adalet.az header logo
  • Bakı 20°C

ƏLi iNSANOVUN "iNSANLI?I" OLMAYIB

54737 | 2007-04-23 23:07
- Araz müəllim, bu günlərdə Rusiya MDB çərçivəsində imzalanmış dörd razılaşmadan imtina etdi. Bəzi müşahidəçilər bunu postsovet məkanı ilə Moskva arasındakı ümidlərin qırılmasıyla, hətta Rusiyanın yaxın vaxtlarda MDB-dən çıxacağı ilə də əlaqələndirirlər. Siz bu fikirlə razısınızmı?
   
   - Belə düşünürəm ki, bu yolla Rusiya özünün imperiya iddiaları ilə yaşamağı və keçmiş ittifaqın bütün ac respublikalarını qanadı altına almaq söhbətinin qarşısını alır. Həm də bu addımı ilə Rusiya göstərir ki, başqa respublikaların yükünü çəkmək fikrində deyil.
   
   - MDB özünü beynəlxalq təşkilat kimi doğrulda bildimi?
   
   - Rusiya prezidenti Vladimir Putinin sözlərini xatırlatmaq istəyirəm":: "MDB-nin təyinatı keçmiş ittifaq respublikalarının sülh yolu ilə boşanması idi". 1991-ci ildə bu gün müxalifətdə olan bir çox adamlar, o cümlədən Etibar Məmmədov da bu təşkilatın əleyhinə çıxanda, mən onları həmin bu fikirlərin doğruluğuna inandırmaq istəyirdim. Ermənistan da, hətta Rusiya prezidenti Boris Yeltsin də Azərbaycanı MDB-yə yaxın qoymaq istəmirdilər.
   
   - Azərbaycanın bu gün bu birlikdə qalmağı məqsədəuyğundurmu? Zaman-zaman bu təşkilatdan çıxmaq haqqında fikirlər səslənir. Bir müddət əvvəl ölkə başçısı da MDB-nin ünvanına tənqidi fikirlər səsələndirmişdi.
   
   - Bu təşkilatın bizə heç bir ziyanı yoxdur. Əksinə MDB-dən çıxmaq bizim üçün böyük problemlər yarada bilər. Vətəndən kənarda çalışıb pul qazanan vətəndaşları olan Azərbaycan MDB dövlətləri arasında mövcud olan vizasız rejimin tətbiqində maraqlıdır. Yadınıza salın, Rusiyanın Gürcüstana tətbiq elədiyi viza rejimi gürücülərə nə qədər problem yaratdı. Ona görə də MDB-dən çıxmağa tələsmək lazım deyil. Ümumiyyətlə, hərbi ittifaqlar istisna olmaqla nə qədər çox beynəlxalq təşkilatların üzvü olsaq, bizim xeyrimizədi.
   
   - Siz NATO-nu nəzərdə tutursunuz?
   
   - Bəli, birinci növbədə onu. Azərbaycanın NATO-ya girməsi bizim Rusiya ilə münasibətlərimizi korlaya bilər. Gizli deyil ki, Rusiyada yaşayan həmvətənlərimizin bura göndərdikləri vəsait büdcədən artıqdı.
   
   - MDB-dən çıxmaq haqqında Tbilisinin bəyanatlarını siz ciddi qəbul edirsinizmi?
   
   - Bu ancaq sözdü. Fikir verin, onlar bunu hündürdən bəyan edirlər, amma real addımlar atmırlar. Bütün bu bəyanatlardan Rusiyanı şantaj etmək üçün istifadə olunur. Rusiya isə öz növbəsində MDB çərçivəsində imzalanmış bəzi razılaşmalarından imtina edir və bununla da göstərir ki, Moskva Gürcüstandan yapışmayıb.
   
   - Siz Rusiya ilə mehriban qonşuluq siyasətinin vacibliyini vurğuladınız. Bəs, Moskvanı narahat etmədən Azərbaycanın Avropaya inteqrasiyası mümkündümü?
   
   - Azərbaycan Avropaya inteqrasiya etməlidir. Amma qeyd etdiyim kimi hərbi strukturlara daxil olmadan. Bizim ölkəmiz Avropa Şurasının, ATƏT-in üzvüdü, Avropa Birliyi ilə sıx münasibətlər qurulur. Amma iqtisadiyyatımızın inkişafı üçün böyük zəhmət çəkməsək, Avropa Birliyinə girməyimiz mümkün olmayacaq. Hətta Gürcüstan və Ukraynanın da bu Alyansa daxil olmağı sual altındadı. Baxmayaraq ki, Vaşinqton bu ölkələri dəstəkləyir.
   
   - Siz güman edirsiniz ki, adını çəkdiyiniz ölkələr hələ bu fikrin gerçəkləşməsindən çox uzaqdırlar?
   
   - Ukrayna haqqında danışsaq, amerikalılar işarə vurublar ki, əgər özləri istəsə bunun üçün onlara yardım göstərəcəklər. Gürcüstanın NATO-ya daxil olması isə onun nizamnaməsinə ziddir. Çünki ərazilərində həll olunmamış konfiliktlər var.
   
   - İndi isə daxili məsələrimizdən danışaq. Keçmiş səhiyyə naziri Əli İnsanovun əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilməsini necə qiymətləndirirsiniz?
   
   - Konkret danışsaq Əli İnsanov cəzasını alıb. Əgər cavabımı bir az da genişləndirsəm, keçmiş səhiyyə nazirinin korrupsioner olduğuna kimsənin şübhəsi yox idi. Elə sahibi olduğu daşınmaz əmlakını xatırlasaq, buna əmin ola bilərik. Onun talan elədikləri Azərbaycan xalqının qanı bahasına başa gəlib. Əli İnsanovun insanlığı olmayıb.
   
   - Sözünüzdən belə çıxır ki, Əli İnsanov siyasi məhbus hesab edilə bilməz?
   
   - Əlbəttə! Əvvəldən açıq-aydın bilinirdi ki, keçmiş nazir siyasi məhbus roluna namizəd ola bilməz. Təəssüf ki, ölkəmizdə məhbusların problemləri ilə məşğul olan bir çox qeyri-hökumət təşkilatları var və bu fəaliyyətləri onlara yaxşı pullar qazandırır. İndi keçmiş naziri siyasi məhbus eləmək cəhtləri də məhz bu düşüncədən qaynaqlanır. Bir də nədənsə unudurlar ki, Əli İnsanov nazir olanda demək olar ki, bütün müxalif KİV-lər bir səslə bu məmurun necə korrupsioner olduğundan yazırdılar. Əli İnsanov müttəhimlər skamyasında oturan kimi elə həmin KİV-lər bizi inandırmağa çalışırlar ki, Əli İnsanov siyasi məhbusdu.
   
   - Və sonuncu sual. Necə fikirləşirsiniz, Əli İnsanov cəzasını axıradək çəkəcəkmi?
   
   - Bütün cəza müddətini deyə bilmərəm, amma yarısını dəqiq çəkəcək.

TƏQVİM / ARXİV