adalet.az header logo
  • Bakı 13°C
13 Iyun 2014 14:20
26074
GÜNDƏM
A- A+

İlham Əliyev dünyada ən yaxşı prezident seçildi

Redaksiyamızın ünvanına QUDAL – QUality meDAL, BeynəxalqICERTIAS – International Certification Association təşkilatından daxil olan məktubda göstərilir ki, İlham Əliyev dünyada ən yaxşı prezident seçilib.
Məktubun sərlövhəsi məhz bu cürdür:

İlham Əliyev dünyada ən yaxşı siyasətçi kimi seçilmişdir
Daha sonra göstərilir ki, İsveçrə təşkilatı olan ICERTIAS tərəfindən Azərbaycanda keçirilən ilk QUDAL – Keyfiyyət Medalı sorğusunda dünyada ən yaxşı siyasətçinin kim olması barədə verilən sualı Azərbaycanlı vətəndaşlar belə cavablandırmışlar: İlham Əliyev
Qeyd olunur ki, sorğu azərbaycanlı vətəndaşlar arasında vəbu ilin may ayında 15 yaşdan yuxarı 1 200 Azərbaycan vətəndaşı arasında keçirilib.
Verilən informasiyaya görə, respondentlərə ünvanlanan sual belə olub:
"Sizcə, hal-hazırda dünyada ən yaxşı siyasətçi kimdir?”
Respondentlərin əksəriyyətinin bu suala cavabı belə olmuşdur – "İlham Əliyev”.
Təşkilat qeyd edir ki, İlham Əliyev həmçininən yaxşı yerli siyasətçi kateqoriyasında da ən yüksək səs sayı ilə irəlidədir.