adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2014 15:39
42918
MÜSAHİBƏ
A- A+

“Azərbaycanda Leninin abidələri yenidən bərpa olunacaq”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin 1 may əmək günü ilə bağlı mətbuata verdiyi açıqlamasında  "1 mayın kommunistlərə heç bir aidiyyatı yoxdur” deməsi Azərbaycan Kommunist Partiyası tərəfindən bir mənalı qarşılanmayıb. Ciddi polemikaya səbəb olan bu fikirlər solçular arasında yeni söz savaşının başlanmasına şərait yaradıb.

Adalet.az saytı Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovla müsahibəsində solçular arasında yaranan soyuq münasibətlərə aydınlıq gətirməyə çalışıb.

-Rauf müəllim ASDP sədri Araz Əlizadə 1 may gününün kommunistlərə heç bir aidiyyatı olmadığını bildirib. Bu məsələyə sizin münasibətinizi öyrənmək istərdik. Sizcə Araz bəy nə dərəcədə haqlıdır?

-Mənim həyatda Araz müəllimlə çox səmimi, insanı münasibətlərim var. Amma açığını deyim başa düşə blmirəm, görəsən Araz müəllimi nə vadar edir ki, kommunistlər haqqında reallığı özündə əks etdirməyən belə fikirlə səsləndirsin. 1 may, Dünya zəhmətkeşlərinin həmrəyliyi günü məhz rəsmi olaraq, Kommunist Partiysaının hakimiyyətdə olduğu dövlətlərdə bayram kimi qeyd olunur. Məsələn Çində, Vetnamda, Simali Koreyada, Kubada və digər sisialist ölkələrində. Kommunistlərin hakimiyyətdə olmdaığı dövlətlərdə isə, kommunist partiyasının təşkilatçılığı ilə 1 may günü zəhmətkeşlərin böyük izdihamlı,kütləvi nümayişləri keçirilir. Biz Azərbaycanlılar ən azından sovet dönəmində bu bayrami 70 il təntənəli şəkildə qeyd etmişik. Onda Azərbaycan Sovet Sosialist Respublikasında ASDP adılı siyasi bir qurum yox idi. Elə başa düşürəm ki, bu sadaladığm faktlar dünya zəhmətkeşlərinin həmrəylik günün hansı siyasi partiyaya daha yaxın olduğunu təsdiq edir. Araz müəllim Azərbaycan Kommunist Partiyası vasitəsi ilə ASDP -nı cəmiyyətdə gündəmə gətirmək istəyirsə, onda bu başqa mövzunun müzakirəsidir.

-Sizcə hazırda Azərbaycanda olan real solçu qüvvələr kimdir?

-Çox təssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda, adının deyilişindən sol partiya olduğu başa düşülən yetərincə siyasi təşkilatlar var. Amma, onların heç özləri tərəfindən solçuluq ideyasının nədən ibarət olduğu başa düşülmür. Mən hesab edirəm ki, bu xoşa gəlməz hal, məhz respublikamızda siyasi marifçiliyin aşağı səviyyədə olmasından irəli gəlir. Hətta, mən cəmiyyətdə daxilən sol idealogiyanı özündə daşıyan xeyli saylı insanlarla qarşılaşıram ki, onlar sağ yönümlü parrtiyaların üzvüləridirlər. Bir daha təkrar edirəm, belə bir qeyri normal hal, məhz cəmiyyətin yetərincə siyasi savadlı olmamasından irəli gəlir. Bu məsələdə, bir sol arentasiyalı partiya kimi , bizim də ünvanımıza müəyyən iradlar bildirmək olar. Görünür kütlə ilə daha sıx təmasda olmaq lazımdır ki, belə hallar yaranmasın. Gəlin bu sualın daha ətraflı cavabını zamanın tələbinə buraxaq.

-Solçular arasında bugünkü fikir ayrılığı nədir? Niyə solçu qüvvələr bir araya gələ bilmir?

