyir ki, mübahisəyə mayın sonunda aydınlıq gətiriləcək. Onda bu xəbərin hansı siyahıya düşəcəyini onda da dəqiqləşdirərik.
   
   "ADP razılaşdırılmamış mitinqlərə qatılmayacaq". Deyəsən Siyavuş Novruzov düz deyir axı,"Sərdar Cəlaloğlu haqqın yoluna dönüb".
   
   "Rusiyada soydaşlarımız daha qanunları pozmur". Sağ olsunlar onlar da, bu məlumatı xəbər verən Polad Bülbüloğlu da. Yoxsa rusların yanında əməlli-başlı biabır olmuşduq...
   
   "Bu gün Azərobaycanda xor sənəti inkişafdadır". Sağ olsunlar, xor birlik deməkdir, birlik isə dirlikdir.
   
   "Azərbaycanda "şərəfli uşaq doğuşu" layihəsi başlayıb". Sağ olsunlar, yoxsa şərəfsiz uşaq doğuşundan cana gəlmişdik.
   
   
   
   BƏ NİYƏ
   
   "Strasburqda nazirləri bir araya gətirmək mümkün olmayıb". Söhbət Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməkdən gedir. Əgər görüşdürə bilsəydilər, məsələlər mütləq həll olunmuşdu...
   
   "Əmək haqlarına əlavələr ediləcək." Büdcədən məvacib alanlara. Yoxsa, əsl "sağ olsunlar"ın xəbəri idi...
   
   BU OLMADI DƏƏ
   
   
   
   "Hacı Məmmədov məhkəməyə gəlmədi". Pah atonnan, hələ öz xoşuna deyil gəlmir, gör öz xoşuna olsa necə olardı...
   
   "Ümumdünya Bankının prezidenti öz səhvini etiraf etdi". Vulfovits öz sevgilisinin güdazına gedib. Sevdiyinə artıq pul yazıb, onun da zibili çıxıb...
   
   "Flora Kərimovanın qolu sınıb". (Şərhsiz, təəssüf).
   
   "Azərbaycandan ?ürcüstana təbii qazın nəqli dayandırılıb". Bu qətiyyən olmadı. Özümüz cəhənnəm, ?ürcüstana da?..
   
   
   
   BİZƏ BU DA AZDIR
   
   
   
   "Sərdar Cəlaloğlu haqqın yoluna dönüb". Bunu Siyavuş Novruzov deyir. Demə li haqqın yolu...
   
   "Polis jurnalistlərin aksiyasına imkan vermədi". Çünki jurnalistin aksiyası başqa aksiyalara bənzəməz, düzdür?
   
   "Rusiya Azərbaycana fırıldaq gəldi". ?ürcüstandan çıxardığı bazaları Ermənistana doluşdurdu. (Şərhsiz).
   
   "Sumqayıt bələdiyyələri korrupsiyaya qurşanıb". Çox fikirləşəndən sonra bu punkta yazdım. Əslində sonrakı bölməyə daha çox uyğundur, hansı qurşanmayıb ki?..
   
   "Tikinti materiallarının qiyməti artır". Bölmənin adını oxu və ah çək...
   
   
   
   ƏƏ, NOOLSUN
   
   
   
   "Fərhad Əliyevin məhkəməsi başlandı". Tutulan adamın məhkəməsi olar dəə...
   
   "Sergey Lavrov mayın 21-də Bakıya gəlir". ?əlsin dəə, Bakıya kimlər gəlməyib ki, bu da olsun biri...
   
   "Milli Park rəhbərliyi bulvarda ilan olduğuna inanmır". ?özləri ilə görəndə inanar. Amma siz də çox açıq-saçıq geyinib oralara getməyin, xatası var..
   
   "Serj Sarkisyan prezidentliyə namizəd olacaq". Cəhənnəmə olsun, erməninin prezidenti ermənilərdən biri olmalıdır, yoxsa yox?..

TƏQVİM / ARXİV