adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Gəzməyə vətən yaxzı...

59343 | 2007-04-28 04:22
Son vaxtlar qeyri-neft sektorunun inkişafına dövlət səviyyəsində diqqət artsa da, ?özlənilən nəticələr hələ arzu olaraq qalmaqdadır.Gör?n?r, buna bir qədər zaman , bəlkə də daha effektiv əlavə tədbirlər lazımdır. Heç kimə sirr deyil ki, Azərbaycanın təbii iqlim şəraiti, coğrafi mövqeyi turizmin inkişafına əlverişli imkan yaradır.Tanrı nemətlərindən doğru faydalanılsa, ölkənin indiki milli ?əliri qədər əlavə vəsait hər il b?dcəyə daxil olar, minlərlə yeni iş yeri açılar,sosial infrastruktur dəyişər, re?ionlar daha s?rətlə inkişaf edər.
   
   Hələ Sovet dövr?ndə Xəzər dənizinin şimal sahilləri boyunca böy?k bir ərazidə İttifaq əhəmiyyətli sanatoriya, istirahət evləri, pansionatların tikilməsi nəzərdə tutulurdu. Həmin arzuların ?erçəkləşməsinə indi M?stəqil Azərbaycanın daha çox ehtiyacı var. Və ən başlıcası da bu layihələri həyata keçirmək ?ç?n ??nbə??n q?drətlənən dövləti, ilbəil artan milli ?əlirləri, reallığa əsaslanan, hərtərəfli d?ş?n?l?b hazırlanmış perspektiv inkişaf proqramı var.
   
   Turizmə bacasız zavod-fabrik də deyirlər. Çox ölkələr var ki, milli ?əlirlərinin əsas hissəsi məhz turizmdədir. Gəzməyə və dincəlməyə ?ələnlər ?ç?n ?özəl şərait yaradıldığından İtaliyada, Yunanıstanda, İsveçrədə, İspaniyada, Fransada, Misirdə, T?rkiyədə turistlərin sayı milyonlarla, qazancları milyardlarladır. Amma vaxilə qardaş T?rkiyə də bu sahədə çox ?eridə qalmışdı. Görkəmli ictimai-siyasi xadim, T?rkiyənin səkkizinci cumhurbaşkanı Turqut Ozalın bu məsələlərə yeni yanaşma tərzi az bir vaxtda turizm sektorunda çox böy?k sıçrayışa səbəb oldu. ?lkə-nin dilbər ??şələrində planlı-sistemli şəkildə meydana ?ələn təsislər, m?ştəriyə ?östərilən y?ksək xidmət və b?t?n bu yeniliklər ətrafinda professional şəkildə aparılan reklam-təbliğat kompaniyası tezliklə ?özlənilən m?sbət nəticələri verdi. Az sonra T?rkiyəyə ?ələnlərin sayı on milyonlarla, b?dcəyə daxil olan ?əlirlərin miqdarı milyardlara ölç?ld?.
   
   Bəs, hər şey nədən başladı? M?təşəbb?s insanlara yaradılan şəraitdən. Antaliyada ilk təsislərin qurucularından olan ?nl? bir iş adamı öz təcr?bəsinə istinadən şirkətinin turizm sahəsində keçdiyi yolu mənə belə anlatmışdı:
   
   ... 1980-ci ildə T?rkiyənin istirahət mərkəzlərində ?mumi yataq sayı təxminən 25.000 olardı.O zaman dövlətin xarici vətəndaşlara, şirkətlərə 1 milyard 200 milyona yaxın borcu var idi. Lakin hakimiyyət dəyişikliyindən sonra əskəri hökumətin bu borcu qəbul etməməsi böy?k narahatlığa, ?ər?inliyinə səbəb olmuşdu. Alacaqlılar d?nya məhkəmələrinə m?raciət etməyə məcbur qaldılar. D?nya məhkəmələrindən T?rkiyənin ?zərinə rəsmi yazılar ?əlməyə başladı. Bu haqsızlığı ölkənin rəsmi qurumları qəbul etdi, amma ödəyəcəyi parası olmadığını da açıqca söylədi. Bəs, çıxış yolunu nədə ?örd?lər? Dedilər ki, buyurun ?əlin T?rkiyəyə, alacaqlarınızı t?rk lirəsi ilə sizə verək. Fabrik, zavod, xəstəxana tikintisi, x?susən də turizm sahəsinin inkişafı ?ç?n bir işlər ?ör?n, biz də dövlət və hökumət olaraq sizə hər c?r şərait yaradılaca?ına zəmanət veririk. Borclarınız təminat altına alınmış olacaq.
   
   Həmin iş adamları bir tərəfdən bu olaylardan acıqlı və narazı idilər, di?ər tərəfdən də T?rkiyəni yaxşı tanımırdılar. Amma başqa çarələri də qalmamışdı. O səbəbdən Avropada araşdırma aparma?a başladılar. Nəticədə tezliklə yeni bir bazar açıldı. Kağız ?zərində satış başladı. Satışa çıxarılan sənədlərin bir hissəsini t?rk vətəndaşları, bir hissəsini də xarici vətəndaşlar aldılar. Sənədlər xaricdən necə alındı? Əsas maraqlı cəhət bu idi. Sənədləri onların ?erçək dəyərinin 25-30 faizini nə?d ödəyənlərə məmnuniyyətlə satırdılar. Bir qədər sonra bu sənədlərin yeni sahibləri T?rkiyəyə ?ələrək, rəsmi dairələrə m?raciət etdilər. Dövlət rəsmiləri dedilər ki, narahatçılığa əsas yoxdur. Məmləkətin istənilən yerində sənəd sahiblərinə istənilən imkanlar yaradılacaq. Onlar nədən ibarət idi? Turizm sahəsində nələr baş verdi?
   
