adalet.az header logo
  • Bakı 18°C

Fərasətli qonşum

AZƏR SARIYEV
371624 | 2014-04-30 10:52

Atamın bibisi yenə üyüdüb tökürdü. Enli, lövbərə bənzəyənağzından saniyəyə 3-4 kəlmə çıxırdı. Qeybətin biri bir qəpik idi. Anamıçənəsinin alıtna salmlşdı. Bu dəfəki hədəfi gəlini idi: - Deyirəm ki, ay qızım(tanımıyan da elə bilər ki, gəlininə elə müraciət edir), kənddə arvadlarsoruşurlar ki, elə özüm də fikirləşirəm e, bu Əyyub nə əcəb televizora çıxmır?Cavab verir ki, az, sənin oğlun kimdir ki, onu televizorda da göstərələr. Adiinstitut laborantıdır də. Mən qapıdan girəndə sifətini büzüşdürüb, onsuz da iriolan 90 dərəcəlik yöndəmsiz çənəsini bir az qabağa verib gəlinini yamsılayırdı.Məni görəndə, "Bıy, azarın ürəyimə. Sən haçan gəldin, görmədim” deyibgücənə-gücənə yerindən qalxmaq istədi. Əziyyət verməyib özümü ona yetiriboturduğu divana doğru əyildim. İki əli ilə gicgahlarımdan tutaraq hər ikiyanağımdan elə öpdü ki, marçıltısını bəlkə də mənzilin bayır qapısınınqarşısından keçənlər eşitdi. - Əd-ədə, dediklərimi eşitdin? - Hansını deyirsən,ay bibi. Sən o qədər söz dedin ki... - Bax e, o Həzrət Abbas haqqı bir yerdəağzından çıxa, səni dəftərimdən silərəm. Mən addı bibin olmaz. - Narahatolma, ay bibi, heç yerdə danışmaram. Vədim arvadı qane etmədi. Allaha, 124 minpeyğəmbərə, 12 imam və beş kimsənəyə and verməklə ürəyi soyumadı. Saatlıdaniki, İmişlidən dörd, Biləsuvardan isə bir ən ağır seyidin cəddinə andiçdirəndən sonra toxtadı. Mən də eşitdiklərimi heç yanda danışmayacağıma andiçdim. Həqiqətən də bu günə kimi danışmamışam və kiməsə söyləmək fikrim dəyoxdur. Ancaq yazmayacağıma and içməmişdim. Bibi kəndin ağbirçəyi sayılırdı.İlk evliliyi cəmi səkkiz ay çəkmişdi. Müharibədən yeni qayıtmış ilk ərivərəmdən ölmüşdü. Sonra yetim bacı-qardaşlarını saxlamaqdan ötrü yaşlı bir kolxozsədrinə ərə getmişdi. İkinci evliliyin ilk vaxtları firavan keçsə də, kişininpensiyaya çıxmasından sonra vəziyyət çətinləşmişdi. 

On uşağı demək olar ki, təkböyütmüşdü. Qoca kişiyə arvadlıq etmək və 10 uşağı həyətdə becəriliənkartof-soğanı bazarda satmaqla saxlamaq bibini arvadlıqdan çıxarmışdı.Əməlli-başlı erkəkləşmişdi. Kəndin ən söyüşcül adamı hesab olunurdu. Onunsöyüşlərini ən biədəb danışan kişi belə ərki çatan dostunun yanında işlətməyəar edərdi. Arvad söyüş söyməkdə xüsusi istedad sahibi idi. Kəndin uşaqları onunzəngin yaradıcılığından bəhrələnməkdən ötrü qəsdən bibimə icəşir, tez-tezhövsələdən çıxarırdılar. O da həmin uşaqların hər iki dünyada olanlarını boysırasına düzürdü. Ancaq nə qədər əsəbi olsa da, bir o qədər qəlbi yuxa idi.Onun üçün dünyanın ən fərsiz adamıydım. Mənə yazığı gəlir, başıma ağıl qoymağaçalışırdı. Bu dəfə də andiçmə başa çatandan sonra həmişəki kimi söyüşə vədanlağa keçmişdi: -Anandan soruşdum səni. Nə görmüsən e, o qəzetdə. O vaxtNatiqə qoşulub "Təzə bazar”da meyvə satsaydın, indi kirayədə qalmazdın. Altındamaşının, cibində pulun olardı. Nə hökumət qəzeti e. Nə vəzifə e. Dolanışıqlazımdır kişiyə. Utanmırsan, o yazıq gəlini kirayələrdə çürüdürsən? Səninqəzetinin... Arvad elə bir 12 mərtəbə söyüş söydü ki, anam utandığındanqulağına qədər qızardı. Amma bibinin məsləhətləri xoşuna gəlmişdi. Dərdiaçılmışdı: - Elə mən də sən deyəni deyirəm. Qonşuda bir gəlin var, o da qəzetredaktorudur. Evi, maşını, hər şeyi... Qonşu arvadlar deyir ki, yəqin səninoğlun elə-belə qəzetin böyüyüdür. Yoxsa, onun da evi, maşını, filanı olardı..." Açıq koma” qəzetinin baş redaktoru olan qonşu xanım barədə bu gün bizdəikinci söhbət idi ki, açılırdı. Kirayədə qaldığım mənzildən bir qat aşağıda,binanın birinci mərtəbəsində yaşayırdı. Hər gün səhər saat 10-a qalmış sürücüsüblokun qarşısında "Nissan maxima” avtomibilində onu gözləyirdi. O zaman həradamın bu markadan olan maşını yox idi. "Nissan Maxima”ya biznesmenlər,nazirlər, bir də müxalif partiyalardan birinin sədr müavini minirdi. Həminpartiya sədrinin müavininə də "Nissan”ı səhiyyə nazirinin xahişi ilə birholdinq rəhbəri bağışlamışdı.

