adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Utanmıram - hələ də yaşayıram – ADNA terroruna

CEYHUN MUSAOĞLU
62950 | 2014-04-30 11:55

Yaşadığıma görəçox utanıram. Neft Akademiyasını bitirmişəm. Dərsə girməyən tələbələrinsırasında özümə görə yerim olub. Prorektor Ramiz Abdullayev həmişə mənəhörmətlə yanaşırdı. Tələbə yoldaşlarıma deyirdi: "Ona beynindəki gülləsəsləri başqa sözləri eşitməyə imkan vermir". Dərsə girməyən tələbəninyeri ya dəhliz olar, ya da çayxana. Ən çox Akademiyanın 2-ci korpusunun 4-cümərtəbəsindəki çayxanaya gedərdim. "Çox az tələbələrdəniydim ki, bufetçixala nisiyə mal verilmir" elanını mənə eşitdirmirdi. Qarşımda yaşıl işıqyanırdı: çay, peraşki, qamburqer götür, pulun olanda verərsən. Bir müddət sonranə qədər borcum olduğunu soruşurdum xaladan. Cavabından təəccüblənirdim:"Borcun yoxdu". Sonradan öyrəndim ki, sevimli bufetçim yaddaşsızlıq -"skleroz" xəstəliyindən əziyyət çəkirmiş. Tərs kimi onun "qaradəftər"ə etdiyi qeydlərinə arxayın olub verəcəklərimi yadımdasaxlamamışdım. Bəs vicdan?.. Tələbə təqaüdümü alanda hamısını piştaxtanınüstünə atıb qaçdım, xeyli müddət həmin bufeti birinci mərtəbədəki qamburqeriilə məşhur olan bufetə dəyişdim. Əksər vaxtlarda kəsirim olduğu üçün təqaüdalmaq sevincini yaşadığım anlar az olub. Köhnə pulla və o dövrün deyimi iləkafi oxuyan tələbələrin təqaüdü bir şirvan beş məmməd idi.


Doğma bufetimə qayıdanda yenə əvvəlki münasibətlə qarşılaşdım. Amma başqacür olacağını gözləyirdim. "Niyə belə elədin? Tələbə adamsan, səndə pulhardanır..." danlağını eşitməyə hazır idim. Unutmuşam ki, əzizim bufetçixala yaddaşsızlıqdan əziyyət çəkir. Mən də unutmuşam, o da. Söz verirəm, dahaheç vaxt onu unutmayacam. Xatirəsini əziz tutacam. Aprelin 30-da AzərbaycanDövlət Neft Akademiyasının 2-ci korpusunda baş verən terror hadisəsində bəli,məhz mənim xalam, doğma xalam qədər doğma xalam qatilin gülləsinə tuş gəlib.


Termodinamika fənnindən "zaçot" veririk. Müəllimin tərsliyitutub, deyir ki, mən döyüşçüyə döyüşçü, tələbəyə tələbə kimi qiymət verirəm.Qərar qətidir: oxuyub gəlməliyəm. Oxumağa isə nə vaxtım, nə də həvəsim var.Qrup yoldaşlarımla aramdakı yaş fərqi çoxdur. 5 ilim dağda-dərədə keçib.1991-ci ildə instituta daxil olub, 2001-ci ildə diplom almağımı qabardıb məniməzəmmət edənlərə həmişə deyirəm: "Başımızın üstünü qara buludlaralmasaydı, mən də bir gün görərdim". Oxumaq vaxtı deyil, işləmək, ailəhəyatı qurmaq, bir sot torpaq sahəsi tapıb ev qaralamaq... Tələb budur.Sonradan dostlaşdığım müəllimim isə iki ayağını bir başmağa dirəyib...


Prorektor Ramiz Abdullayev dilxor halda dəhlizdə veyilləndiyimi görübdərdimi soruşdu. Dinləyəndən sonra problemi həll edəcəyinə söz verdi. Və həllelədi. İmtahan suallarını uşaqların birindən köçürməyə şərait yaradan müəllimtranvay altından çıxmış "3" yazdı mənə.


