UNUDULMAYAN ŞAİR

VAQİF YUSİFLİ
38676 | 2014-05-03 03:25
1997-ci ilin iyul ayında sapsağlam bir Azərbaycan şairi-İsa İsmayılzadə birdən-birə ölüm yatağına düşdü və gözlərimizin qarşısında şam kimi əridi, tanışlarının çoxu onun bu qəfil xəstəliyindən xəbər tutmamış dünyasını tərk etdi. On yeddi İsa yoxdur, onun şeirində dediyi möcüzə də ("Haçansa dünyaya qayıdacağam") baş vermir. Amma hərdən mənə elə gəlir ki, o möcüzə baş verəcək, bu saat İsa qapını açıb redaksiyaya daxil olacaq, yenə "Azərbaycan" curnalındakı öz iş otağına çəkiləcək, yenə şeirlər yazacaq.
İsa İsmayılzadə 60-90-cı illər Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri idi və indi , onun ölümündən keçən bu on yeddi il ərzində biz bunu daha artıq hiss edirik ki, onun poeziyası təkcə yazıldığı illərin deyil, bu günün və gələcəyin də poeziyasıdır. O, elə bir vaxtda ədəbiyyata gəlmişdi ki, artıq sənətdə yeni meyllər, tendensiyalar meydana gəlirdi, İsa və onun mənsub olduğu ədəbi nəsil bədii axtarışlar yolunu tutub bu yeniliyin ədəbiyyatda inikas olunmasında böyük rol oynadılar.Əlbəttə, yenilik, novatorluq həmişə müqavimətlə, mühəfizəkarlıqla qarşılanır və İsa İsmayılzada də bunu özünün sənət taleyində hiss elədi. Yaxşı xatırlayıram ki,İsanın "Yağış gölməçəsi" şeiri mücərrəd, anlaşılmaz, guya ədəbi ənənələrə zidd bir poeziya nümunəsi kimi tənqid hədəfinə çevrildi.İsa yağışın yağmasını, bu yağışdan yaranan gölməçələri təsvir etmişdi, amma necə:

Yağdı, tala-tala gölməçə yağdı,
göylərin dəlisov ilhamı yağdı,
sərçələrin soyuq "hamamı" yağdı,
Yağış gölməçəsm buludla doldu,
Günəşlə,
payızla,
sükutla doldu.

Sonralar "eksperiment" kimi qəbul edilən bu tipli şeirlər yazmaq adi hala çevrildi və məlum oldu ki, sözün min bir çaları varmış, sözün rəngləri, naxışları, fəsilləri varmış, sadəcə olaraq bunları şeirə gətirmək lazımmış. İllər keçdi və İsa İsmayılzadə də bir çox yaşıdları kimi etiraf olundu, hətta cavanlara qarşı çox qısqanc bir mövqedə dayanan Məmməd Rahim İsanın bir şeiri haqqında ayrıca məqalə yazdı, onu istedadlı bir şair kimi təriflədi. Həmin şeir isə İsa İsmayılzadənin müharibə haqqında yazdığı ən gözəl şeirlərindən biri kimi poeziyamızın inciləri sırasına daxil oldu:

Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə.
Bizi aparmadılar.
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.

Yalvarıb-yaxarıb, dil tökəndə biz
onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
"Hələ uşaqsınızgnə yaşınız var.."
Getdilər, öetdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var.

İsa İsmayılzadənin poeziyası XX əsrin mürəkkəb, təzadlı mənzərəsini əks etdirmək baxımından hər hansı bir tədqiqatçı üçün maraqlı bir mənbə ola bilər. Onun şeir və poemaları vaxtında öz qiymətini alıb."İmzalar və ümidlər" məqaləsində görkəmli tənqidçi Yaşar Qarayev yazırdı: "Poeziya ilə hər uğurlu görüş yeni bir imzanın təravəti ilə rastlaşanda baş verir. Əsl şeirdə varlıq da, dünya da hər dəfə yenidən, hər dəfə "ilk dəfə" görynə bilər. şairlər varlığın ifadə etdiyi poetik mənanı və bədii sərvəti artırırlar. təbiət özü əlavə bir hüsn, məna kəsb etmədən peyzaca - bədii obraza çevrilə bilmir.
"Yarpaqlar lampa tək alışıb- yanır" - bu ilk misradan obraz artıq tapılır: yarpaqlar yaşıl işığa-lampaya, çırağa bənzədilir. Şeirin bütün sonrakı davamı bu epitet üzərində qurulur. Şair bir daha yarpaq sözü işlətmir, sanki ancaq lampadan, ancaq çıraqdan danışır:

