adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Bir "reket"in xatirələri

20607 | 2014-04-24 12:40

Doğru-dürüst adam olmadığımı hamı bilir. Biruşaqlarımdan başqa. Onlardan da böyüyü deyəsən, yavaş-yavaş nəsə anlayır. Əvvəl-axıronsuz da öyrənəcəklər. Amma biləndə ki, ataları bütün bunları onlara görə edib,o zaman mənə qarşı məhəbbətləri daha da artacaq. Hələlik onlar üçün dünyanın əngüclü, ən cəsarətli, savadlı atası və bəlkə də adamıyam. Əslində məndən qorxaqvə zəif məxluq yoxdur. Bunu isə heçhiss etdirmirəm. Bizim peşədə özünü qorxaq, bivec göstərdin, evin yıxıldı.Kimdir sənə pul verən?
Arvad da dabbağda gönümə bələd olsa da, özünü o yerəqoymur. Məni sevmək üçün nəsə yaxşı keyfiyyət axtarıb tapır. Bütün namusluqadınlar belədir. Ərləri ən axmaq adam olsa da belə, onu sevmək üçün, onunlaqürrələnməkdən ötrü nəsə axtarıb tapırlar. Məsələn, atamın dayısı qızı kimi.Əri şəhərə qazanc dalınca gedib və çörəkpulundan başqa bir yanı balalı arvad daqazanıb. Bir tərəfdən qınamıram da. İkinci arvad almaqla həm kirayə puluna qənaətedib, həm də bir uşaq da əlavə qabağa düşüb. Bir də şəhərdə axşam evə gələndə dəisti yeməyini, çayını və s. verən arvadı var. Bu yaxınlarda bir uşaqları dadünyaya gəlib. Nəyə gətirirdim...? Hə, dayıqızı kişisinin bu hərəkətlərindən qətiyyənincimir. Hətta ərindən söz düşəndə, "onun başına dönüm” deyir. Kiçikuşaqlarının sünnət toyuna günüsü də uşaqları ilə təşrif buyurubmuş. Dayıqızı daərinin ikinci arvadının toya gəlməsindən nəinki qəzəblənməyib, hətta şəhərdənbelə bir əziz qonağın onun qapısını açmasına sevinib. Ərinin ikinci arvadındanolan ikinci uşağı da qucağından yerə qoymurmuş. Bax, bizim qadınlar belədir.Vallah, heykəl qoyulmalıdırlar.

Bizim arvad da nümunəvilərdəndir. Nə qədər şəxsiyyətsizadam olduğumu bilə-bilə, məni sevir, uşaqların yanında ilahiləşdirir, qonşuarvadların qarşısında öyür. Qohum-əqrəba, qonum- qonşu arvadlara qələmiqılıncdan iti jurnalist olduğumu, "JEK” müdirinin məndən it kimi qorxduğunu,uşaqların oxuduğu məktəbin direktorunun məni kabinetdə ayaq üstə qarşıladığını,türmədəykən böyük hörmət qazandığımı necə yağlı-ballı, bəzəyə-bəzəyədanışdığını özüm eşitmişəm. Heç kimin ona inanmadığını, dediklərinin tam əksiolduğumu özü də bilir. Amma arvaddır, neyləyəsən? Əri ilə fəxr etmək, onun təəssübünüçəkmək bizim qadınların anadangəlmə vəzifəsidir. Onları körpəlikdən belə öyrədiblər.Əslində söylədikləri bir vaxtlar olub. Ta qəzetim Mətbuat Şurasının "qarasiyahı”sına düşənə kimi. Bağça müdirəsi- köpək qızı məni tutdurmasaydı, iş buyerə gəlib çıxmayacaqdı. Daha pul almağa tövbəliyəm. Axmaqlıqdır. Çəminitapmışam: götür yanına 5-6 qısa ətəyli qızları, göndər obyektlərə. Qazanıb gətirsinlər.Mən də razı, onlar da...
Türmədən çıxandan sonra bütün qapılar üzüməbağlandı. İndi nə "JEK” müdiri məndən qorxur, nə uşaqların müəlliməsi çəkinir.Amma direktor sağ olsun. Yaxşı adammış. Uşaqların üzünə heç nə vurmur. Balacaqızın müəlliməsi bir dəfə nəsə altdan-üstdən danışmışdı sinifdə. Mən də 8 martbayramında valideynin birindən konvert aldığı yerdə telefonla şəklini çəkdim vəözünə göstərdim. Ondan sonra qızım onun ən sevimli şagirdinə çevrilib. Hətta müəlliməninpullu hazırlıq qrupuna da pulsuz gəlib gedir...

...Eybi yox. Qoy bir adımı "qara siyahıdan”çıxartdırım. Görün, sizin başınıza nə oyunlar açacağam. Əslində başqa bir qəzetdə təsis etmək olar. Amma biləndə ki, bu qəzet mənlikdir, heç kim üzümə qapıaçmayacaq. Eh, bir "qara siyahı”dan çıxsaydım, mən bilərdim, neylərdim. MətbuatŞurasındakı nufuzlu şəxslərdən biri kömək edəcəyinə söz verib. Əslində mən onuözümə ustad sayıram. Bu sənətin incəliklərini ondan öyrənmişəm: vəzifəli şəxsinkabinetinə necə girməyi, telefonla ne cür danışmağı, hədə-qorxu gəlməyi, hansımateriala nə qədər istəməyi, hansı adamın pul verən olduğunu nədən bilməyi. Oisə məni yaxşı şagird saymır. Deyir ki, bircə il də qalıb yanımda işləsəydin,başına bu işlər gəlməzdi. Düz də deyir. Onun yanından öyrənməli olduqlarımı həyatdabaşım qapılardan-qapılara dəyə-dəyə öyrəndim. İndi Allah köməyi olsun, bu ilinsonuna qədər məsələni həll etməlidir. Nə olur-olsun, gələn ilə kimi MətbuatŞurasından təmizlik kağızını alıb qəzetimi çıxarmağım lazımdır. Növbəti ildeputat seçkiləridir. Namizədliyimi də verəcəyəm. Qoy arvad bir az da fəxr eləsinmənimlə.

TƏQVİM / ARXİV