adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Aprel 2014 12:21
5699
SİYASƏT
A- A+

Fazil Mustafa sayt rəhbərini aşağıladı

Böyük Quruluş Partiyasının (BDP) sədri, millət vəkili Fazil Mustafa İTV-nin saytının rəhbərini tənqid edib.

F. Mustafa "facebook” səhifəsində Bu "dahi”ni- Firudin Məmmədovu kim İTV-nin saytının rəhbəri təyin edib?


"Adam bir fikri səviyyəli və etik qaydalara uyğun ifadə edə bilmir. Bu xəstə təfəkkürlü adam demokratiyadan tamamilə bixəbərdir. YAP-dan başqa digər partiyaların heç birində bir normal material tapa bilmir. Verilən suala cavabına baxın:


Firudin müəllim, seçki ərəfəsində namizədlər üçün şəraitin yaradılması İTV-nin götürdüyü öhdəlikdir.


- Sizə bir söz deyim ki, mən prosesləri izləyirəm. Yəni indi YAP-dan kənarda bütün partiyalar ki, var, bu partiyaların hamısında bir-biri ilə çəkişmə, didişmə hökm sürür. Ümumiyyətlə, mən ziyalı kimi hesab edirəm ki, Azərbaycanda normal müxalifət yoxdur. Əlbəttə ki, onların yaxşı materialları olsa, verərik, amma onlarda elə bir şey yoxdur axı”-deyə millət vəkili qeyd edib.