adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

MƏNƏVi DƏYƏR

OQTAY SALAMOV
29357 | 2007-01-17 03:50
Sonra gözünüz böyüməsin, yalandan təəccüblənməyin ki, biz nə günahın sahibiyik. İldə 4500 nəfərin Həccə getməsinə baxmayın, ildə heç 45 nəfər Azərbaycandan cənnətə düşən olmayacaq.
   
   Deyəsən bu kateqoriyaya şərəf, vicdan, insaf, mürvət, din- iman, xeyirxahlıq, mənəviyyət və s. bu kimi arxaik, indiki vaxtda çoxları, özü də lap çoxları üçün heç nəyə dəyməyən mənasız sözlər daxildir. Səlahiyyəti və xüsusi bacarığı olanlar heç nəyə baxmadan pul qazanmaqla, səlahiyyətsizlər və xüsusi bacarığı olmayanlar isə zamanədən şikayətlənməklə məşğuldurlar. Fərasətsiz şairlər də zəmanəyə şerlər qoşub, yazılı şikayətlər ediblər":: "Ay həzarat, bir zamana gəlibdir, ala qarğa şux tərlanı bəyənmir", "ay nədəndi, nədəndi, hamısı zəmanədəndi"... Zəmanə isə nlə həmin zamanədi- saatı 60 dəqiqə, sutkası 24 saat, ili 365 gün.
   
   Bizik dəyişən, bizik tamahın dalına düşüb hər şeyi unudan, bizik Allahın adını əldə bayraq tutub allahsızlıq eləyən. Qiymət artımı ilə bağlı Milli Məclisin növbədənkənar sessiyasının çağırılması deputatların üçdə birinin imzasını toplamaq mümkün olmayıb":: "qiymət artımının əleyhinə çıxan azdır"... Yadınızdadır, seçki ərəfəsində nə cür vədlər verirdilər, "bağ belə, bostan belə, şaftalı şələ-şələ"... Əslində heç onları da qınamalı deyil, seçici necədirsə, seçilən də elə olar. Yox, əgər seçkinin nəticəsinə şübhən varsa, yenə özün günahkarsan, canın çıxıb razılaşmısan, qurtardı getdi...
   
   Dünən əksər qəzetlər yazdılar ki, qiymət artımına etiraz olaraq "Susmayaq. biz" saytı təsis eləyən Bğxtiyar Hacıyev adlı bir nəfəri tutublar və məhkəmənin qərarı ilə ona 12 sutka həbs cəzası veriblər. Səbəbini polisə müqavimət kimi izah ediblər. Söhbət ondan getmir ei, adamı haqsız həbs ediblər, düzgün cəzalandırmayıblar. Sadəcə olaraq, vəkilinin danışığından, məhkəmə hakiminin, təcridxana işçisinin həbs haqda qərarı təsdiqləməsindən sonra yeni bir xəbər yayılır ki, Bəxtiyar Hacıyevi bir gün həbsdə saxlayandan sonra buraxıblar. Çünki o, ... Gənclər və İdman Nazirliyində idarə rəisi işləyən bir kişinin oğlu imiş. Baxmayaraq ki, "Yeni Musavat" qəzeti bu xəbəri çox əndrabadi şəkildə verib ("Day.az saytının məlumatına görə, B.Hacıyev atası Fərhad Hacıyevin Gənclər və İdman Nazirliyində işləyir"), faktın özü təgcə mənəvi yox, yuridik dəyərin də olmadığını göstərmirmi?
   
   İki il bundan qabaq Apellyasiya Məhkəməsinin qarşısında yüzlərlə adamın gözü qabağında bir kişi təpəsindən bir butulka benzini əndərərək özünə od vurdu. Dəhşətli səhnə idi. Ən dəhşətlisi isə sonra oldu; kişini "əcili yardım" aparandan sonra napıdan du3ran bir polis o birinə "zarafat" etdi":: -Əcəb kabab iyi gəlir...
   
   Məscidlərə o qədər "sahibsiz" meyitlər gətirirlər ki. Yox, bomj, dilənçi meyitlərini nəzərdə tutmuram, qəbir yeri aliağa pulu olmayanlar əzizlərinin meyitlərini məscidlərdə qoyub gedirlər.
   
   Universitetlərdə imtahan sessiyasının monitorinqini keçirirlər. Hələ heç bir rüşvət halı müşahidə olunmayıb "Elmlər Akademiyası" metro stansiyasının qarşısında tələbələrin söhbətindən fraqment"::
   
   -Monitorinq çıxaranın atamına lənət olsun, müəllimlər niyməti qaldırıblar ki, monitorinqçilərə "şirinlik" versinlər.
   
   -Ayə, bəs nə bilmişdin, monitorinq pulsuz olsaydı ATƏT həftə səkkiz-mən doqquz monitorinq keçirərdi?
   
   Əsgərlik çəkmək üçün hər yerin öz qiyməti var. Xəstələrin hərbi xidmətə göndərildiyi kimi, sağlamların da "neqodnı" çıxmasına təəccüblənən yoxdur.
   
   Vaxtilə belə bir film vardı":: "Yorulmuş atları güllələyirlər, elə deyilmi?" İndi rayonlarda iəzə bir aforizm peyda olub":: "Qocalmış camışları Bakıya yarmarkalara göndərirlər, düzdür?"...
   
   Vallah, Allah bizi bundan da betər cəzalandıracaq. Sonra gözünüz böyüməsin, yalandan təəccüblənməyin ki, biz nə günahın sahibiyik. İldə 4500 nəfərin Həccə getməsinə baxmayın, ildə heç 45 nəfər Azərbaycandan cənnətə düşən olmayacaq. Mən nə karəyəm ki, mənəvi dəyər haqda söz danışım, məsləhət verim. Elə-belə, özüm-özümə xəbərdarlıq edən kimi deyirəm":: Allahdan qorxun, ay ALLAH BƏNDƏLƏRİ!...
   
   

TƏQVİM / ARXİV