adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Aprel 2014 16:06
7753
MƏMLƏKƏT
A- A+

KİVDF qalibləri mükafatlandırdı - Foto

Aprelin 23-də Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib.

Konfransa Respublikasının aparıcı qəzetlərin, informasiya agentliklərinin və xəbər portallarının baş redaktorları və Sabunçu rayonunun icra strukturlarının rəhbərləri qatılıb.

Konfransdan öncə Sabunçu rayonun sosial-iqtisadi inkişafına həsr edilmiş qısametrajlı film nümayiş etdirildi. Daha sonra konfransı giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayon ictimaiyyətinin media nümayəndələri ilə bu formatda görüşünün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Rayon haqqında məlumat verən Adil Vəliyev Sabunçunun Bakının 3 ən böyük rayonlarından biri oludğunu diqqətə çatdırdı. İcra başçısı burada fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlər barədə də geniş məlumat verdi.

Jurnalistikanın cəmiyyətin həyatında oynadığı rola toxunan Adil Vəliyev Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət tərəfindən böyük diqqət göstərildiyini vurğuladı. O, Sabunçu RİH-nin media ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu da qeyd etdi.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Fondun iştirakı ilə bu qəbildən olan tədbirlərin artıq ənənəvi xarakter aldğını bildirdi. O, paytaxtla bərabər, regionlarda da artıq belə çoxsaylı tədbirlərin keçirildiyini iştirakçıların diqqətinə çatdırdı. Bununla yanaşı, Vüqar Səfərli Azərbaycan milli mətbuatının inkişafı yoluna da nəzər saldı: "Milli mətbuatımızın inkişaf tarixini 3 dövrə bölmək olar. Birinci dövr mətbuatımızın əsası qoyulduqdan Sovetlər hakimiyyətinin qurulmasına qədər olan müddəti əhatə edir. Növbəti dövr isə Sovet hakimiyyəti illərini əhatə edir. Nəhayət üçüncü dövr Azərbaycanın yeni müstəqillik tarixini əhatə edən mərhələdir”.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan mediasının inkişaf yoluna geniş nəzər salan Vüqar Səfərli Ulu öndər Heydər Əliyevin kütləvi informasiya vasitələrinə həmişə böyük qayğı ilə yanaşdığını vurğuladı. Ümummilli liderin mətbuat üzərində senzuranın ləğvinə dair fərmanı ilə Azərbaycanda söz, məlumat və fikir azadlığının təməli qoyuldu. Daha sonra Vüqar Səfərli Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin mətbuatın inkişafı üçün gördüyü işlərdən söz açdı: "2009-cu il aprel ayının 3-də Azərbaycanda fikir, söz və məlumat azadlığını inkişaf etdirmək məqsədi ilə cənab Prezidentin fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond il ərzində KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqələr elan edir. Eyni zamanda müxtəlif icra orqanları ilə birlikdə jurnalistlər arasında fərdi yazı müsabiqələrinin təşkilini həyata keçirir".

Vüqar Səfərli onuda vurğuladı ki, dövlət başçısı jurnaslitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də konkret addımlar atır: "Buna konkret nümunə kimi ötən ilin iyulun 22-də cənab Prezidentin iştirakı ilə açılışı olmuş jurnalistlər üçün inşa edilmiş binanın media nümayəndələrinə təqdim olunmasını göstərmək olar. Daha bir binanın isə inşası davam etdirilir. Bütün bunlar cənab Prezidentin mediaya böyük diqqət və qayğısının bariz nümunəsidir”.

Tədbir qarşılıqlı diskussiya şəklində davam etdirildi. Daha sonra Sabunçu Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda birgə elan edilmiş müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasiminə başlanıldı. Qeyd edək ki, müsabiqəyə ümumilikdə 23 redaksiyadan 38 yazı təqdim olunub. Müsabiqənin şərtlərinə əsasən, 1-ci yerə bir nəfər, 2-ci yerə iki nəfər, 3-cü yerə üç nəfər, 10 nəfər isə həvəsləndirici mükafata layiq görüldü. 1-ci yerin qalibinə 1000, 2-ci yerin qalibinə 800 manat, 3-cü yerin qalibinə 600 manat, həvəsləndirici yerlərin qaliblərinə isə 200 manat məbləğində pul mükafatı verilib.

