ANA SƏHİFƏ / YAZARLAR

DEMOKRATİYANIN...TÜFƏNGİ

20578    |   2014-06-14 07:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxillik təcrübəmə əsaslanıb hərdən jurnalistikamızın uğurlarından və bu kontekstdə problemlərdən də söhbət açıram. Son vaxtlar peşəkarların əksəriyyəti bu vacib məsələnin üstündən nəyə görəsə dinməzcə ötüb keçirlər. Ancaq bugünkü mətbuatımızın gerçək halına diqqət və səmimiyyətlə baxıb yaxşı mənada müəyyən qədər konservator ola bilsək, bir çox məsələlərin həllində çətinlik çəkmərik.
Baxın, indi qəzet və saytlarda çalışanların əksəriyyəti, başqa peşə sahibləridir, sonradan gəlmələrdir. Onlar - mühəndislər, sürücülər, təmirçilər, müəllimlər, dülgərlər, dərzilər, yazıçı və şairlər, zootexniklər, hərbiçilər, nə bilim, daha kimlər... sanki öz səadətlərini... jurnalistikada tapıblar.
Əvvəlki peşə və ixtisaslarını inkar edən bu "yaradıcı kütlənin" rolu nədən ibarətdir? Təkcə bu sualın cavabı üçün bir xeyli baş sındırmaq lazım gəlir. Hətta çox abırlı bir peşəkar dostumuzun yanğı ilə söylədiyi kimi, başımızı gerçəkdən bərk bir materiala çırpıb yaralamaqdan başqa çarə qalmır. Çünki ənənəvi və müasir tələbli jurnalistika qalır bir tərəfdə, onlarsa özləri bildikləri kimi fəaliyyət strukturu, şəbəkələri müəyyənləşdirir, alifatik birlik nümayiş etdirirlər. Jurnalistikaya əvvəlcə amatör kimi dürtülən bu "yaradıcı kütlənin" artıq cəmiyyəti özünə öyrəşdirməyə başlayan, sanki belə olmalıymış təşəbbüsü ilə şübhəli bir generasiyası formalaşmaqdadır. Qarşısı vaxtında alınmasa onların törəmələri sadəcə çoxalıb artacaqdır. Düşünən və təəssüf çəkən başlar da elə bu səbəbdən çatlayır. Bəzən də elə fiziki mənada. Bunların əksəriyyəti dolandırıcı və reket xislətli olub jurnalistikaya sağdan, soldan, arxadan... zərbələr vururlar, onu urvatdan salıb anasını ağladırlar, özlərinin manyakal məqsədləri üçün hər cür dona girməyi də bacarırlar. Ancaq üzbəüz gəlməkdən həmişə çəkinirlər. Çünki jurnalistikaya hələ orta səviyyədə gərəkli olan bilik və dünyagörüşü, etika, mədəniyyət, ədalət prinsiplərindən uzaqdırlar. Ancaq onların bəziləri hətta mətbuatın tarixindən, jurnalistika məsələlərindən trafaret cümlələr də işlədirlər. Eləcə poliqrafiyadan da - zamanını keçmiş linotip maşınından, məsələn. Mələk donuna da girə bilirlər. Ancaq həm də bilmirlər ki, bu dünyada mələk adlanan ağaclar da var ki, normal dünya görüşə malik olanlar bu bitkilərin ikinci həqiqi adının şeytan ağacı olmasını da nə vaxtsa oxuyub yadda saxlayıblar.
Onlar jurnalistikanın nə keçmişini, nə də indisini tam öyrənməkdə maraqlı deyillər. Təbii, sonradan gəlmələr içində bir çox istisnalar var. Onlar öz zəhmət və sevgiləri ilə jurnalistika fakültəsini bitirən həmkarlarımızdan da irəli gediblər. Hətta elələri var ki, mən, tanınmış və peşəsinə sədaqətli bir juranlist kimi onların qarşısında obyektiv məqamda qələmi saxlamağı da özümə ayıb bilmərəm. İndi həmin məşhur jurnalistləri heç kəs ixtisasca filoloq, iqtisadçı, tarixçi və ya kənd təsərrüfatı mütəxəssisi kimi tanımır. Fitri istedadları öz yerində, onlar jurnalistika məsələlərini də mükəmməl şəkildə öyrənərək bu sahənin əsl senturionları kimi seçilirlər. Ən əsası yazılarında dilimizi daha da gözəlləşdirir, unikal yaradıcılıq prinsipləri ilə jurnalistikamızın reytinqini yüksəldirlər.
...Pis mənada seçilərlərsə cəmiyyəti təngə gətiriblər. Bu gün onlara jurnalistikanın istər poliqrafik, istərsə də yaradıcılıq mənasında rotasiyasını anlatmaq mümkün deyil, zülm bir işdir. Həmin çoxluğu, "yaradıcı kütləni" bir şey düşündürür: nə yolla olur olsun mətbuatda özünə yer eləyib cəmiyyətin və jurnalistikanın başını ağrıtmaq. Beləliklə, öz xislətlərinə uyğun olaraq da məqsədlərinə çatmaq!