   İstirahət ?ç?n təbiətin yaratdığı nadir imkanlar bu məmləkətdə uzun zaman lazımınca dəyərləndirilməmişdi. Turizmin inkişafında həlledici dön?ş məhz ötən əsrin səksəninci illərinə təsad?f etdi. O dövr? xatırlayan m?sahibim deyir di ki, mən bir şirkət qurdum. Almaniyadan 2 milyon mark verib, 8 milyon marklıq həmin sənədlərdən aldım. Bu borcların qarantisi yox idi. Amma buna rəğmən hökumət dedi ki, hər kəs bunu T?rkiyəyə ?ətirsə, biz onu qəbul edib əvəzində pul verəcəyik. 8 milyon markın ?st?nə çox aşağı faizlə bizə12 milyon mark da kredit verildi. Deməli, bizim əsas sərmayəmiz 2 milyon idi, əlimizdə 8 milyonluq sənəd vardı, 12 milyon da uzun vədəli kredit aldıq. B?t?n bunlardan sonra Antaliyada 150.000 kv.m. ərazini 49 illiyinə çox m?nasib şərtlərlə bizə ayırdılar. Elektrik, su, kanalizasiya xətlərini qapımıza kimi dövlət hesabına çəkdilər.Turizmlə məşğul olan iş adamlarına bir ??zəşt də edildi. Tikinti ?ç?n lazım olan inşaat materialları, o c?mlədən santexnik mallar ə?ər T?rkiyədə yoxdursa, ?ömr?k r?sumu ödəmədən onların xaricdən ?ətirilməsinə icazə verildi. B?t?n bunlardan əlavə y?zdə on dörd - on beş faiz nəğd pul da ?eri ödəməmək şərtiylə sahibkarlara ayrıldı. Buna təşviq ödəməsi deyirlər. Dediyinə ?örə, birinci təsisi onlara 23 milyon marka başa gəldi. ?ç illik zəhmətdən sonra Antaliyanın Çamyuva deyilən yerində ən m?asir tələblərə cavab verən turist təsisi istifadəyə verildi. Diqqət çəkən bir maraqlı cəhət də odur ki, birinci təsisinin fəaliyyətə başlamasından sonra dövlət tərəfindən ikinci təsis qurmaq barədə şirkətə təklif ?əlib. Bunun ?ç?n Antaliyanın Side böl?əsində torpaq sahəsi ayrılıb. O zaman iş adamlarına xeyli kredit paylandığından maddi kömək imkanı məhdud idi. Amma, hökumət yenə vəziyyətdən sahibkarların xeyrinə çıxış yolu tapır. İstənilən qurumdan, xarici banklardan kredit ala bilən şirkətlərə yazılı zəmanət məktubu veriləcəyi söylənilir. D?nya bankından ayrılan kredit, şirkət sahiblərinin əlavə sərmayəsi və ilk təsisdən ?ələn ?əlirlər hesabına iki il sonra ikinci təsis istifadə verilir. M?sahibimin sözlərinə ?örə kompleksin açılışına prezident Turqut Ozal təşrif buyurmuşdu. Bu minvalla daha sonra həmin şirkət tərəfindən ?ç?nc?, dörd?nc? təsis yaradıldı.
   
    Mən bu söhbəti təsad?fən xatırlamadım. T?rkiyədə dövlət hər zaman m?təşəbb?s vətəndaşını qoruyur. Ç?nki, bilir ki,onların səyi ilə meydana ?ələn istər ?özəl bina olsun, istər m?asir sənaye m?əssisəsi, istər memarlıq abidəsi, heykəl, yaxud bədii əsər olsun, istər mehmanxana və ya istirahət kompleksi, əslində b?t?n bunlar bir nəfərin, bir şirkətin olsa belə, b?t?nl?klə t?rk xalqının, t?rk dövlətinindir.
   
   Turizmi s?rətlə inkişaf etdirib, əcnəbiləri Azərbaycana cəlb etmək istəyiriksə m?asir təsislərin tikintisi ilə yanaşı di?ər məsələlərə də kompleks şəklində yanaşılmalıdır. Bu ??n ə?ər Misirdə, T?rkiyədə beynəlxalq əhəmiyyətli istirahət mərkəzində bir həftəlik istirahət Nabranda dincəlməkdən ucuz başa ?əlirsə, bu haqda da ciddi d?ş?nmək, qiymət siyasətini d?z m?əyyənləşdirmək lazımdır. Bu ??n xidmət mədəniyyətini , sanitar qaydaları d?nyada qəbul olunmuş normalar səviyyəsinə çatdırmaq ?ərəkdir. Hədiyyəlik əşya istehsalı canlanmalıdır. Çox sayda reklam-tanıtım filmləri çəkilməlidir. Böl?ələrdə yerləşən tarixi memarlıq abidələri bərpa olunmalıdır. Paytaxtdan əsas istirahət zonalarına aparan yolların asfalt ört?y? standartlara cavab verməlidir.
   
   Turizm ölkəyə böy?k ?əlirlər ?ətirməklə yanaşı, həm də dövləti, xalqı,onun adət-ənənələrini təbliğ edən, ona dost qazandıran çox əhəmiyyətli və ?ərəkli sahədir.

TƏQVİM / ARXİV