adalet.az header logo
  • Bakı 16°C
24 Aprel 2014 14:17
5104
MƏMLƏKƏT
A- A+

Metrolarda reklam ənənəsi geri qayıdır

"Metroda yenidənqurma və restavrasiya işləri başa çatdıqdan sonra yenidən metroda reklam yerləşdirmək mümkün olacaq"

Adalet.az xəbər verir ki, bu barədə Movqe.az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, hazırda metrodakı reklamların yığışdırılması prosesi davam edir: "Hətta metrostansiyalarda proyektor vasitəsilə edilən reklamlar da ləğv edilir. Metroda yenidənqurma və restavrasiya işləri başa çatdıqdan sonra yenidən metroda reklam yerləşdirmək mümkün olacaq. Amma daha müasir və metronun görünüşünə xələl gətirməyəcək formada reklamlar vurulacaq".


Mətbuat xidmətindən onu da bildirdilər ki, qatarlarda isə reklam lövhələrinin olub-olmayacağı barədə indidən bir söz demək mümkün deyil: "Hazırda metroda təmizlik, restovrasiya işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra metroda yeni reklamların yerləşdirilməsi mümkün olacaq".