adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Aprel 2014 09:54
4465
MƏMLƏKƏT
A- A+

Cənub rayonlarına gedən yola məhdudiyyət qoyulacaq

Hacıqabul-Bəhramtəpə-Horadiz yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində 3 aşınma layının qoyulması ilə əlaqədar yolun 48-ci km-dən 56 km-ə qədər hissəsi bağlanacaq.

Bu barədə "APA-Economics”ə Nəqliyyat Nazirliyinin "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyevin sözlərinə görə, yolun qeyd edilən hissəsi aprelin 25-dən 28-ə kimi bağlı qalacaq.

"Magistral yolda alternativ yolu göstərən yol nişanları da qoyulacaq. Sürücülərdən alternativ yoldan istifadə etmələri xahiş olunur”, - deyə o qeyd edib.