adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Aprel 2014 13:24
5940
MƏMLƏKƏT
A- A+

Müharibə veteranları “Space”-ə qarşı

"Şair-tamada Nazilə Səfərli "Space”in efirində yayımlanan "Qonaqlıq" verilişində müharibə veteranlarını təhqir edib”. Bunu Qarabağ müharibəsi veteranı Kamaləddin Hüseynov deyib. 


O, bildirib ki, ötən gün "Space” telekanalında yayımlanan "Qonaqlıq” verilişində Nazilə Səfərli açıq şəkildə müharibə veteranlarını aşağılayan fikir səsləndirib: "Çəkiliş onun evindən aparılırdı. Aparıcı Nazilə Səfərlidən soruşdu ki, evin bazarlığını kim edir? O, isə cavabında dedi ki, "özüm, mən bu mövzuda yoldaşıma etibar etmirəm. Çünki 1 kilo kartof alır, o da dərmə-deşik. Sanki, müharibə veteranına oxşayır”. Bu nə sözdür, belə özbaşınalıq olar?”. Onun fikrincə, N. Səfərlinin bu bənzətməsini veterenlar üçün təhqirdir. K. Hüseynov deyib ki, N.Səfərli bu hərəkətinə görə cavab verməlidir: "Hazırda Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranlar Şurasının Yasamal rayon təşkilatındayam. Bu xanım bizi təhqir edib. Biz onu bağışlamayacağıq. Lazımı orqanlara müraciət edib, ölçü götürülməsini tələb edəcəyik”.