adalet.az header logo
  • Bakı 13°C
24 Aprel 2014 13:29
4599
SİYASƏT
A- A+

Ermənistan ATƏT-in Bakı sessiyasında iştirak edəcək?

"Ermənistan nümayəndələrinin ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyasına gəlib-gəlməyəcəkləri barədə məlumat yoxdur”., Bunu  Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlama verərkən məlumat verib.

Onun sözlərinə görə, iyunun 28-də Bakıda keçiriləcək ATƏT PA-nın 23-cü sessiyası "Regionda insan təhlükəsizliyi” mövzusuna həsr olunub: "Azərbaycanda birinci dəfədir belə geniş tədbir keçirilir, ona görə də bu tədbirin əhəmiyyətini xüsusi dəyərləndiririk. Tədbirlə bağlı hazırlıqlar yekunlaşmaq üzrədir. Biz 57 ölkədən nümayəndələr gözləyirik. ATƏT Parlament Assambleyasının məhz belə bir regionda insan təhlükəsizliyi məsələsinə xüsusi əhəmiyyət verməsi təqdirəlayiqdir. Çünki insan təhlükəsizliyi məsələləri bu regionda daha çox narahatlıq doğurur”.

Ermənistanın nümayəndələrinin tədbirdə iştirakına gəlincə, B. Muradova vurğulayıb ki, bu, ATƏT PA-nın tədbiridir, Azərbaycan bu tədbirin keçirilməsinə şərait yaradır və özü də bu tədbirdə iştirak edir: "Dəvətlər hər kəsə aiddir. Ermənistan nümayəndə heyəti də digər nümayəndə heyətləri kimi, bu tədbirdə iştirak etməlidir. Artıq bir çox otellərdə həmin müddət üçün yerlər tutulub”.