Yuyur çıraqları noyabr ayı,
ehmalca-ehmalca yerə döşəyir.
Ehtiyatlı olun, ayaqlamayın,
lampalar qırılar,
qaralar meşə"

Yaşar Qarayev İsa İsmayılzadənin altmışıncı illərdə yazdığı şeirlərinin yenilikçi ruhunu düzgün şərh etmişdi. O, doğru qeyd edirdi ki, İsanın bir çox şeirlərində hətta mücərrəd mənəvi anlayışlar, hərəkətlər və proseslər də əyaniləşərək, "cisimləşərək" təsvir edilir.
İsanın poeziyasındakı özünəməxsusluğu Anar belə açıqlamışdı: "İsa İsmayılzadə şeiri rəsm edir, çəkir. O, tapdığı müəyyən bir obrazı, lövhəni kağız üzərində müxtəlif variasiyalarla, dönümlərlə işləyir, çözələyir, eyni bir mənzərəni müxtəlif nöqtələrdən, müxtəlif ölçülərdən göstərir, bir sözlə, eskizlər yaradır
İsa İsmayılzadə dünya poeziyasına vaqif olan bir şair idi. Şeir kitablarının birinə yazdığı ön sözdə deyirdi: "İkinci kursda oxuyarkən, adını təzə eşitdiyim Pablo Nerudanın ikicildlik şeir kitabını mənə bir gecəliyə, ancaq bir gecəliyə oxumağa verdilər. Axşamdan başlayıb gecə yarıya kimi oxuyub qurtardım, amma P.Nerudanın qüdrətli obraz sehrinin təsirindən qurtara bilmədim: onda inandım ki, dahilərin əlində söz doğrudan da möcüzədir, sehrdir, nə isə, elastik bir materialdır- onu istədiyi səmtə əyə bilir, ondan istədiyi fikri-obrazı ala bilir. Söz insanın, daha doğrusu, "sehrbaz şairlərin" necə də qulu olarmış( Füzulini, Rilkeni, Svetayevanı, Bloku, N.Hikməti, Voznesenskini oxuyandan sonra bu qənaətim daha da gücləndi). Ölməz Çili şairinin mənə bağışlvadığı o sehirli gecə mənim ömrümdə yuxusuz, narahat obraz gecəsi kimi qaldı.."
Eyni hissi mən də İsa İsmayılzadənin şeirlərini oxuyarkən keçirmişəm. Kifayət qədər obrazlı düşünən və bu düşüncələrini poeziyada obrazlara çevirən İsanın şeirləri indinin özündə də görüb-götürmək nümunəsidir.
Şıdırğı, selləmə yağış yağanda,
Bizim evimizin yaxınlığında
Arxlar çiçəkləyər,
Kür çiçəkləyər.

Suyunun sinəsi, üzü buluda,
Hər damcı- təzəcə açılan buta,
Açıla-açıla solar yerində.

Bir az boy göstərib, dikəlmək istər,
Qorxulu-qorxulu bükülmək istər,
Bükylə-bükülə ölər yerində.

