adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Aprel 2014 09:28
4644
HADİSƏ
A- A+

Masazırda dəhşətli qəza - Sərnişin pəncərədən yerə yıxıldı - Foto

Bu gecə Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Masazır qəsəbəsində qeydə alınıb.

"Hyundai Santa Fe" markalı avtomobil Masazır qəsəbəsinin ərazisində sola dönərkən sürücü qarşıdan gələn avtomobilləri gözləməyib. Masazır qəsəbəsindən Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan VAZ-2107 markalı maşın isə artıq dönmək üzrə olan "Hyundai Santa Fe"yə çırpılıb.

Toqquşma nəticəsində VAZ-2107-dəki qadın sərnişin avtomobilin pəncərəsindən yola düşüb. O, hadisə yerində dünyasını dəyişib. Ölən qadının şəxsiyyəti dəqiqləşdirilir.

Abşeron Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

Ölən qadının və avtomobilləri idarə edən şəxslərin adları məlum olub.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, "Hyundai Santa Fe" markalı avtomobili Rüstəm Nuriyev, VAZ-2107 markalı avtomaşını isə Babək Cəfərov idarə edib. Qəza nəticəsində dünyasını dəyişən 26 yaşlı Fidanə Teymurovadır.