Paradoksdur! Demokratiya cəmiyyətin azad inkişafı üçün necə mükəmməl imkan və şərait yaratmışdırsa, bütün sahələrdə insanları razı salan motivləri önə çəkmişdirsə, bir məqamda çox ciddi çaşqınlıq və anlaşılmazlığa səbəb olmuşdur. Təəssüflər olsun ki, məhz demokratik inkişaf... jurnalistikaya çox böyük zərbə endirmişdir. İndi də əlini-ayağını heç müxtəlif təsir vasitələri və cəza tədbirləri ilə də yığışdırmaq mümkün olmur. Bəli, qeyri-peşəkarlar üçün mətbuatın qapıları taybataydır. Kim istəyir keçib yuxarı başda da əyləşə bilər. Yəni qəzet, jurnal, sayt açıb müdir də ola bilər. Hətta peşəkar və təcrübəli jurnalistlərə irad da tuturlar, inanmazsınız.
...Adam nə qədər abırsız olmalıdır ki, yalan və böhtan üzərindən başqalarına irad tutsun, hədə gəlsin, eləcə fırfıra kimi fırlansın.
Adam nə qədər abırsız olmalıdır ki, cibində 4-5 qəzetin vəsiqəsiylə bütün günü yalnız idarə, müəssisə qapılarında sülənsin, hətta bəzən alçaldılaraq o qapılardan qovulsa belə...
Adam nə qədə inadkar, abırsız olar ki, həftədə, ayda nədir, ildə bir dəfə məqalə yazmaya, daha doğrusu, yaza bilməyə, ancaq hər yerə soxulub özünü jurnalist adlandırsın...
Adam nə qədər ləyaqətini itirmiş olar ki, hansısa bir yaşıllıq idarəsində oğurluq edirmiş kimi "çalışdığı" qəzetin deyil, başqa bir qəzetin nümayəndəsi olduğunu bildirsin. Sonra da məsələnin üstü açılanda qaçıb aradan çıxsın...
Adam nə qədər haram tikəyə öyrəşər ki, hətta qəzet redaktorunun həmyerlilərindən belə abunə adı ilə pul yığıb evinə aparsın, utanmadan yenə də həmin təşkilata üz tutsun...
Adam nə qədər həyasız ola bilər ki, evdə redaksiya yaradıb dörd-beş, 15-20-30-45 günlük qəzetlər hazırlayar (şəkillər və şəkilaltı sözlərdən ibarət) və jurnalistikaya bu cür ironiya bəs deyilmiş kimi, mətbuata aid əksər yaradıcı mükafatlara da "layiq" görülər...
Adam nə qədər... Nə qədər desəniz oxşar misallar çəkmək mümkündür. Tək birini ayrıca qeyd edim, bununla da kifayətlənək. Hətta iş o yerə çatıbdır ki, ər-arvad birlikdə təşkilatları gəzir və özlərini jurnalist kimi qələmə verirlər. Təbii ki, vəsiqələr və qəzetlərlə birlikdə. Bəzən zəng gəlib ərin bir saatlıq harasa getməsini də diqqətdə saxlayın. Daha keçib, sutenyor "jurnalistlər" də fəaliyyətdədirlər. Ətrafınıza diqqətlə baxın!
Əsl mətbuat işçisinin, əsl jurnalistin həyat yolu bu cür anlayışlarla kəsişə bilərmi? Hətta acından ölsə belə!
Azərbaycan mətbuatı hər nə qədər inkişafdadırsa, göründüyü kimi onun zavalları da az deyil. Cəmiyyət bütün bunları bildiyi kimi, peşəkarların da ağrı-acısını duymalı, əsl jurnalistikanın halallığına inanmalıdır. İndi neyləyək ki, məhz həmin o "tüfəng" jurnalistikada demokratiya rolunu oynamağa alət oldu. Peşəkarlar birləşsə, bu af(y)orizmin səhv olduğunu sübut edə bilərlər.

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamın birinci katibi (adını çəkmək istəmirəm, çox gözəl insandı, amma lətifə bir az acıdı, xətrinə dəyə bilər) Bakıdan gələn şair və alimləri götürüb aparır Abdal-Gülablıya. Deyir sizi elə bir kəndə aparacam ki, burda hamı söz ustasıdı. Özü də çox qonaqpərvər, səmimi camaatdı, gedək bir az mırt tutaq.

Kəndə çatanda Şakir çıxır qabaqlarına. Maşını saxlayıb düşüb Şakirlə görüşürlər.

Katib dərədə otlayan eşşəkləri göstərib deyir:

- Şakir, o eşşəklər də Gülablıdandı?

Şakir bir katibi, bir qonaqları süzür, qonaqların içində olan Xudu Məmmədovu qonaqlardan ayırır və çəkir öz tərəfinə və deyir:

- Yox, yoldaş katib, qadan alım, onlar da sizin kimi gəlmədilər.





digər lətifələr
ARXİV
FACEBOOK