Baş redaktor xanımın isə belə bahalı maşını necə, yaxud hansı pullaalması barədə qonşu arvadların qeybət-müzakirələri hələ yekunlaşmadığından bubarədə qəti qənaətim yox idi. Qulağından topuğuna kimi iri, dana zəncirinəbənzəyən qızıllara bürünmüş baş redaktor xanım hər səhər bahalı mobil telefonuilə danışa-danışa evdən çıxır, maşına əyləşəndə də telefonda nəsə eşidir,ucadan şaqqanaq çəkirdi. Güləndə də gözaltı pəncərələrdən və balkonlardan onuoğru pişik kimi onu pusan qadınlara baxırdı. Bilirdi ki, ənənəvi hərəkəti yenəgecə həmin arvadların azı yarsının evində dolanışıq, telefon, fransız ətri,maşın, mənzil, qır-qızıl davası salacaq. Mən də hər gün qonşu redaktor xanımevdən çıxandan təxminən 5 dəqiqə sonra onun mənzilnin qapısının ağzındankeçirdim. Bütün bloka yayılmış parfüm ətri adamı hayıl-mayıl edirdi. Burnumdahəmin parfümin ətri, əlimdə qəzet, beynimdə də şəxsi mənzil barədə xəyallarmetroya tərəf gedirdim. Metro qatarında qəzeti oxuyub qurtarır, şəxsi mənzilsevdasını müvəqqəti də olsa başımdan atırdım. Amma həmin parfümün ətrini hələduyurudum. Günün birində qərara alıdım ki, o ətirdən birini də həyat yoldaşımaalacağam.

Amma "Memar Əcəmi” metro stansiyasının ətir satanların heç birində həminqoxunu verən parfümdən tapa bilmədim. Səhərisi həyat yoldaşımı növbəti dəfəeyni məzmunda yüngülvari danlamağa başladım: - Adama nə qədər deyərlər. O"duxi”lərdən sən də al vur də. Camaatın arvadının "duxi”sinin ətrindən blokdankeçmək olmur. Bu iradı demək olar ki, həftədə bir-iki dəfə səsləndirsəm dəxeyri yox idi. Həyat yoldaşımın vecinə də deyildi. Bu dəfə lap hirsli, səsimiqaldırıb danışırdım. İstəyirdim ki, nəyə görə mənim sözümü yerə saldığını, qəşəngətirli "duxi” almadığına görə hesab versin... - Ay rəhmətliyin nəvəsi. Eləbilirsən, mən ətir vurmuram. Vururam, amma ucuzdur deyə, ətri çox yayılmır. Oqonşunun işlətdiyi ətirin qiyməti bilirsən neçəyədir? Bizim kirayə pulumuzunyarısını qiymətinə. Yaman tutuldum. Düz sözə nə deyəsən? Ortamdan keçmişdi.Mənə deyən gərək, sənə lazım idi çölün qəzetçisinin söhbətini evə gətirirsən?Mənə o da azdır. Özümə qəti söz verdim ki, mən də kənarda bir qəzet açıb qonşumkimi dolanşığın yolunu tapacağam. Amma çətin... Onda olanın heç 25 faizi məndəyox idi. Elə bilməyin ki, tanımaza-bilməzə camaatın qızı haqqında danışıbböhtan atıram. Mən tanımasam da ona yaxından bələd olan ortaq tanışımız varidi...

Alverçi dostlarımdan biri danışırdı ki, leysanlı bir havada Musəbəyovunheykəlinin yaından keçirmiş. Görüb ki, dayanacaqda qısa ətəkli, balaca boy,şişman, Rusiyanın "doktor kolbasa”larına oxşayan gənc bir qız cürünbül suyuniçində avtobus gözləyir. Avtomobilini saxlayıb həmin qısıq boyun qızı götürüb.Qısa tanışlqıdan sonra qadından "Hə, tanış olduq, indi bunun qiyməti-zadıneçəyədir?” deyə soruşub. Qadın da mərifətli çıxıb. "Görürəm, yaxşı oğlanaoxşayırsan, qardaşımsan, qonaq ol” deyə cavab verib. Sonra onların dostluğu birneçə ay davam edib. Birinci görüş pulsuz olsa da, sonradan dostum tanışınınarazı salmamağa çalışıb. Qonşu baş redaktorun da alverçi dostumla tanışlığınıtəsadüfən "Krassvord” qəzetinin baş redaktorunun oğlunun sünnət toyundaöyrəndim. Şadlıq evinin foyesində üz-üzə gəlsələr də, qonşum özünü tanımamazlığavurdu. Alverçi dostum da "ə, bu burada nə gəzir?” sualını verəndə, qəzet başredaktoru olduğunu bildirdim.

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV