adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Aprel 2014 10:20
6376
SİYASƏT
A- A+

"Türkləri düşmən olaraq görmürük" - Serj Sarkisyan

Ermənistanın prezidenti Serj Sarkisyan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 23 aprel bəyanatına münasibət bildirib.

Adalet.az-ın Türkiyə mətbuatına aistinadən vediyi məlumata görə, jurnalistlərə danışan Serj Sarkisyan Baş nazirin ermənilərə baş sağlığı verməsinə konkret münasibət bildirib: "Türkləri düşmən olaraq görmürük”.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin növbəti ildönümü münasibətilə yazılı açıqlama ilə çıxış edib.

Baş nazir deyib ki, Osmanlı İmperiyasının son illəri türk, kürd, ərəb, erməni və başqa millətlərdən olan milyonlarla Osmanlı vətəndaşı üçün acılarla dolu çətin bir dövr olub: "Osmanlı İmperiyasının vətəndaşı olan hər kəs kimi, ermənilərin də o dövrdə yaşadıqları acıların xatirəsini bölüşmək bir insanlıq vəzifəsidir. 1915-ci il olaylarına dair fərqli mövqe və düşüncələrin sərbəst ifadə edilməsi plüralist yanaşmanın, demokratik mədəniyyətin və müasirliyin bir tələbidir. Türkiyə bəşəri dəyərlərə uyğun hər düşüncəyə hörmətlə yanaşmağa davam edəcək. Lakin 1915-ci il olaylarının Türkiyə əleyhdarlığı üçün bir bəhanə kimi istifadə edilməsi və siyasi mübarizə vasitəsinə çevrilməsi qəbuledilməzdir. Türk, erməni və beynəlxalq tarixçilərin aparacağı araşdırma 1915-ci il olaylarının aydınlaşdırılmasında və tarixin düzgün anlaşılmasında önəmli rol oynayacaq. Biz arxivlərimizi bütün tədqiqatçıların istifadəsinə açdıq. Bu gün arxivlərimizdə olan yüz minlərlə sənəd bütün tarixçilərin ixtiyarına verilib. Türkiyə gələcəyə güvənlə baxan bir ölkə olaraq tarixin də doğru anlaşılması üçün ətraflı elmi tədqiqatları hər zaman dəstəkləyib”.

Ərdoğan ölən ermənilərin nəvələrinə başsağlığı verib və eyni dövrdə ölən bütün Osmanlı vətəndaşlarını hörmət və rəhmətlə anıb.