adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2014 22:38
8448
KRİMİNAL
A- A+

Bakıda kütləvi dava - Foto

Bakıda kütləvi dava olub.

Adalet.az xəbər verir ki, şahidlərin APA-a verdiyi məlumata görə, hadisə saat 22.00 radələrində Əhmədli qəsəbəsində "Fəridə” şadlıq evinin qarşısında qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar davam etdirilir.

Hadisə səbəbindən şadlıq evinin qarşısından keçən yolda nəqliyyatın hərəkəti də məhdudlaşıb.

Xətai Rayon Polis İdarəsindən adıçəkilən ünvanda insidentin olduğunu təsdiqləsələr də bu barədə əlavə açıqlama verilməyib.