"Anarın "Yaxşı padşahın nağılı"" pritçasını Markesin "Patriarxın payızı"nın sıxılmış variantı hesab edirəm"
"Bəzi yazıçılar Markesin populyarlığına qısqanclıqla yanaşırdılar"
Dünya daha bir dahini yola saldı. Təkcə bədii əsərləri deyil, hətta müsahibələri belə milyonların marağına səbəb olan Qabriel Qarsiya Markes əbədiyyətə qovuşdu. Ədəbiyyat üzrə Nobel mükafatına sahib bu nəhəng yazıçını dünyanın hər yerində tanıyır, oxuyur və rəğbət bəsləyirdilər.
Kolumbiyanın Arakataka şəhərində doğulan mahir söz ustası Azərbaycandakı oxucuların da qəlbini fəth etməyi bacarmışdı. Markesin roman, povest və hekayələrini, müxtəlif nəşrlərə verdiyi müsahibələri həm tanınmış yazıçı və tərcüməçilərimiz, həm də gənc nəslin nümayəndələri dilimizə tərcümə ediblər. İstedadlı şair və tərcüməçi Mahir N. Qarayev dünya şöhrətli yazıçını bizə daha doğma edənlərdəndi. Markesin bir neçə əsərini öz dilimizdə Mahir bəyin köməyi ilə oxuya bilmişik. Markesin seçilmiş əsərlərindən ibarət ilk nəfis kitabın tərtibçisi də odur. Mahir N. Qarayev dünyanın bu nəhəng yazıçısının hekayələrindən və müsahibələrindən ibarət yeni bir kitabı bu günlərdə "Qanun" nəşriyyatında çap etdirib. Göründüyü kimi, Markeslə bağlı danışmağa haqqı var.
- Mahir bəy, Markesin vida mərasimində iştirak edə bilməsəniz də bu gün "Ədalət" qəzeti sizə bu nəhəng yazıçı haqqında söz demək imkanı yaradır. Qəzetin səhifəsində simvolik anım tədbiri keçiririk. Elə bilin ki, səhnəyə çıxıb Markes haqqında danışırsınız...
- Markes hələ sağlığında elə şöhrət qazanmışdı ki, indi onun haqqında geniş danışmağa, oxucuya təqdim etməyə, tərifli sözlər işlətməyə bəlkə də ehtiyac yoxdu. Kafka dünyadan köçəndə onu yazıçı kimi deyil, sığorta şirkətlərindən birinin əməkdaşı olaraq tanıyırdılar, çünki əsərləri çap olunmamışdı. Dünya Kafkanın nəhəngliyini öləndən sonra anladı. Amma Makes fərqli tale yaşadı. Ötən əsrin 60-70-ci illərində Latın Amerikası ədəbiyyatında sanki bir oyanma baş verdi, Kartasar, Borxes kimi çox güclü yazarlar boy göstərməyə başladılar. Markes ilk andan bu yazıçıların önünə keçməyi bacardı. Markes sağlığında şöhrətinin bəhrəsini görən bəxtəvər yazılardan idi. Maraqlıdır ki, bu şöhrət onu eyforiyaya aparmadı. Eyforiya təhlükəsi hiss edən kimi bunu önləyən addımlar atırdı. Ədəbiyyata jurnalistikadan gəlməyi bəlkə də bu məsələdə kömək edirdi. Bəzilər deyirdi ki, guya Markes bəzən hoqqabazlıq edir, amma mənim fikrimcə, əgər hoqqabazlıq edirdisə belə, səmimiliyini qoruyurdu. Ona görə də bu böyük yazıçının təkcə bədii əsərləri deyil, müsahibələri də hadisəyə çevrilirdi. Sanki əsərlərində deyə bilmədiyi fikirləri müsahibələri vasitəsi ilə oxucuya çatdırırdı. Yaxşı yadımdadı, Kamil Vəli Nərimanoğlu onun "Mən çox şeyi ilk dəfədir sizə deyirəm" adlı müsahibəsini tərcümə etmişdi və çox maraqla qarşılanmışdı. Markes hərtərəfli maraqlı insan idi.