Hər dəfə Ramiz müəllimi görəndə sıxılırdım. Kişinin boynumda haqqı vardı.Daha sıxılmayacam. Qatil onun da ömrünü yarıda qoydu. Ramiz müəlliminyaxşılığının əvəzini çıxa bilmədim.


Yaşadığıma görə çox utanıram. Dünəndən fikirləşirəm: görəsən, tozuudduğum indiki havadan yüz dəfə təmiz olan dəhlizdə aprelin 30-u tələbələrinarasında mən də olsaydım tapançayla meydana çıxan terrorçunun üstunə atılıbzərərsizləşdirə bilərdimmi?..


Utanıram... mən ölüm-itim çox görmüşəm, ölüm-itimlə mübarizə aparmaqhərbidən sonrakı həyatımın diqtəsi ilə bir qədər də adiləşib. Terrorçununayağına tullanmaq lazım idi. Qətlə yetirilən tələbələrdən biri isə üstünəqaçıb. Təcrübəsiz imiş. Müharibə görməyib. Torpağı işğalda olan stabil ölkədəyaşayır bəlkə də gözünü açandan. Hardasan Oqtay, Zaur?.. Xəyyam, sən o alçağıarxadan yerə yıx... Fuad, qoyma qızlar otaqdan çıxsın. "26 69" saylıqrupun uşaqları, hardasız axı? Bizə lazım idi institutu bitirmək?.. Guyuhansımız ixtisasımız üzrə işləyirik. Oktay malyarlıq edir, Fuad metrodaişləyir, Zaur çilingərdi, Xəyyam hərbçidi.


Xəyyam Xocalıdandı. Şəhər işğal olunanda Xocalı aerodromunun rəis müaviniişləyən atası ilə birlikdə yaralıları döyüş meydanından çıxarırmış. Şəkli odövrün qəzetlərində dərc olunub. Qucağında minamyotun atılmış, amma partlamamışmərmisi var. Ola bilməz, mümkün deyil: Xəyyam terrorçu ilə bacarardı. Biztəhsil aldığımız illərdə ölkədə müharibə gedirdi. Adamlar ölümün gözünə dikbaxırdı. Yanında olanı sabah itirmək qorxusu adamları bir-birinə sarmışdı. Hərkəs başqalarını qoruma instinktini özünə cangüdən seçmişdi. Biz təhsil alandaNeft Akademiyasında hərbi kafedra da vardı. Əlbəyaxa döyüş növləri dərsikeçərdik. Bir dəfə təcrübə zamanı müəllimin silləsini göydə qarşılayıb, onabadalaq atan Əmirxan bütün qrupu pərt vəziyyətdə qoydu. O, silləni tutmalıydı,amma badalaq atmalı deyildi. Müəllim əvvəl əsəbiləşdi. Sonra hamımızın Əmirxanıdanladığını görüb, keçdi "günahımızdan".


Neft Akademiyasındakı hadisəni eşidəndə ilk yadıma düşənlər arasında bircümləsi ilə dünyada Azərbaycanın möhürünü vuran ünlü alim Rafiq Əliyevin dəsiması oldu. "Birdən ona nəsə olar" həyəcanı olay barəsində dəqiqinformasiya alandan sonra çəkildi. Demokratiyanın məlum və məşhur - "mənimazadlığım sənin azadlığın başlayan yerdə qurtarır" qanununu ondaneşitmişdim. İndi Rafiq müəllim nələr çəkir, yaxşı bilirəm.


"26 69" saylı qrupun günahından keç, Rafiq müəllim. Bizterrorçunu zərərsizləşdirə bilərdik. Niyə şərait yaratdız axı biz NeftAkademiyasını bitirək?.. Hardasan Oqtay, Zaur?.. Xəyyam, sən o alçağı arxadanyerə yıx... Fuad, qoyma qızlar otaqdan çıxsın...

TƏQVİM / ARXİV