adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Aprel 2014 11:00
11019
HADİSƏ
A- A+

Neft çənində baş verən yanğın söndürüldü - Yenilənib - Video

Dünən səhər saatlarında Bakı şəhəri Səbail rayonu ərazisinin Bayıl qəsəbəsində Gülbala Əliyev küçəsinin axırında yerləşən neft çənində partlayış baş verib.

Partlayışdan sonra Azərbaycan Dövlət Neft Şirkətinin Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinə məxsus neft çəni yanmağa başlayıb.

Şahidlərin Adalet.az-a verdiyi məlumata görə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin DövlətYanğından Mühafizə Xidmətinin əməkdaşları cəl olunub.

ARDNŞ Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb.

Şirkətin mətbuat katibi Nizaməddin Quliyev APA-ya açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb.

Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil.

İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur.

Hazırda faktla bağlı araşdırma gedir. N.Quliyev gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini də deyib.

Yanğın hadisəsini FHN təsdiq edib. Nazirliyin yaydığı məlumata görə, Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsində neft çənində yanğın olub. Hadisə yerinə FHN Dövlət Yanğından Mühavizə Xidmətinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.




Videonu Bayılda yaşayan jurnalist Nail Nürəddinoğlu çəkib.