adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2014 10:36
7142
MƏMLƏKƏT
A- A+

Azay Quliyevdən Şirvan gənclərinə çağırış - Fotolar

Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçicilərilə növbəti görüşünü keçirib. Gənclərin sayca üstünlük təşkil etdiyi görüşdə millət vəkili əvvəlcə qəbula gələn Şirvan sakinlərinin müraciət və şikayətlərini dinləyib və üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.

Daha sonra Şirvan gəncləri ilə səmimi söhbət edən millət vəkili onları narahat edən məsələlərlə maraqlanaraq, qarşılaşdıqları problemlər, Şirvan şəhərinin ictimai-siyasi həyatında daha aktiv iştirakları üçün rəy və təkliflərini dinləyib. Görüş zamanı uğurlu dövlət-din siyasətinin nəticəsi kimi ölkəmizdə dini tolerantlıq mühitinin yaradıldığı, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyi haqda fikir mübadiləsi aparılıb, millət vəkili Şirvan şəhərində qeyri-ənənəvi təriqətlərin təbliğatının qarşısının alınmasında, milli-mənəvi dəyərlərin və tolerant mühitin qorunub saxlanmasında gənclərin daha aktiv fəaliyyət göstərmələrinin vacibliyini bildirib.

Azay Quliyev gənclər tərəfindən irəli sürülən mədəni tədbirlərin keçirilməsi, kütləvi idman yarışlarının təşkili, böyük beynəlxalq layihələrin şəhər gənclərini əhatələməsi istiqamətində verilən təklifləri ətraflı araşdıracağını və onların tezliklə həllinin tapılması üçün müvafiq addımlar atacağını bildirib.

Elə həmin gün Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində Azay Quliyevin təşəbbüsü ilə xarici donorların maliyyə vəsaiti hesabına tikiləcək tibb məntəqəsinə ayrılan ərazidə olmuş, qəsəbə bələdiyyə sədri və İH nümayəndəsi ilə texniki-təşkilati məsələləri müzakirə edib.

Görüşlərdə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavinləri Samid Abıyev və Elmira Ağayeva iştirak ediblər.

Anar