adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Aprel 2014 17:07
20860
MƏDƏNİYYƏT
A- A+

Heydər Əliyev mərkəzi qalib oldu - Foto

Azərbaycanın paytaxtı Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin binası dünyanın ən nüfuzlu mükafatının qalibi seçilib. 

Adalet.az xəbər verir ki,  müasir dizayn və arxitektura sahəsində ən nüfuzlu institutlardan biri olan London Dizayn Muzeyi (Design Museum) "2014-cü ilin dizaynı" mükafatının qaliblərini açıqlayıb.

76 nominant arasında 7 qalib olub. "Arxitektura" nominasiyasında qalib Bakıdakı Heydər Əliyev Mərkəzi olub.

Memarlıq kateqoriyasında Devid Çipperfeld və Con Pousonla mübarizədə Zaha Hadidlə Patrik Şumaxer Bakıdakı Heydər Əliyev Mərkəzinə görə "İlin dizaynı" mükafatını qazanıblar. Tanınmış dizayner Miuçça Prada isə Prada yaz/yay 2014 kolleksiyasına görə moda mükafatına layiq görülüb. Yeddi qalib "Design of the Year-2014"-ün əsas mükafatı uğrunda yarışacaq. Qalib iyunun 30-da Londonda "St Martins Lane" hotelində elan ediləcək.


Qeyd edək ki, Heydər Əliyev Mərkəzi Azərbaycanın paytaxtı Bakıda Heydər Əliyev prospektində inşa edilən mədəni mərkəzdir. Mərkəzin layihəsi 2007-ci ildə Zaha Hadid tərəfindən hazırlanıb. Heydər Əliyev Mərkəzi müasir Bakının simvollarından biri hesab edilir.