Bayaq dediyim ki, bəzilərindən fərqli olaraq, Markesi hoqqabaz saymıram. Çünki dünyanı ağuşuna alan hoqqabazlıq şousunda uzun müddət duruş gətirmək mümkün deyil. Tutaq ki, Azərbaycanı, Ermənistanı, digər bir-iki ölkəni hoqqabazlıq şousu ilə bir müddət aldatdın və necə deyərlər, 40 gündən sonra bunun müddəti bitdi. Bütün dünyanı ki, uzun illər aldada bilməyəcəksən. Əgər Markes hoqqabazlığa əl atırdısa belə, o, bunu haqq eləmişdi. Dünya ədəbi mühitini uzun bir zaman boyunca zəbt etmək hər qələm adamına nəsib olmur, yalnız seçilmişlər bu haqqı qazanırlar. Markes də Folkner, Kamyu, Sartr, Sellincer, Heminquey kimi seçilmişlərdən idi. Markesin dahiliyini inkar etmək mümkün deyil, özü də bu dahilik boş yerdən yaranmayıb. O, ədəbiyyata gələndə qarşısına ciddi məqsədlər qoyub. Görüb ki, Amerika ədəbiyyatında Heminquey, Folkner kimi zirvələr var, həmin zirvələri inkar etmədən özü yeni zirvələr fəth edib. Möhkəm baza yığıb, həm İspan, həm də dünya ədəbiyyatını öyrənib.
- Necə deyərlər, Markes güclü yazıçı olmazdan öncə yaxşı oxucu olub...
- Təbii, mütaliəsinə və yazıçılıq işinə çox peşəkar yanaşıb, qarşısına məqsəd qoyub ki, ona qədər yazan böyük sənətkarları təkrarlamasın, fərqli bir əsər ortaya qoysun. Ömrünün sonuna kimi də bu prinsipə sadiq qaldı, dünya ədəbiyyatına dəyərli əsərlər bəxş etdi. Heç bir əsəri digərini təkrarlamadı. Nə "100 ilin tənhalığı", nə "Patriarxın payızı", nə "Gözlənilən qətlin tarixçəsi", nə "Polkovnikə məktub yoxdur", nə də digər əsərləri bir-birinə oxşayır. Markes belə hesab edirdi ki, tərcümə eləmək ən yaxşı mütaliə üsuludu. Əsərlərinin dünyanın müxtəlif dillərinə tərcümə olunması onun marağında idi, tərcüməçilərlə xüsusi işləyirdi.
- Dahi yazıçının əsərləri Azərbaycan dilinə tərcümə olunub. Markesin qəhrəmanlarını bizim dildə danışdıranlardan biri də sizsiziniz. Amma birincisi deyilsiniz...
- Səhv eləmirəmsə, Markesi ilk dəfə Azərbaycan dilinə rəhmətlik İshaq İbrahimov tərcümə edib. Onun çevirdiyi "Polkovnikə məktub yoxdur" əsəri ötən əsrin 80-ci illərinin əvvəllərində "Ulduz" jurnalında çap olunub. Sonra demək olar ki, eyni illərdə Əkrəm Əylisi "Gözlənilən bir qətlin tarixçəsi", mərhum Natiq Səfərov isə "Dünyanın ən gözəl ölüsü" də daxil olmaqla üç hekayəsini tərcümə etdi. Markesdən tərcümə edənlərdən biri də gözəl yazıçımız Afaq Məsuddur. Afaq xanım bu yazıçının "Patriarxın payızı" romanını dilimizə çevirib. Mənim də Markesdən tərcümələrim var. Sevinirəm ki, onun müxtəlif əsərlərinin toplandığı kitabı nəfis şəkildə ilk dəfə mən nəşr etdirmişəm.
- Onda necə deyərlər, gözlənilən bir nəşrin tarixçəsindən danışaq...
- 1995-96-cı illərdə Bədii Tərcümə Mərkəzində çalışdığım zaman Afaq Məsud və Ramiz Rövşənlə belə qərara gəldik ki, "Dünya ədəbiyyatının korifeyləri" silsiləsindən kitablar çap edək. İlk nəşr edəcəyimiz 5 kitabın siyahısını da tutmuşduq. Kafka, Folkner, Heminquey, Markes və Vulfun əsərlərini tərcümə etməyi planlaşdırırdıq. Frans Kafkanın bir neçə əsərini kitab halında çap olundu. Sonra Markesin bizə qədər tərcümə edilən, ayrı-ayrı vaxtlarda nəşr olunan əsərlərini bir kitabda toplayıb nəfis şəkildə oxucuların ixtiyarına verdik. Ramiz Rövşənin redaktorluğu ilə ərsəyə gələn həmin kitabın tərtibçisi və nəşrə hazırlayanı mən idim. Təəssüf ki, Markesin bu kitabı bizim planlaşdırdığımız silsilənin sonuncu nəşri oldu. Çünki o zamanlar kitab çap etdirmək çox çətin idi və Bədii Tərcümə Mərkəzinin bu çətinliklərin öhdəsindən gəlmək imkanı yox idi. Sevinirəm ki, bizim o zaman hazırladığımız həmin kitab bu gün dövlət başçısının sərəncamı ilə nəşr olunan 150 cildliyə daxil edilib.
- Söhbətimizin də gedişində toxunulduğu kimi, Markesin əsərlərinin tərcüməsi ilə tanınmış yazıçı və tərcüməçilərimiz məşğul olub. Son illər bu estafet cavan nəslin nümayəndələrinə ötürülüb. Günel Mövlud dünya şöhrətli yazıçının "100 ilin tənhalığı" romanını tərcümə edib. Bir peşəkar kimi sizin bu tərcüməyə münasibətinizi bilmək olarmı?
- Sözün açığı, bir vaxtlar çox istəyirdim ki, "100 ilin tənhalığı"nı Əkrəm Əylisli tərcümə etsin. Çünki Markesin həmin romanındakı belə deyək də, musiqi Əkrəm Əylislinin ruhuna tam uyğun gəlir, amma təəssüf ki, Əkrəm bəy onu tərcümə etmədi. Heç Natiq Səfərov da bu çətin işi öhdəsinə götürmədi. Yadımdadı ki, bu barədə rəhmətlik Natiq bəylə söhbətim olmuşdu. Markesin Nobel mükafatı alan bu romanının bizim dildə tərcümə olunmaması məni narahat edirdi. Bu narahatlığımı da ona söyləyəndə Natiq Səfərov dedi ki, mən özüm də bu romanı tərcümə etmək istəyirəm, amma birinci cümləsini tərcümə etmək çətindi. Jurnalistlər bu əsər haqqında suallarla Markesi bəlkə də çərlətmişdilər. Yazıçı müsahibələrində dəfələrlə qeyd etmişdi ki, bu romanı hələ 17 yaşı olanda yazmaq istəyib, lakin birinci cümləsini tapa bilməyib. Uzun illər ötəndən sonra yazıçı ailəsi ilə səyahətə gedən zaman yolda həmin o birinci cümləni tapır və geri qayıdaraq altı ay əsər üzərində çalışmağa başlayır.
Bu söhbəti təsadüfən xatırlatmadım, Günel xanım peşəkar tərcüməçilərin tərəddüdlə yanaşdıqları işi boynuna götürdü, Ramiz Rövşənin sözü olmasın, çiyinlərimiz ağır yükdən azad elədi. Elə təkcə bu cəsarətinə görə ona təşəkkür düşür. Səmimi deyim ki, Günel Mövludun tərcüməsi pis deyil, oxunaqlı alınıb. Təbii, daha keyfiyyətli etmək olardı. Gələcəkdə bu işi kimsə bəlkə daha yaxşı görəcək, amma fakt odur ki, Günel xanım bizi danlaqdan, töhmətdən azad elədi. Çünki "100 ilin tənhalığı"nın bu vaxta kimi Azərbaycan dilinə tərcümə olunmaması utancverici bir hal idi. "100 ilin tənhalığı" Markesin şah əsəridi, düzdü, müəllif özü həmişə "Patriarxın payızı"nı tərifləyirdi. Bu yanaşmada Markessayağı bir biclik də var idi, o, yaxşı bilirdi ki, "100 ilin tənhalığı" öz layiqli qiymətini alıb, "Patriarxın payızı"nı da məşhurlaşdırmaq istəyirdi. Markesin belə populyarlığı, 40 ildən çox ədəbi gündəmi zəbt etməsi çoxlarında qısqanclıq doğururdu.
