adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2014 20:57
4639
HADİSƏ
A- A+

Vitse-admiralın həbs olunduğu təsdiqləndi

Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov həbs edilib. Bu barədəAPA -ya Bakı Hərbi Məhkəməsindən bildirilib.

Məhkəmədən verilən məlumata görə, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən də faktı təsdiqləyiblər.