İsanın şeir kitablarından zövqümcə (əlbəttə, isasevərlərin zövqünü də nəzərə alıram) olan şeirləri bir-bir sıralayıram: "1941","Yağış gölməçəsi", "Oyuncaqsız uşaqlığım", "İşıqlar", "İşıqlı yarpaqlar", "Yarpaq odası", "Güllələr demədi", "Mənim qanadlarım olub bir zaman", "Avqust", "Vaxtla uzlaşmağı bacarmayanda", "Qatar gedir Araz boyu", "İkiyə bölünmüş gün", "Mən bir termos şüşəsiyəm", "Duel", "Gözləyin, dünyaya qayıtmağım varg", "Yaxşı adamların azalır, dünya", "Keçdim Qarayazı düzənliyindən", "Ögey oğullara inanma, Vətən", "İçərişəhər". Və onun poemaları: "Böyüdülmüş şəkillər", "Heykəl Nəsiminin monoloqları", "1937", "Haran ağrıyır, Vətən". Bu şeir və poemalvarın hər biri haqqında ayrıca söz açmaq, onların poetik məziyyətləri barədə danışmaq olar.
İsa İsmayılzadənin sevdiyi şairlər çox idi.Ancaq bir şairi o, hamıdan daha çox sevirdi. Bu şair "altmışıncıların" yaradıcılıq yolunun müəyyənləşməsində böyük rol oynayan Rəsul Rza idi.Çox-çox sonralar, ölümünə bir il qalmış isa İsmayılzadə yazacaq: "İlk kitabım 1968-ci ildə "Gənclik" nəşriyyatında- "Ulduzların ad günü" adı altında çıxdı. Əkrəm Əylisli orada baş redaktor işləməsəydi, Rəsul Rza kimi mənəvi dayağımız olmasaydı, nə mənim, nə Ələkbərin, nə Vaqif Səmədoğlunun, nə də Ramiz Rövşənin kitabları işıq üzü görə bilərdi". Rəsul Rza yeni söz deyən, poeziyada bir ədəbi nəsil kimi formalaşmağa can atan cavan şairlərin yol göstərəni və himayəçisi oldu.
1963-cü ildə qələmə aldığı "Ümid və arzular" məqaləsində Rəsul Rza cavan İsa İsmayılzadənin şeirlərindən söz açaraq yazmışdı: "İsa İsmayılzadənin şeirlərində poetik fikir aydın, təsirli, konkretdir. O, həyatın adi hadisələrinə şair gözü ilə baxır, onlarda çox şey görməyi bagarır. İsa gördüklərindən, duyduqlarından qibtə hissi oyadan poetik bir xəsisliklə danışır. Sən inanırsan ki, gənc şair bildiklərinin ancaq bir hissəsini, mühüm saydığı hissəni oxucuya yetirir"
İsa İsmayılzadə müharibə dövrünün uşağı idi. Bu dövrün uşaqları atasızlıq müsibətini görmüşdülər, qara xəbərlər eşitmişdilər, boyları yetimlikdən uzanmamışdı, oyuncaqsız qalmışdılar. "Böyüdülmüş şəkillər" poeması fikrimcə, müharibədən çox-çox sonra yazılsa da, müharibənin nə demək olduğunu poeziyada yüksək sənətkarlıqla əks etdirən bir nümunə idi.
Qarabağ savaşı başlanandan sonra İsanın üzü gülmürdü. O, hər gün Qarabağ dərdi ilə yaşayırdı. Ölümündən üç il öncə yazdığı "Haran ağrıyır, Vətən" poemasını dı elə bu ürək ağrısıyla yazmışdı. Azərbaycanın bu müharibədə itgilər verməyi, ölkədəki hərc-mərclik, xaos ona ağır gəlirdi.

Özü boyda göz yaşıdı Qarabağ,
Dərdimizin başdaşıdı Qarabağ.

Poema bu misralarla başlayır və burada məmləkətimizin düşdüyü bütün bəlalar bircə-bircə poeziya işığına çəkilir. Bu işıqda isə düşdüyümüz bütün müsibətlər, səhvlərimiz açıq-aşkar görünür.

Bir vaxt vətən yolları
harda, harda qurtarardı-
astarada qurtarardı.
Vətən orda
qoruq olmuşdu, qoruq.
İndi Vətən yolları
Qurtarar erməni yuvalarında,
İndi dustaqdı Vətən.

Bu işıqda düşmənlər də bütün tarixi-müasir görkəmləri, niyyət və məkrləri ilə görünürlər: "Atan kazaklardır... Atan ruslardır.. Pusquda dayanan Rusiya atır, Səngərdən, meşədən, ağac dalından, hər dalandan, hər tindən atır Rusiya".
Torpaqlarımızın əldən getməyində, fərariliyin qorxulu bəlaya çevrilməsində, kəndlərimizin boşaldılmasında, milli-mənəvi dəyərlərimizin ucuzlaşmasında isə biz günahkarıq. Bu mənada "Haran ağrıyır, Vətən" poeması poetik bir ittihama çevrilir:

Hara qaçırsan, Oğul?
Hara qaçırsan, Vətən?-
Sən qurtaran yerdə Ölüm başlayır..
Hara qaçırsan Vətən oğlu?!
Bakıya uçursan, Vətən,
Bakıya köçürsən, Vətən
Bakıya qaçırsan, Vətən..
Mən belə köç istəmirəm, istəmirəm!
Şəhərdən Vətən olmaz...

Ancaq bu poema-ittihamın sonu nikbinliklə bitir: "döyüş marşı çalınır, haydı, irəli, haydı, irəli, Əsgər Azərbaycanım".
SON SÖZ: "Gördüm bu dünyanın hər üzünü mən". Həyatın, dünyanın isti-soyuğunu görmüş bir şairin qırx üç yaşında yazdığı şeirindəndir bu misra.
İsa doğrudan da, əsl şair ömrü yaşadı- həyatda qazandığı bütün uğurlara, sevinclərə, hətta itgilərə görə də, o, şair ömrünə bağlıdır. İsa bu sənət yolunda işıqlı adamlar da görüb, "səhralar qoynunda çiçək" də görüb, işıqsız adamlar dagLakin o həmişə zamanın dəyişən küləklərindən öz şair adını ürəyi kimi təmiz saxladı...

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV