PARASIZLIQ SiNDiROMU

ƏBÜLFƏT MƏDƏTOĞLU
25572 | 2007-04-28 04:22
Söz adamı olub qalan sözünü xərcələyə-xərcləyə əvvəl cümə axşamı eləyir, sonra isə ayı ilə çevirir. Və beləcə bir də baxıb görür ki, ömür batmaqda olan günəş kimi dağın o üzünə aşıb. Təbii ki, bu məcazi deyimlərə baş vursaq görərik ki, hələlik dağın o biri üzündən qayıdan yoxdur, bizə bir xəbər çatdırsın. ?örək oralarda nə var, nə yox. Orda da söz adamı burdakı kimi yaşayırsa vay bizim halımıza... Doğrudur, deyirlər ki, söz, elm adamları Tanrı dərgahında daha yüksək mərtəbədə tutulur, amma mənə elə gəlir vallah, bu da elə söz adamlarının özlərinin özlərinə təsəllisindən, uydurmasından başqa bir şey deyil. Hə, gəlin heç bunu da onlara çox görməyək...
   
   Hər gün qələmi kağıza, barmaqları klavyaturaya yönəldəndə istər-istəməz ya axşamdan, ya da elə həmin andan başlayan düşüncələri yazıya çevirməyə çalışırsan. Təbii ki, gündəlik qəzetdə bu böyük bir məşəqətdir, zülümdür. Ən azı ona görə ki, Azərbaycan boyda bir məmləkətdə, enini-boyunu uzağı dörd saata gəzib qayıdıb gəlmək mümkün olan bir ərazidə hər gün qəzet çıxarmaq, yazı yazmaq çox zor işdir. Bunun zor iş olmasının bir səbəbi də əhatə dairəsinin məhdudluğundan ibarətdir. Çünki bu məmələktdə hamı bir-birinə dost, qohum-qardaş, nə bilim əsgər, tələbə yoldaşı, paqon çiyindaşı və nəhayət (bizdən uzaq olsun) türmə yoldaşıdır. Belə olduğu halda daşı hansı tərəfə atsan, mütləq gedib həmin o ünvanların birinin dabanına dəyəcək. Və yaxud dizini ağrıdacaq. Mən hələ qəsdən kürəyə, başa tuşlanan daşları demirəm. Onda da bir vaynövsə qopacaq ki, gəl görəsən. Niyə belə oldu, nədən belə oldu, səbəb nə idi, məqsəd nədi və sair və ilaxir. Necə deyərlər köhnə kişilər demiş "At getdi, örkən apardı"...
   
   Bəli, bütün bu sadaladıqlarım içərisində yaşaya-yaşaya normal qəzet çıxarmaq, hünər istəyir. Hələ ki, bu hünər bir çox həmkarlarımız kimi (pis gözlərdən uzaq olsun) bizdə də var. Və çalışırq ki, millətin namına, şəxsiyyətinə və ləyaqətinə toxunmadan ağrılardan danışaq, dərdlərini qabardaq, yaxşı gününün tərifçisinə, yaman gününün ortadan qaldırılmasında çiyindaşa çevrilək. Bax, bütün bunlar özü-özlüyündə elə-belə baş vermir. Bunun üçün hər kəs öz gücünü, imkanın ortaya qoyur. Kim necə bacarırsa, azdan az, çoxdan çox. Və bu minvanla da hər gün oxucu qapısı döyürük. Onlar bizi necə qarşılayır, bu, hər halda onların öz işidir. Biz boyumuz və gücümüz həcmində atlanmağa, iş görməyə çalışırıq. Sərf olunun əmək, itirilən enerji ilk öncə oxucudan, millətdən gələn reaksiyalarla dəyərləndirilir. Sonra kollektivin rəhbərlmym tərəfindən...
   
   Söz adamı da cəmiyyətdə yaşyır. Və cəmiyyətin görən, yazan, göstərən bir zümrəsidir. Təəssüf ki, söz nə çörək deyil, nə para. Bu mənada ən azı çörək olmayan, daha doğrusu çörəyə çevrilməyən evin, ailənin təkcə üz-gözündə deyil, həm də mədəsində özünü biruzə verməyən, əksinə köhnə illərdə deyildiyi kimi, bir batalyon rus əsgərinin addım səsləri kimi gurultuya çevrilən söz hərdən onunla yaşayan (bəzən buna hətda məhkum olan) insanı yaman sıxır. O sıxıntı bəzən sözə də təsir eləyir. Və oxucu sözün yavanlığından hiss edir sahibinin durumunu. Bax elə özəl həyatımın pərdə arxasında baş verənlərin sözdə əksini nə qədər gizlətməyə çalışsam da həmkarlarımı, ilk öncə isə Hidayət Elvüsal bircə kəlmə dedi:
   
   - Bu parasızlıq sindromudu!
   
   Bəli, həyatın bütün sindromları insan üçün təsadüfi deyil ki, müdriklər kəlamı var. Deyiblər ki, dərd dağa-daşa gəlmir ki, gələndə insana gəlir. Bu mənada bütün sindromlar da bizi bürüyür və bizdən keçib gedir. Ona necə duruş gətirmək, onu necə yola vermək təkcə bir kəsin dəyanətindən asılı deyil. O həm də sənə dayaq duranların, dəstək olanların dözümündən, nümayiş etdirdiyi daxili yanğıdan da asılıdır. Bax beləcə...
   
   Hə, millətin durumu sözün durumuyla eyni tərəzidə heç düz gəlmir. Zənnimcə burda da əsas yük bir məfhumun üzərinə düşür. Yəni, sindirom dəyərdən, paradan keçir. Neynək, qoy olsun. Özgə yolumuz onsuz da yoxdur... ə

TƏQVİM / ARXİV