adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Aprel 2014 12:44
12441
SİYASƏT
A- A+

İTV.az saytının rəhbəri Fazil Mustafaya cavab vermədi

İctimai Televiziyanın rəsmi saytının rəhbəri (İTV.az) Firudin Məmmədovun aktual.az-a verdiyi müsahibədə "Azərbaycanda normal müxalifət yoxdur” deməsi narazılıqla qarşılanıb.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa F.Məmmədov sərt təndiq edib. BQP sədri "Facebbok"  səhifəsində yazıb ki, F. Məmmədov fikrini səviyyəli və etik qaydalara uyğun ifadə edə bilmir: "Bu xəstə təfəkkürlü adam demokratiyadan tamamilə bixəbərdir”

İTV saytının rəhbəri F. Məmmədli Adalet.az-a açıqlamasında F. Mustafanın fikirlərinə münasibət bildirmək istəmədiyini deyib: "Bu onun fikirləridir, düşüncəsidir. Mən kiminsə fikrinə münasibət bildirmək istəmirəm”.