adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 May 2014 11:20
74174
GÜNDƏM
A- A+

5 milyon dollar Somanı xilas edə bilərdi - Analiz

Dünən səhər saatlarında xəbəri yayılan Soma faciəsində ölənləri sayı 282-ə çatıb.

Hadisə ilə bağlı bir sıra ilginc faktlar barədə xəbər vermişdik. Hansı ki, kütləvi qırğının qarşısını ala biləcək öntədbirlərdən bəhs edirdi. Türkiyə mətbuatı daha bir maraqlı xəbəri gündəmə gətirib.

Soma hadisəsi zamanı ən vacib təhlükəsizlik vasitələrindən biri haqqında məlumat yayılıb. Belə ki, şaxtalarda baş verə biləcək bədbəxt hadisələr zamanı fəhlələrin təhlükədən müdafiə olunması üçün "xüsusi xilasetmə otaqları” mövcuddur. Hansı ki, həmin otaqların birinin qiyməti 250 min dollardır və 40 nəfər üçün nəzərdə tutulub. Sonradan məlum olub ki, yalnız Pakistan və Əfqanistan mədənlərində yer almayan bu qurğulardanSoma şaxtasında da yoxdur.

Məsələ ilə bağlı media orqanları və əhalinin bir qismi ayağa qalxsa da artıq gec olduğu hamıya bəlli idi. Sağlar sadəcə ölülərin sayını hesablamağa məhkumdur...

Qayıdaq yuxarıdakı problemə. Təxminən 300 nəfərin qurban getdiyi fəlakətdə həmin fəhlələrin xilas olma şansı nə qədər idi?

Qısaca hesablasaq hökümətin bunun üçün təxminən 5 milyon xərcləməyi kifayət edərdi. 20 otaq quraşdırmaq üçün görəsən maliyyə vəsaiti azlıq edirdi, yoxsa dövlətin məsuliyyət bazası kasad idi? Digər versiya da var: "Gizli qüvvələr”. Təbiidir ki, 3-cü vərsiya hər yerdə qeyd olunur. Ona görə də gərək əvvəlki iki versiyanı araşdıraq.


Daha öncə Soma qətliamı ilə bağlı bir faktı da nəzərinizə çatdırmışdıq.

Mətbuatda ötən gün işıqlandırılan yazıda qeyd olunmuşdu ki, Türkiyə Böyük Millətlər Məclisində məsum bir deputat sən demə 20 gün əvvəl öncəgörənlik edib parlamentdə Manisa şaxtası ilə bağlı təklif irəli sürübmüş. Təklifin məğzi çox sadə idi: CHP-dən olan deputat Özgür Özel bildirib ki, mədəndə nazaslıqlar var və bununla bağlı dövlət xüsus komissiya yaratmalıdır. Komissyanın vəszifəsi həmin əraziyə gedib araşdırma aparmaqdan ibarət olmalı idi. Lakin, deputatın canfəşanlığını 60 nəfər həmkarından başqa heç kim dəstəkləməyib, nəticə etibari ilə parlament evinə çörək aparan yüzlərlə türk qardaşımıza ölüm hökmü çıxarıb. Hərçənd bundan heç kəsin xəbəri yox iolmayıb. Görünür Özgür Özəlin verdiyi siqnal xarakterli xəbərin başlığı elə də cəlbedici olmayıb. Gərək içini oxuyaydılar...

Versiyalara yenidən qayıtsaq, onu deyə bilərik ki, ilkin versiya böyük birlik yaratmağa qadir bir ölkə üçün gülünc görsənir. İkinci versiyanın özəyində isə məsuliyyətsizlk sindromu dayanır. Bəli sindrom, ona görə ki, bunu hər bir ökədə görmək olar. Yox əgər bunları yazmaq üçün bəhanə hesab edirsinizsə, onda əmin olun ki, axtardığımız cavab sonuncu versiyada gizlənir..

Rüfət Soltan