- Müsahibələrinizin birində Markesi mahir nağılçı adlandırırsız. Biz də nağılçılığa meyl edən xalqıq, bəs niyə Markes kimi dünya arenasına çıxa bilən yazıçılar yetişmir?
- Bu geniş izah tələb edən məsələdi, bəlkə ayrıca bir müsahibədə bununla bağlı danışmaq olar. Adətən bir zamanlar yaşadığımız ideoloji quruluşu, senzuranı, dil baryerini səbəb gətirirlər. Amma qısaca onu deyə bilərəm ki, mən Anarın "Yaxşı padşahın nağılı" pritçasını "Patriarxın payızı"na bərabər əsər sayıram. Belə deyək də, "Yaxşı padşahın nağılı"nın içərisinə detallar əlavə etsən, olacaq "Patriarxın payızı", "Patriarxın payızı"ndan detalları çıxarıb sıxsan, olacaq "Yaxşı padşahın nağılı". Anar müəllimin həmin əsərini "Patriarxın payızı"nın yaxşı sıxılmış variantı sayıram.
Mən hər bir yazıçının sənətkarlıq xüsusiyyətinə önəm verirəm. Markes də sənətkarlıq xüsusiyyətini gözəl bilən peşəkar yazıçı kimi özünü sübut etdi. Bizim ədəbiyyatda bu baxımdan İsa Hüseynovda belə bir peşəkarlıq var idi. Markeslə demək olar ki, yaşıd idilər və mən İsa Hüseynovu bizim Markes hesab edirəm. İsa Hüseynovun yaradıcılığının ilk illərində götürdüyü starta Avropada bəlkə də həsəd apara bilərdilər. "Saz", "Teleqram", "Yanar ürək", "Tütək səsi" kimi əsərlərlə başlayan İsa Hüseynov bu sürətin davamını gətirə bilmədi. İsi Məlikadə, Dilsuz da ilk gündən fantastik start götürmüşdülər, yenə davamı gəlmədi, Şahmarı isə ölüm apardı. Yazıçılarımızın hərəsi müxtəlif səbəblərdən belə deyək də yarı yolda qalır. Birini şöhrət aldadır, digəri tez yorulur və nəticədə startdakı sürət azalıb-azalıb ikinci plana keçir. Nəsrdə Anar, poeziyada isə Ramiz Rövşən istisnalıq təşkil edirlər. Onlar hansı sürətlə başlamışdılarsa, belə də davam edirlər, bu məsələyə Avropa təfəkkürü ilə yanaşırlar.
- Markesin vida mərasimindən hazırlanmış reportaja baxanda diqqətimi bir məsələ cəlb elədi. Yazıçının külü saxlanılan urna səhnənin mərkəzində qoyulmuşdu, mənə elə gəldi ki, Markesin yeni bir kitabını təqdim edirlər...
- Sözün açığı, həmin mərasimi izləyə bilmədim, amma sən deyən kimi də qəbul etmək olar. Görünür, nəsə bir mistik əlaqə var. Əslində Markes özü real həyatla mistikanı yaradıcılığında, hətta gündəlik yaşamında birləşdirməyi bacarırdı. Daha bizim bəzi yazıçılar kimi bu məsələdə "ağını çıxarmırdı".
- Markesin külünü doğulduğu Kolumbiya ilə son illər yaşadığı Meksika arasında səpələdilər. Məncə basdırsaydılar daha yaxşı olardı, bəlkə həmin torpaqdan yeni bir Markes doğulardı...
- Yeni Markesin doğulmasını zamanın ixtiyarına buraxmaq lazımdı. Onun kimi dahi yazıçılar nadir hallarda doğulur. Bəlkə də elə belə yaxşıdı, əks halda dünya maraqsız olar.
- Markesin ölümünə Şərq poeması yazmaq istəmirsiniz?
- Məni tanıyan bütün dostlar, o cümlədən sən də yaxşı bilirsən ki, yazı yazmaqda sözün yaxşı mənasında vasvasıyam. Yazdığım hər sözün, misranın, cümlənin üzərində dəhşətli dərəcədə əsirəm. Markeslə bağlı da nəsə yazmaq hələ ki, planımda yoxdu. Bəlkə elə bu müsahibəni Markesin ölümünə Şərq poeması hesab edək?
- Etiraz eləmirəm.
Etibar CƏBRAYILOĞLU