adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Aprel 2014 16:54
5740
MƏMLƏKƏT
A- A+

Narkotika asılığına qarşı yeni metod hazırlandı

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəaliyyət göstərən tədqiqat institutlarının əməkdaşlarından ibarət İşçi Qrup tərəfindən aparılan elmi tədqiqatlar nəticəsində respublika ərazisində rast gəlinməyən və kənardan gətirilən qeyri-ənənəvi narkoxassəli bitkilərin becərilməsi aşkar edilməyib.

Adalet.az-ın verdiyi xəbərə görə, bu, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən hazırlanan "Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsi”ndə əksini tapıb.

AMEA-nın müvafiq institutlarında narkotik asılılığın müalicə olunması üçün araşdırmalar davam etdirilib, yeni metod işlənilib və hazırda canlı orqanizmlərdə təcrübə müayinələrindən keçirilir.

Bununla yanaşı, AMEA tərəfindən ilk dəfə respublika üzrə narkotik vasitələrin yayılma arealını əks etdirən xəritə hazırlanıb, xidməti istifadə üçün aidiyyəti qurumlara göndərilib.