adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

HEYDƏR ƏLiYEV TARiXiN XALQIMIZA ƏN BÖYüK TÖHVƏSi iDi

290625 | 2007-05-09 06:04
Cəmiyyət həyatı önəmli insanlarla, böyük tarixi şəxsiyyətlərlə zaman-zaman zənginləşir. Təbii ki, şəxsiyyətlərin tarixi və cəmiyyəti zənginləşdirməsi bu və ya digər xalqın həyatında say və kəmiyyət etibarı ilə həmişə fərqli olubdur. Bu mənada Azərbaycan xalqının, Azərbaycan tarixinin minilliklərdən gələn böyük mütəfəkkirləri, dühaları, sərkərdələri, elm, sənət xadimləri özlərinin xalqa və tarixə bəxş etdiyi xidmətləri ilə bizim dünyada tanınmağımıza bir stimul olmuş, təkan vermişdilər.
   
   Hər dəfə xalqımızın tarxində silinməz və danılmaz yeri olan böyük simaların, müdrik insanların sırasına nəzər salanda ulu öndərimiz, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin yeri ön cərgədə görünür. Bu bəlkə də xalqın və onun tarixinin ən böyük qazanclarından biridir. Çünki ön yerdə olan tanınmışların, seçilmişlərin və xalq tərəfindən sevilənlərin arasında ən birincisi olmaq heç də hər kəsə nəsib olmur. Elə Heydər Əliyev böyüklüyü də ondan irəli gəlir ki, o xidmətləriylə, bu xalq üçün, bu dövlət üçün etdikləriylə xalqı tərəfindən bütün zamanlar üçün birinci olmaq haqqını qazanıbdır.
   
   Müstəqil Azərbaycan dövlətinin qurulması, dirçəlib ayağa qalxması, inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutması və nəhayət dünyanın əksər beynəlxalq təşkilatları ilə, böyük dövlətləri ilə birbaşa işgüzar əlaqələrin qurulması məhz Ulu Öndərimizin xidmətlərinin bir hissəsidir. Təsəvvür edin ki, bəzən çətin olsa da, bu son dərəcə inandırıcı bir faktdır ki, məhz ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin dühası, onun uzaq görənliyi, müdrikliyi və zamanına görə vaxtında qəbul etdiyi qərarların sayəsində Azərbaycan regionun qabaqcıl dövləti oldu. Bu gün Cənubi Qafqazdan, bütövlükdə MDB məkanından söz düşəndə həm siyasi, həm də iqtisadi cəhətdən, o cümlədən də sabitliyi və əmin-amanlığı, işgüzar şəraiti dünya biznesinə yatırımların ayrılmasına etibarlı məkan kimi hər kəs məhz müstəqil Azərbaycana üstünlük verir.
   
   Xalqın istək və tələbi ilə ikinci dəfə hakimiyyət sükanı arxasına qayıdan ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev özünün qayıdışı ilə xalqın ümid çırağını yandırdı. Ölkəni xaosdan, vətəndaş müharibəsindən, bir dövlət olaraq məhv olmaq təhlükəsindən xilas etdi. Bir-birinin ardınca qəbul olunan qərarlar, həyata keçirilən tədbirlər, aparılan islahatlar ölkəmizin nüfuz və gücünü bərpa etməyə, bununla da dünya dövlətlərinin diqqətini çəkməyə başladı. "Əsrin müqaviləsi"nin imzalanması və eləcə də digər iqtisadi əlaqələrin möhkəmlənməsi, o cümlədən də Azərbaycana tarixi sərmayələrin yatırılması istiqamətində görülən tədbirlər bir partnyor dövlət kimi müstəqil və gənc dövlətimizin nüfuzunu artırdı. İstər kənd təsərrüfatı, istər sənaye, istər elm və texnika, o cümlədən də mədəniyyət ən vacibi isə ordu quruculuğu sahəsində Ulu Öndərimizin birmənalı şəkildə qarşıya qoyduğu vəzifələr Azərbaycanın düzgün yolda olduğunu, inkişaf və tərəqqi istiqamətini tutduğunu hər kəsə göstərdi.
   
   Bütün zamanların hakimi və yaddaşı xalqdır. Məhz bu mənada Azərbaycan xalqı doğum gününü qeyd etməyə hazırlaşdığı ulu öndərinin əbədiyaşar bir tarixi şəxsiyyət olduğu barədə hökmünü artıq çoxdan veribdir. Və bu xalq artıq qəti şəkildə bəyan edib ki, nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var onun böyük oğlu, həyatını xalqına həsr etmiş ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev də olacaq. Çünki "Xalq Heydər, Heydər Xalq" çağırışı artıq reallığa çevrilib. Bu reallıq hər gün, hər an hiss olunur. Elə ulu öndərimizin doğum günü ərəfəsində görülən tədbirlər xalqın əhval-ruhiyyəsi bu dediklərimizi sübut edir. Danılmaz bir həqiqət də var ki, Heydər Əlirza oğlu Əliyev öz əbədiyaşarlığını xalqımızın ürəyində özü yaşadır. Bu haqq ona Tanrıdan və Azərbaycan xalqından verilibdir. ə

TƏQVİM / ARXİV