adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

UNiTAR, UNiKAL, UNiTAZ

OQTAY SALAMOV
27326 | 2007-05-02 00:56
Siz oxuyanda ayın 2-si olsa da, mən bunu yazanda mayın 1-i idi. Rəhmətlik Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik ?ünü. Ya da Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyinin rəhmətlik ?ünü, nə isə 1 May idi. Əvvəllər parada çıxdığımız, sonra da yaxşıca "mayovka" keçirdiyimiz gün. Daha bunu bayram etmirik, indi nə rəsmi zəhmətkeş qalıb, nə də onların həmrəyliyi. İndi mayın 8-də Şuşanı verib 9-da Qələbə gününü qeyd eləyirik. Nə isə...Bu köhnə bayram günü yadıma düşdü ki, biz unitar dövlətik, yəni heç bir federasiyası, şəriki olmayan, dünyəvi, qanunlarla idarə olunan, qanunun şah olduğu dövlətik. Yaponiya da unitar dövlətdir. Bizdə hələ yoxdur, amma Yaponiyada çox "sovremenni" unitazlar buraxırlar, isti-soyuq suyu, qızdırılan oturacağı, avtomatik yuyub-qurulamağı... Çox unikal şeydir. Düzdür, axır vaxtlarda bu unikal məişət əşyasının "zapçast"larını Çin və Koreya buraxmağa başladığından bəzən unitazlar yanır və partlayır, amma hər halda unikal şeylərdir. Bunları yazanda birdən ağlıma gəldi ki, unitardı, unikaldı, unitazdı - yəqin qohum sözlərdi. Kökləri, mənaları eyni olmasa da, səslənməsində yaxınlıq var. Və elə həmin anda da bizim bir unikallığımız haqda nə vaxtsa yazdığım yazı yadıma düşdü. Köhnə bayramın nostaljisi ilə yaşadığımdan balaca bir "xaltura" etməyi qərara aldım və həmin yazının üstündə kiçicik kosmetik əməliyyat aparmaqla bir də çapa verirəm.
   
   Mən özümüz haqda deyəndə ki, bu millətin qadasın alım, belə bu millətin başına dönüm, bəziləri dodaq büzürdü. Ayə, vallah, biz unikal millətik. Özü də bir sahədə, iki sahədə yox ey, elə hər sahədə unikal millətik.
   
   Bu unikallığın xoruz səsi eşitməyən tərəfləri var. Öz aramızdır, xoruzun səsini kəsməyi də bizimkilər icad eləyiblər. Başını demirəm ha, səsini deyirəm. Deyir, Aşot arvadının ayağısürüşkənliyindən şübhələnmişdi. Evində saxladığı xoruzu elə öyrətmişdi ki, Haykanuş yatağına başqa kişi ilə girən kimi banlayırdı. ?ecə oldu, gündüz oldu, fərqi yoxdu. Mamedin onlara gəldiyini görən Aşot qoşalüləni götürüb bağda oturur, xoruzun banlamağını gözləyir. Bir saat, iki saat. Mamed yorğun-arğın çıxıb gedir. Aşot evinə girib görür ki, Haykanuş gərnəşə-gərnəşə üst-başını düzəldir. Xoruz da qanadlarını çırpır, boğazını uzadıb banlamaq istəyir, amma ağzından ban əvəzinə xoruzun arxasından vızıltı çıxır. Məlum olur ki, gözünə döndüyüm Mamed xoruzun arxasına yağ sürtübmüş. Xoruz da banlayanda gərək özünü toplasın, arxasını büzsün. Ay büzdü ha! Büzə bilsəydi Haykanuş elə gərnəşməzdi axı. Nə isə... Bunu sözgəlişi, unikallığımızı sübut etmək üçün dedim.
   
   ?örməsəniz inanmayacağınız bir unikallığımızdan danışmaq istəyirəm. Kərim kişinin yaşı 70-i haqlamışdı. Ayaqları ağrayır, əlləri əsirdi. Məsəl var, deyir, əri evdən qovanı it də tutdu bir yandan. Kərim kişi möhkəm xəstələndi. Həkimlər enurezdi, onurezdi, nədi, ondan tapdılar. Böyrəkləri də alayarımçıq süzürdü. Arvadı Səfurəni dərd götürmüşdü.
   
   Qonşular da bacardığı köməkliyi edir, arvadın, elə kişinin də halına acıyırdılar. Bir gün gördük Səfurə arvad Kərim kişinin qoluna girib onu avtobusa mindirir. Dedik, yəqin həkimə aparır. Səhəri gün yenə belə oldu. Amma Səfurə arvadın rəngi durulmuşdu. Bir-iki gündən sonra hər səhər qapılarında taksi dayanır, Kərim kişi ilə Səfurə arvadı hara isə aparır, axşamüstü geri qaytarırdı. Arvadın kefinə kef çatmırdı.
   
   Bir gün səhər gördüm ki, taksi şoferi həyətdə dilxor dayanıb. Səbəbini soruşdum.
   
   - Filan qədər benzin yandırıb bura gəlmişəm, sən demə, prizıv qurtarıb, şef işə çıxmır - dedi. Başa düşmədim, şef Kərim kişini deyirdi, yoxsa Səfurə arvadı. Maraq üstün gəldi, xəbər aldım.
   
   -Şef Səfurə xanımdır. Kərim müəllim onun pul qazanma obyektidir.
   
   -Başa düşmədim.
   
   -Səfurə xanım iş qurub. Hər gün Kərim müəllimi aparırıq Biləcəriyə. Kişini orada yaxşı tanıyırlar, kliyent əlindən tərpənmək olmur.
   
   -Yəni deyirsən dilənir?
   
   -Nə dilənmək, alə, kişi işləyib pul qazanır.
   
   -Dolamısan məni?
   
   -Canım üçün düz deyirəm. Əsgər getməmək istəyən uşaqlar həkim komissiyasından keçəndə analiz verməlidir axı. Bu kişinin də böyrəkləri xəstədir. Analiz verənlər haqqını verir, Kərim müəllim də onların əvəzindən butulkaya işəyir. ?ündə 500 dollara pul demir. Uşaqların da işi düzəlir, Kərim müəllimin də. Səfurə xanım bir-iki başqa xəstəliyi olan pensioner də tapıb. Balaca şirkət yaradıb. İndi çox yerlərdə əsgərliyə rayon voenkomatlarından aparırlar, biz də bir növ qastrola da çıxırıq, əhaliyə yerində xidmət edirik. Sağ olsun Səfurə xanım, kişinin qızı gör neçə adama çörək verir. Heyf, prizıv qurtarıb. İki ay öz şotuma otpuskaya getməliyəm.
   
   Deyirəm unikalıq, inanmırsınız. Haqverdiyevin qəhrəmanı yerin deşiyindən pul çıxarırdı, bizimki sidik kisəsindən pul çıxarır. Odu ha!
   
   
   
   P.S. Pah atonnan, unitarla, unitazın bura nə dəxli var idi, başa düşmədim. Bəs siz?.. ə

TƏQVİM / ARXİV