adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

iBRƏT ?ÖTüRƏYDiN...

VAHİD ƏLİFOĞLU
14987 | 2007-04-28 04:22
Bəlkə də vicdanın bir gün ayılar,
   
   çəkilər gözünnən xəyanət toru,
   
   düşmən gülləsinnən yayınmaq olar,
   
   çörək cəzasınnan özünü qoru!
   
   
   
   İgid qürrələnməz igidliyiynən,
   
   qəlbin xəbisiylə-xıtlısı bərbad,
   
   ibrət götürəydin; it-itliyiynən
   
   çörək verən əli gəmirməz heç vaxt!
   
   
   
   Anlaya bilirsən, a bədbəxt bəşər, -
   
   bu gidi dünyada nələr baş verər?
   
   Səxavət qeyrətli qəlbdə yerləşər -
   
   çörəyi nə "cındır", nə "oğraş" verər!
   
   
   
   Namərdlik eləyib, evlər yıxanın
   
   "ucalan" yolları zülmətə axar,
   
   doğma od-ocağa xain çıxanın
   
   gözünü ocağın közü çıxarar.
   
   
   
   Eh, nələr görmədim indiyə qədər,
   
   dediyim nə irad, nə də gileydi,
   
   varınnan olana Tanrı rəhm edər,
   
   duz-çörək itirmək xatalı şeydi...
   
   
   
   SİRK
   
   
   
   Körpəlikdən vurulduğum sirk olub, -
   
   hayıf, kəndə ara-sıra gələrdi,
   
   bir əməli hələ mənə sirr qalıb:
   
   kağız-pula, pul-kağıza dönərdi.
   
   
   
   Yuxularda qoşularaq kosaya,
   
   kəndirbazın arxasınca qaçardım,
   
   amma, gəl ki, kosalığı, a dünya,
   
   nə o vaxtlar, nə sonralar bacardım.
   
   
   
   Təlxəklik də, bir əbədi peşəymiş, -
   
   ən möhtəbər məclislərdə hörməti!
   
   Bərk ayaqda, köhnə palan eşərmiş -
   
   "düzlüyüylə" çaşdırarmış milləti.
   
   
   
   Manejlərdə hər heyvanın öz yeri,
   
   bir tikə qənd hər oyuna məzənnə,
   
   vahimədən dörd olurdu gözlərim -
   
   tülkü çıxıb, şir belində gəzəndə!
   
   
   
   Milçək səsi eşidərdik salonda,
   
   aman Allah, nələr etdi bir tifil?! -
   
   Çubuğunu qaldıranda-salanda,
   
   bir-birini ayaqladı neçə fil!
   
   
   
   Mən bu sirkdə xoruzdan tez banladım,
   
   kaş ki, atam gözümü də alaydı:
   
   heyvanların hamısını tanıdım -
   
   ən zəkalı, ağıllısı - tulaydı!
   
   
   
   Kar etmədi təlimçinin ağacı,
   
   başlarına açılmadı nə oyun!?
   
   Biri-fağır, o birisi - yırtıcı-
   
   nə canavar əhilləşdi, nə qoyun...
   
   
   
   
   
   KAŞ Kİ...
   
   
   
   Bir gün salxımlar kişmiş olacaq,
   
   kaş ki, ömür-gün də kişmiş olaydı,
   
   hər şey, vaxt gələcək-keçmiş olacaq,
   
   Kaş, indi bu əzab keçmiş olaydı!
   
   
   
   Saymadım, qəlbimə uzandı yüz əl,
   
   biri- o birinnən ətirli, gözəl!
   
   Kaş ki, ürəyimi verdiyim gözəl,
   
   mən içən çeşmədən içmiş olaydı.
   
   
   
   Ölürmüş aşiqi hirslətmək üçün,
   
   söz verib, arzular bəslətmək üçün.
   
   mərmər sinəsini gizlətmək üçün,
   
   kaş, məni düymətək seçmiş olaydı.
   
   
   
   Onu ulduz bildim Ömür tacıma,
   
   meyli yox yanmağa ağrı-acıma,
   
   kaş, imdad diləyən bəxtsiz ovcuma
   
   qəflətən hardansa düşmüş olaydı.
   
   
   
   Ümidlər - çıxılmaz dərin bir quyu,
   
   qoşa ox atmazmı bir eşqin yayı?
   
   Kaş, mənim olaydı həyatım boyu,
   
   saçımız birlikdə gümüş olaydı...
   
   
   
   QALDI
   
   
   
   Mən də gördüm, gidi dünya kimsənin deyil,
   
   nə - əfalə, nə dəliyə, nə kürə qaldı,
   
   yer üzünnən keçib getdi milyon-milyon il
   
   nə dəyirman, nə xaniman, nə kürə - qaldı!
   
   
   
   ?ünəş doğub şaxtalardan aldı baharı,
   
   nəğmə dedi bulaqların axar-baxarı,
   
   səmalara qismət oldu dağların qarı, -
   
   nə Samura, nə Araza, nə Kürə qaldı.
   
   
   
   Haqq dünyası hər bəndəyə ağını çəkdi,
   
   günahlının günahına dağını çəkdi.
   
   məhəbbətlər ürəklərin yağını çədi,
   
   nə - əprimiş, nə - ərimiş, nə - kərə qaldı.
   
   
   
   Hanı bülbül, becərdiyim bağa tanıdım,
   
   sevə-sevə bəslədiyim tağa-tanıdım!
   
   Bu həyatda neçə-neçə ağa tanıdım, -
   
   topladığı var-dövləti nökərə qaldı!
   
   
   
   Dəli ürək arzuların çəh-çevirində,
   
   yanıb-söndüm taleyimin vərəqlərində,
   
   mən - həyatda, könül sevir, vaxt öz yerində!
   
   Pislik elə, çəkdiklərim ahlara qaldı.
   
   
   
   Aydı-gündü:gah dolaşıq, gah düyün keçir,
   
   bənna həyat, sınaqlardan hördüyün keçir!
   
   Vahid ƏZİZ yır-yığışda ömür-gün keçir,
   
   sual etdim: zaman dedi - "bekara qaldı..." ə

TƏQVİM / ARXİV