-.Solçuluq ideologiyasının mahiyyətcə nədən ibarət olduğunu bilməyən partiyalarla hansı birliyi yaratmaq olar. Marksizim - Leninizim elmi nəzəriyyəsi ilə silahlanmamış partiya, sol partiya olaraq kütlə içərisində nüfuz qazanıb, cəmiyyətdə təsir gücünə malik ola bilməz. Sizin nəzərdə tutduğunuz və solçu partiya kimi özlərini cəmiyyətə sırımaq istəyən dırnaqarası partiyalar isə, bu nəzəriyyədən tamamı ilə uzaqdırlar və ya da ümumiyyətlə bu nəzəriyyənin nədən ibarət olduğundan xəbələri yoxdur. Sosializm qurluşuna aid olan bir neçə şuarı təkrar etmək solçuluq deyil, bu sadəcə primitiv fərdiçilikdir. Sozializm idealogiyası isə, cəmiyyət üçün fayda verəcək daha dərin potensiala malikdir.

-Kommunist Partiyası olaraq Leninə heykəl qoyulmasını təklif etmisiniz. Qınaq obyektinə çevrilməkdən qorxmursunuz?

-Vladimir İliç Lenin bəşər tarixinin əvəz olunmaz, dünyanı dəyişdirən, ən böyük dahi şəxsiyyətlərindən biridir. Lenin, Karl Marksın sosializm nəzəriyyəsini reallaşdırıb həyata keçirən, cəmiyyətdə yeni istehsal münsaibətləri formalaşdıran, kapitalizim sisteminə alternativ bir formasiyanın, sosializm qurluşunun yaradıcısıdır.

O, Böyük Oktyabr Sosialist İnqilabının banisi, dünyada ilk fəhlə- kəndli hökumətinin təməlini qoyan, ən ədalətli insan cəmiyyətinin qurucusudur. Lenin inqilabçı olması ilə yanaşı, həm də böyük filosof, hüquqşunas, mütəfəkkir bir insandır. Leninin apardığı mübarizənin təməl prinsipləri demokratik cəmiyyət, bir sinifin digər sinif üzərində ağalığına yol verməmək, ağa qul münasibətlərinə son qoyaraq, kapitalizm buxovlarından azad olmaq, bərabərlik, qardşlıq, dostluq kimi insani və əxlaqi keyfiyyətlərii özündə əks etdirən bir mübariz yoludur. Lenin süurlu həyatının bütün hissəsini sosializm cəmiyyətinin yaranmasına, onun təşəkkül tapmasına həsr etmişdir. Hindililər Lenini "Maxatma " adlandırırlar. "Maxatma" qədim hind mifologiyasına görə - ilahi insan, müasir şərhlə - dünya sivilizasiyasının ən görkəmli şəxsiyyəti deməkdir. Onlar Qandini də belə adlandırırlar. Belə olan bir halda Rauf Qurbanov nə üçün Leninin abidəsinin qoyulmasını təklif edənədə, hansısa qınaq obyektinə çevrilməkdən çəkinməlidir. Əsla yox. Mən Respublikada Leninin heykəllərinn bərpa olmasını tam məhsuliyyətlə təklif etmişəm və ümüd edirəm ki, vaxt gələcək Azərbaycanda Leninin abidələri yenidən bərpa olunacaqdır. Azərbaycan kommunistləri heç kiminlə düşmənçilik etmək fikirində deyillər və partiyada da bu məsələ ilə əlaqədar hər hansı bir müzakirə aparılmır. Biz AR konstitusiyası çərçivəsində əməli fəaliyyətlə məşğuluq. Apardığımız siyasi mübarizənin əsas məqsədi ,sosialist Azərbaycanı uğrundadır. Hansısa siyasi partiya, və ya şəxs AKP -nin fəaliyyətinə qısqanclıq göstərib ona çamur atmağa cəhd edirsə, onalra məsləhətim budur ki, yaxşı olardı öz işləri ilə məşğul olsunlar. Cəmiyyətdə kimlərin hansı məqsədlərə xidmət etdikləri yaxşı bilinir.

Ədil Ədilzadə