Sonda qaliblərə xüsusi diplomlar və pul mükafatları təqdim olundu.

Qaliblərin siyahısını təqdim edirik.

Müəllifin adı

Müəllifin işlədiyi KİV

və vəzifəsi

Yekun bal

1.

Qəribli Məhəmmədəli Qərib oğlu

"Bakı-Xəbər" qəzetinin müxbiri

21.6

2.

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

21

3.

Musayeva Zeynəb Əli qızı

"Kaspi" qəzetinin müxbiri

20.6

4.

Osmanova Sevinc Gülməmməd qızı

"Həftə içi" qəzetinin müxbiri

20.3

5.

Abdullayev Mübariz Əhməd oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

20

6.

Abdullayeva Fəxriyyə Sakit qızı

"Mədəniyyət" qəzetinin müxbiri

20

7.

Şahverdiyev Cavid Nadir oğlu

"Xalq Cəbhəsi" qəzetinin müxbiri

19.6

8.

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

19.6

9.

Hüseynova Pərvanə Rafiq qızı

"The Business Times" qəzetinin müxbiri

19.6

10.

Hüseynova Rəfiqə Kamal qızı

"Səs" qəzetinin şöbə müdiri

19.3

11.

Hüseynli Alim Ziyadxan oğlu

"Olaylar" informasiya agentliyinin müxbiri

19.3

12.

Xəlilov Ruslan Qaçay oğlu

"Teleqraf.com" agentliyinin redaktoru

19.3

13.

Mehdiyev Mehdi Mükərrəm oğlu

"Xalq" qəzetinin əməkdaşı

19

14.

Abbaszadə Mahir Tapdıq oğlu

"Paralel" qəzetinin müxbiri

19

15.

Həsənova Şəmsiyyə Əli qızı

"İki sahil" qəzetinin bölmə müdiri

19

16.

Nəbili Emin Ağahüseyn oğlu

"Üç nöqtə" qəzetinin müxbiri

19

17.

Həsənov Vaqif Cəlil oğlu

"Bakı-Xəbər" qəzetinin redaktoru

18.3

18.

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

18

19.

Eminli Bəhlul Nuru oğlu

"İqtisadiyyat və həyat" jurnalının baş redaktoru

18

20.

Məmmədov Qurban Cəbrayıl oğlu

"Nəbz" qəzetinin baş redaktoru

18

21.

Cəfərov Zahid İlham oğlu

"Yeni Azərbaycan" qəzetinin məsul redaktoru

17.6

22.

Məmmədli Hülya Gündüz qızı

"Yeni Azərbaycan" qəzetinin müxbiri

17.6

23.

Hümmətov Aqşin Şahin oğlu

"Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru

17.3

24.

Rzayev Zahid Asəf oğlu

"İki sahil" qəzetinin bölmə müdiri

17

25.

Yusifova Dilşad Xaqani qızı

"Təhsil Problemləri" qəzetinin müxbiri

16.6

26.

Cəfərov Müşfiq Mirzə oğlu

"Respublika" qəzetinin redaksiya müdiri

16.6

27.

Mehdiyev Zaur Əsgər oğlu

"Olimpiya dünyası" qəzetinin müxbiri

16.6

28.

Abbaslı Tahir Tapdıq oğlu

"Paralel" qəzetinin şöbə müdiri

16.3

29.

Kərimova Şəmsiyyə Musa qızı

"Yeni Təfəkkür" qəzetinin baş redaktoru

16.3

30.

Əhmədov Yusup Seyid oğlu

"Paralel" qəzeti

16.3

31.

Vəliyev Fariz Əhməd oğlu

"Futbol+qol" qəzetinin baş redaktoru

16.3

32.

Tağıbəyli Vüsal Vaqif oğlu

"Həftə içi" qəzetinin müxbiri

16.3

33.

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin redaktoru

16

34.

Nuriyev Azər Vasif oğlu

"Kaspi" qəzetinin müxbiri

16

35.

Hüseynzadə Fuad Abı oğlu

"Palitra" qəzetinin müxbiri

16

36.

Miriyev Anar Barat oğlu

"Palitra" qəzetinin müxbiri

16

37.

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

15.6

38.

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

15.3