adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ATƏT-in oyunbazlığı təəccüb doğurmamalıdır

AZƏR SARIYEV
393526 | 2014-06-11 12:17

Gürcüstanın keçmiş dövlət başçısının ATƏT-lə bağlı açıqlaması yayımlanıb. Həmin açıqlamada Saakaşvili, açıq mətnlə yazsaq, ATƏT-in ikiüzlü siyasətini faş edir.


Onun prezidentliyi dövründə baş vermiş rus-gürcü müharibəsində ATƏT-in tutduğu mövqe barədə deyir: "Ukraynalılar, 2008-ci ilin Cənubu Osetiya olaylarında olduğu kimi, ATƏT indi də xanım Talyavinini sizə soxuşdurur. Bəli, bəli - adı ilə demək lazımdır, məhz soxuşdurur. O vaxt Talyavini avqust hadisələrinin araşdırılması komissiyasına rəhbər təyin olunmuşdu. Bəli, həmin vaxt o, faktları olduğu kimi qeyd etmişdi. Lakin Almaniya Xarici İşlər Nazirliyi onu qarşısında oturdaraq bildirmişdi ki, bəli, faktlar olduğu kimi yazılıb, amma son rəsmi sənəddə elə göstərilməlidir ki, Rusiya sanksiyalarla üzləşməsin, elə yazılmalıdır ki, tərəflərin ikisi də günahkar olsun: həm Gürcüstan, həm də Rusiya”. (mənbə: axar.az)
Deyilənlər, oxucular və bəzi həmkarlar üçün şok informasiya olsa da, şəxsən mən təəccüblənmədim. ATƏT-in Qarabağ mühairbəsi ilə bağlı oyunbazlığı öz yerində. Bundan əlavə, prezident və parlament seçkiləri zamanı ölkəmizə təşrif buyurmuş ATƏT-in müşahidə missiyaları rəhbrlərinin nə oyunlardan çıxdıqlarının, necə aciz, zavallı durumda qaldıqlarının dəfələrlə şahidi olmuşam. Hesabatlardan sonra ATƏT müşahidə missiyalarının siyasət, seçki və hüquq məsələləri üzrə ekspertlərinin bizə yaxınlaşaraq, təəccüblərini gizlətməyərək "biz elə rəy verməmişik”, "tam əksini yazmışıq” demələrini, üzürxahlıq etdiklırini çox görmüşəm. Zatən, rəsmi görüşlərdə də missiyanın rəhbərlərindən hesabatlardakı iddiaların hansı faktlara əsaslandığını soruşduqda, bircə dənə olsun belə, arqument, fakt təqdim edə bilmirdilər. Məlum olurdu ki, adını qeyd etməyi unutduqları hansısa müşahidəçinin söylədiklərini əsas götürürlər. Hətta elə olurdu ki, hesabatda öz ekspertlərinin birbaşa iştirak və şahidlik etdikləri proses barədə tam tərsinə informasiya yazılırdı. Yuxarıda qeyd etdiyim kimi, həmin ekspertlər də nəticəyə, rəsmi sənəddə əks olunanlara təəccüb qalırdılar. 
Amma nə olsun? Hesabatlar baş ofisdə təsdiq olunurdu.

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV