Hansı qəzeti açırsan, orada mütləq dünyada baş verən hadisələrə ötəri də olsa bir ilişki qarşına çıxır. Bunların içərisin də son vaxtlar təbiət hadisələriylə, yəni daha çox qlobal istiləşmə problemlərinə dair müxtəlif elmi-publisistik münasibətlər diqqəti çəkir. Yəni istər alimlər, istər bu sahənin mütəxəssisləri, istərsə də ekspertlər, münnəcimlər təbiət hadisələrinə yanaşmada ən çox havanın kəskin surətdə istiləşəcəyini, buzlaqlarda ərimənin getdikcə geniş miqyas alacağını önə çəkirlər. Və hər biri də öz mövqeyini bu və ya digər elmi, dini və digər məqamlarla əsaslandırmağa çalışırlar. Necə deyərlər, bu informasiyaları oxuyandan sonra adamın canına bir gizilti keçir. Hiss edirsən ki, məhşər günü yaxınlaşır. Doğrudur, proqnozlar daha çox 2050-ci ildən sonranı əhatə edir (mənim o tarixə yox, heç sabaha da o qədər böyük ümidim yoxdur), amma baxma da, hər halda bizli də, bizsiz də dünya var, olacaq və insanlar həmin o təhlükə ilə üz-üzə qalacaqlar. Ona görə də...
Təkcə qəzetlər yox, elə müxtəlif telekanallarda da son vaxtlar təbiət hadisələri, təbiət şıltaqlıqları say baxımından xeyli artıbdır. Bax, elə qardaş Türkiyədə mövsümə uyğun olmayan istilər, o biri tərəfdən də leysan yağışlar və yaxud Rusiya paytaxtındakı hava durumu bu dediklərimizi özü-özlüyündə sübut edir. Və biz ekrandan baş verənləri seyr etdikcə on gündən artıqdır ki, Bakıda at oynadan küləyin səngiməməsi də bizdə təbiətə qarşı bir inciklik hissi doğurur. Amma neyləyək, təbiət də elə özümüzə oxşayır. Yəni...
Məmləkətin durumunu bir anlığa göz önünə gətirək. Təkcə may ayının ilk yarısında nələr yaşamadıq? Bayramlar, faciələr, siyasi çəkişmələr, mətbuata basqılar, mətbuatdan ünvanlı-ünvansız iftiralar və s. Bütün bunlar bizim havamızın heç də normal olmadığını, qabarmaların və çəkilmələrin bir-birinə qarşı az qala əliqılınclı dayanmasını biruzə verir. Aşkarca hiss olunur ki, hər gün iqtidarı ağ yuyub qara sərən müxalifət özü-özüylə dil tapa bilməyəndə öz daxilində istəyini reallaşdırmaq gücünün tükəndiyini duyanda günahkar kimi iqtidara tərəf sərt mesajlar, açıq təhdidlərlə çıxışlara meyl göstərir. Belə demək mümkünsə, müxalifətin toyuğu yumurtlamırsa, demək, günah iqtidardadır. Zənnimcə, siyasi havanın xırda bir detalı olan bu yanaşma müxalifətin havasından (onun necə olduğu, sümüyə düşüb-düşməməsi başqa bir söhbətdir, əsas ciyərlərin öz vəzifəsini yerinə yetirməsidir) yaxşı heç nə gözlənilmədiyini aşkarlayır.
İqtidarın siyasi arenada, o cümlədən də ölkə daxilində iqtisadi problemlərin müəyyən çətinlikləri ortaya çıxanda və yaxud Tarif Şurası dara düşəndə "qaldırma" məsələlərini önə çəkəndə təbii ki, burda günahkar müxalifət olur. Çünki müxalifət düşmən mövqeyindədir, konstruktiv təkliflər vermir, özünün hazırladığı iqtisadi-siyasi layihələri və bu layihələrin gerçəkləşməsi prinsiplərini, detallarını gizli saxlayır. ?özləyir ki, nə vaxt hakimiyyətə gələr, onda da istifadə edər. Bu isə aşkarca iqtidara arxadan vurulan zərbədir. İqtidarın fikrincə isə, buna qətiyyən yol vermək olmaz. Müxalifəti yerində oturtmaq, ona həddini tanıtmaq və bununla da demokratik bir şəraitdə ölkə havasının saflaşmasına nail olmaq lzımdır.
?ələk cəmi məmləkətin havasına. Ermənilər Qarabağda parad keçirtdi. Qələbələrini, döyüş silahlarını nümayiş etdirib tut arağı ilə yudular. Deməli, Qarabağın havası hələ də barıt qoxuyur. Doğrudur, xarici işlər nazirləri, yəni Elmar Məmmədyarovla Vardan Oskanyan görüşdülər. ATƏT-in Minsk qrupunun həmsədrləri iki ölkənin prezidentlərini görüşdürmək üçün hazırlıq işləri aparır, erməni idmançılar Bakıya gələcək, Qarabağ Azadlıq Təşkilatı and içib ki, buna imkan verməyəcək. AFFA da ermənilərin gəlib T.Bəhramov adına stadionda top qovması barədə düşünməyə başlayıb. Bizimkilər 2007-nin "Eurovision"unda iştirak edə bilmədilər. Buna üzülsək də ən dəhşətli xəbəri Murad Dadaşov verdi, dedi ki, 2008-də də bizim orda iştirakımız baş tutmayacaq. Bir ümid də belə puç oldu. Hə, ən dəhşətli hadisələrdən biri də Türkmənistanla Qazaxıstanın "Qazprom"a "satılması" oldu. ABŞ-a xəyanət elədilər, ruslarla işbirliyi yapdılar. Bax, belə.
Bu qısa xülasədən sonra məmləkətin havasını az-çox yəqin ki, təsəvvür etdiniz. Mən hələ digər məqamlara toxunmadım, çünki onları da desəm, onda içi mən qarışıq hamımız havalanarıq. Yaxşısı budur, nə biliriksə, onunla kifayətlənək, havamızın qədrini bilək, qayğısına qalaq. Yoxsa...
Yoxsasını özünüz bilirsiniz. Bilməyənlər də bilənlərdən öyrənsinlər. ə